"Çaqayev"in həkimə çatdırdığı bodibilderin ürəyi yeddi dəfə dayandı, xilas olundu VİDEO
Digərləri 08 Okt 2025 19:44:00 80 0
Bakıda bodibilder möcüzə nəticəsində sağ qalıb - onun ürəyi yeddi dəfə dayanıb.
Bu xəbəri də oxu: Canlı yayımda uşaq dünyaya gətirdi FOTO
Son.az xəbər verir ki, hadisə idman zalında baş verib.
Uzun müddətdir bodibildinqlə məşğul olan gənc idmançı növbəti məşq zamanı ürək nahiyəsində ağrı hiss edib və məşqçisi Emin Babayev (Chagaev) tərəfindən Mediland Hospitala aparılıb.
Bu barədə anestezioloq-reanimatoloq Qulam Rüstəmzadə "Facebook" sosial şəbəkəsində yazıb.
Təcili yardım həkimi EKQ müayinəsində kəskin miokard infarktına xas olan dəyişikliklər müşahidə edib. Pasient təcili olaraq angioqrafiya əməliyyatxanasına alınaraq müdaxilə üçün hazırlanıb. Müdaxiləyədək 7 dəfə ürək dayanması olmuş və elektroşok ilə ürək yenidən işə salınıb. Ürəyin tıxanmış damarı həkimlər tərəfindən açılıb və stentlənıb.
"Pasient 2 gün sonra qənaətbəxş şəkildə evə göndərilib. Nəzərə çatdıraq ki, miokard infarktının səbəbi idman deyil, insanların dövri olaraq checkup müayinələrindən keçməməsidir", - deyə həkim bildirib. (Musavat.com) Son.az
Misirin Şarm əl-Şeyx şəhərində İsrail və HAMAS arasında vasitəçilər

Rusiyanın Dağıstan bölgəsi yaxın aylarda enerji çatışmazlığı riski i

Almaniyanın Herdecke şəhərinin yeni seçilmiş meri İris Ştalzerin evində

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov

İstanbulda narkotik vasitələrdən istifadə ittihamı ilə aparılan istintaq

Paytaxtın Nizami rayonunda polis əməkdaşları keçidlərdən istifadə etmə

"Sosial şəbəkələrdə Yardımlı rayonu İlqar Şəkərov adına Hamark

Gəncədə qətlə yetirilən 16 yaşlı məktəbli polkovnik-leytenantın oğlu

Müğənni Səbinə Selcan qonaq olduğu efirdə gülüş hədəfi olub.

Beynəlxalq Muğam Mərkəzində "Muğamat axşamı" adlı konsert ke�

Müğənnilər Musa Musayev və Təranə Qumral paytaxt məkanlarının birində

İmişlidə məişətdə baş verən zəhərlənmə hadisəsinin səbəbi açıq

Valideynlər 207 nömrəli dövlət uşaq bağçasının rəhbəri Yeganə Sadı
