Ermənistan vətəndaşlarının məhkəməsi sənədlərin elan olunması ilə davam etdirilir


Kriminal 16 Okt 2025 13:57:00 66 0

Ermənistan vətəndaşlarının məhkəməsi sənədlərin elan olunması ilə davam etdirilir

Oktyabrın 16-da Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir.

Bu xəbəri də oxu: Ramiz Quliyev dəfn olundu

Son.az AZƏRTAC-a istinadən bildirir ki, məhkəmə iclasında əvvəlcə iqtisadiyyata vurulmuş zərər və iqtisadi itkilərlə bağlı sənəd elan olunub. Qeyd olunub ki, Ermənistanın hərbi təcavüzü nəticəsində müharibənin birbaşa təsirinə və işğala məruz qalmış Azərbaycan ərazilərində ölkənin təsərrüfat subyektlərinin iqtisadi fəaliyyəti tamamilə dayanıb, bölgənin iqtisadi resursları Ermənistan tərəfindən qanunsuz olaraq istismar edilib (o cümlədən təbii resurslar üzərində istismar hüquqlarının xarici şirkətlərə satılması yolu ilə), Azərbaycan iqtisadiyyatı-əhali, müəssisələr və dövlət böyük zərər və itkilərlə üzləşib.

Həmçinin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ərazilərini işğal etməsi nəticəsində 30 ilə yaxın müddətdə həmin ərazidə yerləşən mineral xammal ehtiyatları Ermənistan tərəfindən qanunsuz olaraq istismar edilib, böyük məbləğdə qeyri-qanuni gəlir əldə olunub, Azərbaycana böyük iqtisadi zərər vurulub. İşğal dövründə filiz və qeyri-filiz yataqlarında qanunsuz istismar işləri aparılıb, həmçinin bütün növ yeraltı su ehtiyatkarından qanunsuz istifadə edilib.

Sənədlərdə göstərilib ki, Ermənistanın işğal etdiyi ərazilərdə Azərbaycana məxsus su elektrik stansiyaları işğalçı qüvvələr tərəfindən qeyri-qanuni şəkildə, heç bir ekoloji qaydaya əməl edilmədən istismar edilməklə elektrik enerjisi istehsal olunub. Bununla yanaşı, tikilməkdə olan elektrik stansiyalarının tamamlanması mümkün olmayıb. Nəticədə Azərbaycan hidroenerji istehsalı sahəsində böyük iqtisadi itkilərə məruz qalıb.

Bundan başqa, Ermənistanın hərbi təcavüzü nəticəsində işğal edilmiş Azərbaycan ərazilərində əhalinin kənd təsərrüfatı ilə məşğul olması mümkün olmayıb, bu səbəbdən həm əhali, həm də dövlət böyük məbləğdə iqtisadi itkilərlə üzləşib.

"Minalar və partlamamış sursatlarla çirkləndirmənin vurduğu zərər" başlıqlı sənəddə qeyd edilib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ərazilərinin işğalı zamanı işğal edilmiş ərazilərdə yüz minlərlə mina basdırılıb, geniş ərazilər partlamamış hərbi sursatlar ilə çirkləndirilib. Bu səbəbdən, işğaldan azad edilmiş ərazilərin Azərbaycanın digər ərazilərinə tam reinteqrasiyasının təmin etmək üçün uzun zaman və irihəcmli maliyyə vəsaiti tələb olunur.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Ramiz Quliyev dəfn olundu like
  • 16 Okt 13:56  
Kriminal Ramiz Quliyev dəfn olundu

Xalq artisti, tarzən Ramiz Quliyev dəfn olunub.

arrow Ətraflı
Azərin yerinə o aparıcılıq edəcək like
  • 16 Okt 13:47  
Şou-biznes Azərin yerinə o aparıcılıq edəcək

"Xəzər TV"də yayımlanan "Zarafat bir yana" proqramı yen

arrow Ətraflı
Prezident Mariyana Kuyundziçin etimadnaməsini qəbul edib  FOTO like
  • 16 Okt 13:42  
Siyasət Prezident Mariyana Kuyundziçin etimadnaməsini qəbul edib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Avropa

arrow Ətraflı
Bu şəxsi görənlər dərhal polisi yığsın like
  • 16 Okt 13:37  
Digərləri Bu şəxsi görənlər dərhal polisi yığsın

Sabirabad rayon sakini, 1959-cu il təvəllüdlü İbrahimov İmamverdi Şahbaz

arrow Ətraflı
Saxta həkim ifşa olundu like
  • 16 Okt 13:22  
Digərləri Saxta həkim ifşa olundu

Bədən şəkilləndirmə əməliyyatı etdirmək istəyən Cəmalə Rüstəmova

arrow Ətraflı
“Instagram”da 18 yaşdan aşağı istifadəçilərə like
  • 16 Okt 13:17  
Digərləri “Instagram”da 18 yaşdan aşağı istifadəçilərə

"Instagram"ın sahibi Meta yeniyetmə istifadəçiləri üçün təhl�

arrow Ətraflı
Milli Məclisin deputatı Novruzəli Aslanov İsmayıllı şəhərində seçiciləri ilə görüşüb like
  • 16 Okt 13:04  
Digərləri Milli Məclisin deputatı Novruzəli Aslanov İsmayıllı şəhərində seçiciləri ilə görüşüb

Milli Məclisin deputatı Novruzəli Aslanov 16 oktyabr 2025-ci il tarixində İ

arrow Ətraflı
Məşhur rusiyalı general öldü like
  • 16 Okt 12:58  
Digərləri Məşhur rusiyalı general öldü

Moskvada keçirilən İkinci Dünya Müharibəsi ilə bağlı paradlarda Rusiya

arrow Ətraflı
Sabah Bakıda yağış yağacaq like
  • 16 Okt 12:37  
Digərləri Sabah Bakıda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağ�

arrow Ətraflı
İbrahim Tatlısesin inanılmaz like
  • 16 Okt 12:32  
Şou-biznes İbrahim Tatlısesin inanılmaz

Türkiyənin məşhur müğənnisi, "İmperator" ləqəbli İbrahim Ta

arrow Ətraflı
Yaşlı qadın avtobusun altında qaldı  VİDEO like
  • 16 Okt 12:20  
Digərləri Yaşlı qadın avtobusun altında qaldı VİDEO

66 yaşlı qadın avtobusun altında qalıb.

arrow Ətraflı
Prezident Niderlandın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul edib like
  • 16 Okt 12:18  
Siyasət Prezident Niderlandın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Niderla

arrow Ətraflı
İlham Əliyev Anaklaudia Rossbaxı qəbul edib  FOTO like
  • 16 Okt 12:14  
Siyasət İlham Əliyev Anaklaudia Rossbaxı qəbul edib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da BMT-nin

arrow Ətraflı
Azərbaycanda evlər bahalaşıb  RƏSMİ like
  • 16 Okt 12:12  
Digərləri Azərbaycanda evlər bahalaşıb RƏSMİ

Bu ilin III rübündə Azərbaycanda mənzillərin bahalaşması qeydə alınıb

arrow Ətraflı
3 milyonluq çantası ilə diqqət çəkdi like
  • 16 Okt 12:00  
Şou-biznes 3 milyonluq çantası ilə diqqət çəkdi

Hindistanın ən varlı iş adamı Mukeş Ambaninin həyat yoldaşı Nita Ambani

arrow Ətraflı