Ramiz Mehdiyevin dövlət çevrilişi planı necə ifşa olundu?


Kriminal 16 Okt 2025 15:20:00 84 0

Ramiz Mehdiyevin dövlət çevrilişi planı necə ifşa olundu?

Təhlükəsizlik Şurasının üzvü, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərinin və dövlətə xəyanətinin detalları məlum olub.

APA etibarlı mənbələri vasitəsilə öyrənib ki, Ramiz Mehdiyev Rusiyanın dəstəyi ilə dövlət çevrilişi etməklə bağlı plan hazırlayıb və bunu öz kanalları vasitəsilə Rusiyaya təklif edib.

Ramiz Mehdiyev nə vaxt hərəkətə keçib?

Ramiz Mehdiyev Azərbaycanla Rusiya arasında münasibətlərdə yaranmış gərginlik dövründən faydalanmağa çalışıb. Xatırladaq ki, ötən ilin 25 dekabrında AZAL təyyarəsinin Rusiya səmasında vurulmasından sonra Azərbaycan və Rusiya münasibətlərində ciddi gərginlik yaranıb. Rusiyanın AZAL təyyarəsinin vurulması ilə bağlı üzr istəyib, təzminat ödəməkdən boyun qaçırması rəsmi Bakıda kəskin etirazlar doğurub. Rusiya ilə münasibətlərin gərginləşməsi hər iki ölkənin ictimai və media mühitində geniş müzakirə və tənqidlərə səbəb olub.

Ramiz Mehdiyev isə bu vəziyyətdən istifadə edərək, öz kanalları və köhnə dostları vasitəsilə Rusiyaya dövlət çevrilişi planının hazır olduğunu, bu məsələdə Moskvadan dəstək gözlədiyini çatdırıb.

Xatırlatmaq yerinə düşər ki, Rusiya-Azərbaycan münasibətlərində gərginlik pik həddə olanda - bu il mayın 9-da İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti" ilə tədbir təşkil etmişdi. Bu hərəkətinə görə vəzifəsindən uzaqlaşdırılan, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilmiş Saleh Səmədov Ramiz Mehdiyevin köhnə dostlarından və biznes ortaqlarından biri hesab olunur.

Ramiz Mehdiyevin hansı planı olub?

Ramiz Mehdiyev planında dövlət hakimiyyətini zorla ələ keçirdikdən sonra keçid dövrü üçün müvəqqəti Dövlət Şurası formatında qurum yaradılmasını təklif edib. Bu plan 87 yaşlı köhnə bürokratın özünün rəhbər olmasını nəzərdə tutub. Məlumata görə, Mehdiyev rəhbərlik edəcəyi Dövlət Şurasında təmsil olunacaq şəxslərlə bağlı məlumatı da Rusiya ilə bölüşüb.

Ramiz Mehdiyevin planı necə ifşa olunub?

Məlumatlı mənbənin APA-ya bildirdiyinə görə, Azərbaycan və Rusiya prezidentlərinin görüşdüyü Düşənbədə Rusiya tərəfi özü Ramiz Mehdiyevin təklifi və onun şəbəkəsinin planı haqqında Azərbaycan tərəfinə məlumat verib.

Görünən odur ki, 87 yaşılı Ramiz Mehdiyev artıq davamlı xahişləri və israrı ilə Rusiyanı da bezdirib. Ona görə də Rusiya heç bir perspektiv vəd etməyən Mehdiyevdən tamamilə imtina edib və onun planı, şəbəkəsi ilə bağlı rəsmi Bakını özü məlumatlandırıb.

Ramiz Mehdiyev - Rusiyanın köhnə dostu

Ramiz Mehdiyevin Rusiyaya yaxınlığı həmişə bəlli olub. O, hələ sovet dövründən Moskvanın agentura şəbəkəsinin üzvü kimi tanınıb. Ramiz Mehdiyev uzun illər öz imkanlarından istifadə edərək, Azərbaycan hakimiyyətində də Rusiyanın "dostları" olan məmurların vəzifə pillələrində, parlamentdə və mediada irəliləmələrinə şərait yaradıb.

Vətən Müharibəsindən əvvəl isə Azərbaycanda rusiyapərəst məmurlar vəzifələrindən uzaqlaşdırıldı, Ramiz Mehdiyev də vəzifəsindən azad olundu.

Bunun ardınca Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti seçilən Ramiz Mehdiyev orda da intriqalardan əl çəkmədi. AMEA-dan da siyasi məqsədləri üçün yararlanan Ramiz Mehdiyev elm mərkəzində dözülməz mühit yaratdı, az qala AMEA-nın bütün institutları onun istefasını tələb etdi. 2022-ci il fevral ayının 14-də AMEA-da keçirilən iclasda yaşı ilə əlaqədar vəzifəsini tərk etdiyini və bu məsələ ilə bağlı dövlət başçısı İlham Əliyevə müraciət edəcəyini bildirdi. Fevralın 19-da AMEA-nın Ümumi Yığıncağı keçirildi və Ramiz Mehdiyevin istefası qəbul edildi.

Ancaq martın 17-də Ramiz Mehdiyevin Akademiyada olduğu haqda məlumat yayıldı. AMEA-dan verilən açıqlamada Ramiz Mehdiyevin binaya şəxsi əşyalarını götürmək üçün gəldiyi bildirilmişdi. Ancaq sonra məlum oldu ki, Ramiz Mehdiyev Akademiyada, məhz Akademiya Prezidentinin otağında Rusiyadan gələn nümayəndələrlə - Rusiya Elmlər Akademiyasının prezidentinin köməkçisi ilə görüş keçirib.

