Prezident Niderlandın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul edib


Siyasət 16 Okt 2025 12:18:00 84 0

Prezident Niderlandın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Niderland Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Marian de Yonqun etimadnaməsini qəbul edib.

Son.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu dedi. Kopenhagendə Niderland Krallığının Baş naziri Dik Sxof ilə görüşünü xatırladan Prezident İlham Əliyev həmin görüş əsnasında tərəfdaşlığımızın müxtəlif aspektlərinin müzakirə olunduğunu vurğuladı, bir çox sahədə əməkdaşlığı gücləndirmək barədə razılığın əldə edildiyini bildirdi. Hazırda Niderland şirkətlərinin ölkəmizdə müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərdiyini deyən dövlətimizin başçısı gələcəkdə onların sayının çoxalacağına ümidvar olduğunu ifadə etdi.

Qəbula görə minnətdarlığını bildirən səfir Niderlandın Kralı Villem-Aleksandrın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Niderlandın Kralı və Baş nazirinə çatdırmağı xahiş etdi.

Marian de Yonq ölkəsinin Azərbaycanla siyasi və iqtisadi sahədə güclü əməkdaşlıq etmək niyyətində olduğunu dedi, bunun qarşılıqlı fayda verəcəyinə əminliyini vurğuladı.

İlham Əliyev Anaklaudia Rossbaxı qəbul edib  FOTO like
  • 16 Okt 12:14  
Siyasət İlham Əliyev Anaklaudia Rossbaxı qəbul edib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da BMT-nin

arrow Ətraflı
Azərbaycanda evlər bahalaşıb  RƏSMİ like
  • 16 Okt 12:12  
Digərləri Azərbaycanda evlər bahalaşıb RƏSMİ

Bu ilin III rübündə Azərbaycanda mənzillərin bahalaşması qeydə alınıb

arrow Ətraflı
3 milyonluq çantası ilə diqqət çəkdi like
  • 16 Okt 12:00  
Şou-biznes 3 milyonluq çantası ilə diqqət çəkdi

Hindistanın ən varlı iş adamı Mukeş Ambaninin həyat yoldaşı Nita Ambani

arrow Ətraflı
Saakaşvili İlham Əliyev haqqında yazdı like
  • 16 Okt 11:55  
Siyasət Saakaşvili İlham Əliyev haqqında yazdı

Azərbaycan Prezidenti İlham Əliyev bütün Qafqazın şərəfini qorudu.

arrow Ətraflı
Hər gün hamı yeyir, ancaq sürətlə ölümə aparır like
  • 16 Okt 11:45  
Digərləri Hər gün hamı yeyir, ancaq sürətlə ölümə aparır

Palma yağı bir çox xəstəliklərin yaranmasına səbəb ola bilər.

arrow Ətraflı
Qatara görə işə gecikəndə sizə arayış veriləcək like
  • 16 Okt 11:42  
Digərləri Qatara görə işə gecikəndə sizə arayış veriləcək

ADY qatarlarında texniki nasazlıq, hava şəraiti və eləcə də fövqəladə

arrow Ətraflı
İstanbulda daha bir əməliyyat: Tanınmış şəxslər saxlanıldı like
  • 16 Okt 11:38  
Digərləri İstanbulda daha bir əməliyyat: Tanınmış şəxslər saxlanıldı

Türkiyədə polis tərəfindən daha bir genişmiqyaslı əməliyyat həyata ke

arrow Ətraflı
İstanbulda silahlı şəxs çayxananı gülləbaran etdi like
  • 16 Okt 11:30  
Digərləri İstanbulda silahlı şəxs çayxananı gülləbaran etdi

İstanbulun Esenyurt şəhərində avtomobillə gələn şəxs qəhvəxanada otu

arrow Ətraflı
Yusif Şirinli də işdən çıxarıldı like
  • 16 Okt 11:00  
Digərləri Yusif Şirinli də işdən çıxarıldı

Sabunçu Tibb Mərkəzində daha bir vəzifəli şəxs işdən çıxarılıb.

arrow Ətraflı
Yol polisindən sürücülərə xəbərdarlıq like
  • 16 Okt 10:23  
Digərləri Yol polisindən sürücülərə xəbərdarlıq

Sükan arxasında mobil telefondan istifadə ən təhlükəli vərdişlərdən b

arrow Ətraflı
“28 May”a gedişgəliş belə tənzimlənəcək like
  • 16 Okt 10:13  
Digərləri “28 May”a gedişgəliş belə tənzimlənəcək

Metronun "Cəfər Cabbarlı" stansiyası istiqamətində iki tunel tik

arrow Ətraflı
Ramiz Mehdiyevin halı pisləşdi like
  • 16 Okt 10:12  
Digərləri Ramiz Mehdiyevin halı pisləşdi

Haqqında 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilən Prezident Admi

arrow Ətraflı
Bu aylarda doğulan insanları like
  • 16 Okt 10:03  
Digərləri Bu aylarda doğulan insanları

Astroloqların və ruhani mütəxəssislərin fikrincə, ilin bəzi aylarında d

arrow Ətraflı