Biznesmen dayısının 1 milyon manatını ələ keçirdi


Kriminal 16 Okt 2025 14:32:00 69 0

Biznesmen dayısının 1 milyon manatını ələ keçirdi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Şamil İsrafilovun (soyadı şərtidir) barəsindəki cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Son.az xəbər verir ki, hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.

Hökmə əsasən, təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və o, məhkəmə iclas zalında dərhal həbs olunub.

İttihama görə, Şamil İsrafilov etibardan sui-istifadə və aldatma yolu ilə Azərbaycan və Estoniyada sahibkarlıq fəaliyyəti ilə məşğul olan dayısı - Rusiya vətəndaşı, zərərçəkmiş Fərhad Məmmədovun etimadını qazanaraq ona məxsus külli miqdarda əmlak və pul vəsaitini ələ keçirib. O, müxtəlif illərdə zərərçəkmişin tam dəyərini ödədiyi yük avtomobilləri, yarımqoşqular və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən yaşayış evini öz adına rəsmiləşdirərək ümumilikdə 247 275 manat dəyərində əmlakı mənimsəyib.

Daha sonra Şamil İsrafilov eyni üsulla 2021-ci ildə müxtəlif markalı yük avtomobillərini və yarımqoşquları da adına keçirərək əlavə 320 665 manat məbləğində, eləcə də həmin ilin sonlarında Nərimanov rayonunda mənzil alışı bəhanəsi ilə 374 000 manat məbləğində pulu ələ keçirməklə zərərçəkmişə ümumilikdə 941 940 min manat ziyan vurub.

Məhkəmə baxışı zamanı dindirilən Şamil İsrafilov özünü Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilməyib. O ifadəsində deyib ki, uzun müddət sahibkarlıq fəaliyyəti ilə məşğul olub və MMC-də təsisçi-direktoru kimi işləyib. Zərərçəkmiş şəxslə birgə biznes fəaliyyəti həyata keçirib, aralarında əvvəlcədən heç bir mübahisə və ya narazılıq olmayıb.

Onun sözlərinə görə, 2020-ci ildə Vətən müharibəsində iştirak etdikdən sonra işlərinə Vilayət və Faiq adlı şəxslər müdaxilə etməyə başlayıblar. Təqsirləndirilən şəxs onların biznesinə şərik olmaq istədiklərini, lakin buna razı olmadığını, daha sonra həmin şəxslərin onun barəsində əsassız şikayətlər verdiyini bildirib.

Şamil İsrafilov ifadəsində qeyd edib ki, guya ona 220 000 ABŞ dolları məbləğində pul verilməsi barədə iddialar tam uydurmadır, bu barədə heç bir fakt və sübut yoxdur. Təqsirləndirilən şəxs həmin pulu görmədiyini, onun verilməsi barədə göstərilən tarix və şəraitin də həqiqətə uyğun gəlmədiyini vurğulayıb.  / Pravda.az

"Boşanmış qadınam, sənin ərində gözüm yoxdu" like
  • 16 Okt 14:17  
Şou-biznes "Boşanmış qadınam, sənin ərində gözüm yoxdu"

"By_guniiii" ləqəbli tanınmış bloqer Günay Mehdiyevanın paylaş

arrow Ətraflı
Türkmənistan Mədəniyyəti Günləri Gəncədə konsert proqramı ilə başa çatıb  FOTO like
  • 16 Okt 14:16  
Kriminal Türkmənistan Mədəniyyəti Günləri Gəncədə konsert proqramı ilə başa çatıb FOTO

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı i

arrow Ətraflı
29 yaşlı qadını əri like
  • 16 Okt 14:02  
Kriminal 29 yaşlı qadını əri

Tovuz rayonunda qətl hadisəsi törədilib.

arrow Ətraflı
Ermənistan vətəndaşlarının məhkəməsi sənədlərin elan olunması ilə davam etdirilir like
  • 16 Okt 13:57  
Kriminal Ermənistan vətəndaşlarının məhkəməsi sənədlərin elan olunması ilə davam etdirilir

Oktyabrın 16-da Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətən

arrow Ətraflı
Ramiz Quliyev dəfn olundu like
  • 16 Okt 13:56  
Kriminal Ramiz Quliyev dəfn olundu

Xalq artisti, tarzən Ramiz Quliyev dəfn olunub.

arrow Ətraflı
Azərin yerinə o aparıcılıq edəcək like
  • 16 Okt 13:47  
Şou-biznes Azərin yerinə o aparıcılıq edəcək

"Xəzər TV"də yayımlanan "Zarafat bir yana" proqramı yen

arrow Ətraflı
Prezident Mariyana Kuyundziçin etimadnaməsini qəbul edib  FOTO like
  • 16 Okt 13:42  
Siyasət Prezident Mariyana Kuyundziçin etimadnaməsini qəbul edib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Avropa

arrow Ətraflı
Bu şəxsi görənlər dərhal polisi yığsın like
  • 16 Okt 13:37  
Digərləri Bu şəxsi görənlər dərhal polisi yığsın

Sabirabad rayon sakini, 1959-cu il təvəllüdlü İbrahimov İmamverdi Şahbaz

arrow Ətraflı
Saxta həkim ifşa olundu like
  • 16 Okt 13:22  
Digərləri Saxta həkim ifşa olundu

Bədən şəkilləndirmə əməliyyatı etdirmək istəyən Cəmalə Rüstəmova

arrow Ətraflı
“Instagram”da 18 yaşdan aşağı istifadəçilərə like
  • 16 Okt 13:17  
Digərləri “Instagram”da 18 yaşdan aşağı istifadəçilərə

"Instagram"ın sahibi Meta yeniyetmə istifadəçiləri üçün təhl�

arrow Ətraflı
Milli Məclisin deputatı Novruzəli Aslanov İsmayıllı şəhərində seçiciləri ilə görüşüb like
  • 16 Okt 13:04  
Digərləri Milli Məclisin deputatı Novruzəli Aslanov İsmayıllı şəhərində seçiciləri ilə görüşüb

Milli Məclisin deputatı Novruzəli Aslanov 16 oktyabr 2025-ci il tarixində İ

arrow Ətraflı
Məşhur rusiyalı general öldü like
  • 16 Okt 12:58  
Digərləri Məşhur rusiyalı general öldü

Moskvada keçirilən İkinci Dünya Müharibəsi ilə bağlı paradlarda Rusiya

arrow Ətraflı
Sabah Bakıda yağış yağacaq like
  • 16 Okt 12:37  
Digərləri Sabah Bakıda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağ�

arrow Ətraflı
İbrahim Tatlısesin inanılmaz like
  • 16 Okt 12:32  
Şou-biznes İbrahim Tatlısesin inanılmaz

Türkiyənin məşhur müğənnisi, "İmperator" ləqəbli İbrahim Ta

arrow Ətraflı