Yay aylarında isə Ramiz Mehdiyevin bir qrup sabiq məmurla Novxanıda görüş keçirməsi barədə mediada məlumat yayıldı. Görüşün məzmunu barədə məlumat olmasa da, görüş tarixi Rusiya Azərbaycan münasibətlərindəki gərginliyin pik vaxtına təsadüf etdiyini göstərir.

Qeyd edək ki, Ramiz Mehdiyevin AMEA-ya rəhbərlik etdiyi dövrdə törədilmiş qanun pozuntuları ilə bağlı cinayət işi var. Hesablama Palatasının 2020-2023-cü illəri əhatə edən yoxlamaları nəticəsində AMEA-da çoxlu sayda nöqsan və qanunsuzluqlar aşkarlanıb.

Baş prokuror Kamran Əliyev bu il oktyabrın 1-də jurnalistlərə açıqlamasında bildirib ki, AMEA-dakı qanun pozuntuları ilə bağlı hərtərəfli araşdırma aparılır.

"Həmin cinayət işində bir neçə epizod üzrə istintaq aparılıb, artıq bəzi epizodlarda ibtidai istintaq tamamlanıb. Cinayət işləri baxılması üçün məhkəməyə göndərilib", - deyə Baş prokuror vurğulayıb.

Ramiz Mehdiyevin ailəsi, sərvəti

Ramiz Mehdiyevlə bağlı mediada yayılan qalmaqallardan biri onun kürəkəni, eks-deputat İlham Əliyevin Novxanı qəsəbəsindəki bağ evində qızı Fidan Əliyevaya toy etməsi idi. 2020-ci il avqustun 18-də, ölkədə sərt karantin rejiminin tətbiq olduğu vaxtda Mehdiyevin bağ evində 100-dən çox qonağın iştirakı ilə keçirilən mərasim aşkarlanandan sonra onun kürəkəni İlham Əliyev inzibati qaydada həbs edilmişdi.

Bakıda Müalicə mərkəzində narkotik satılır?  Rəsmi CAVAB like
  • 16 Okt 15:17  
Digərləri Bakıda Müalicə mərkəzində narkotik satılır? Rəsmi CAVAB

Bakı şəhər, Binəqədi rayon, Biləcəri qəsəbə sakinləri gündüzlər

arrow Ətraflı
Əməkdar artistin vəziyyəti like
  • 16 Okt 15:16  
Şou-biznes Əməkdar artistin vəziyyəti

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Mu

arrow Ətraflı
Onun hakim fəaliyyətinə xitam verildi like
  • 16 Okt 15:01  
Digərləri Onun hakim fəaliyyətinə xitam verildi

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqovun fəaliyyətinə

arrow Ətraflı
"Yabancı damat"ın məşhur aktyoru ÖLDÜ like
  • 16 Okt 14:47  
Şou-biznes "Yabancı damat"ın məşhur aktyoru ÖLDÜ

Türkiyənin məşhur "Yabancı damat" serialında "Memik dede&qu

arrow Ətraflı
Hanı BÜRCLƏRİ oktyabrda çətinlik gözləyir? like
  • 16 Okt 14:47  
Digərləri Hanı BÜRCLƏRİ oktyabrda çətinlik gözləyir?

Oktyabr ayı bəzi bürclər üçün emosional gərginlik, qərarsızlıq və d�

arrow Ətraflı
Biznesmen dayısının 1 milyon manatını ələ keçirdi like
  • 16 Okt 14:32  
Kriminal Biznesmen dayısının 1 milyon manatını ələ keçirdi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ş

arrow Ətraflı
"Boşanmış qadınam, sənin ərində gözüm yoxdu" like
  • 16 Okt 14:17  
Şou-biznes "Boşanmış qadınam, sənin ərində gözüm yoxdu"

"By_guniiii" ləqəbli tanınmış bloqer Günay Mehdiyevanın paylaş

arrow Ətraflı
Türkmənistan Mədəniyyəti Günləri Gəncədə konsert proqramı ilə başa çatıb  FOTO like
  • 16 Okt 14:16  
Kriminal Türkmənistan Mədəniyyəti Günləri Gəncədə konsert proqramı ilə başa çatıb FOTO

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı i

arrow Ətraflı
29 yaşlı qadını əri like
  • 16 Okt 14:02  
Kriminal 29 yaşlı qadını əri

Tovuz rayonunda qətl hadisəsi törədilib.

arrow Ətraflı
Ermənistan vətəndaşlarının məhkəməsi sənədlərin elan olunması ilə davam etdirilir like
  • 16 Okt 13:57  
Kriminal Ermənistan vətəndaşlarının məhkəməsi sənədlərin elan olunması ilə davam etdirilir

Oktyabrın 16-da Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətən

arrow Ətraflı
Ramiz Quliyev dəfn olundu like
  • 16 Okt 13:56  
Kriminal Ramiz Quliyev dəfn olundu

Xalq artisti, tarzən Ramiz Quliyev dəfn olunub.

arrow Ətraflı
Azərin yerinə o aparıcılıq edəcək like
  • 16 Okt 13:47  
Şou-biznes Azərin yerinə o aparıcılıq edəcək

"Xəzər TV"də yayımlanan "Zarafat bir yana" proqramı yen

arrow Ətraflı
Prezident Mariyana Kuyundziçin etimadnaməsini qəbul edib  FOTO like
  • 16 Okt 13:42  
Siyasət Prezident Mariyana Kuyundziçin etimadnaməsini qəbul edib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Avropa

arrow Ətraflı
Bu şəxsi görənlər dərhal polisi yığsın like
  • 16 Okt 13:37  
Digərləri Bu şəxsi görənlər dərhal polisi yığsın

Sabirabad rayon sakini, 1959-cu il təvəllüdlü İbrahimov İmamverdi Şahbaz

arrow Ətraflı