Türkiyədə saxlanılan məşhurların son görüntüləri
Şou-biznes 08 Okt 2025 19:06:00 75 0
İstanbulda narkotik vasitələrdən istifadə ittihamı ilə aparılan istintaq çərçivəsində aralarında Dilan Polat, İrem Derici, Hadisə, Demet Evgar kimi məşhur adların da olduğu bir qrup şəxs ifadə vermək üçün İl Jandarma Komandanlığına aparılıb. İfadə prosesi başa çatdıqdan sonra həmin şəxslər tibbi testlər üçün Adli Tibb İnstitutuna göndərilib.
Bu xəbəri də oxu: "Kisə ilə pul qazanırdım, deyirdi ki, borcu tez alın öləcək"
Son.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İl Jandarma Komandanlığı tərəfindən həyata keçirilən əməliyyatda Dilan Polat, Engin Polat, İrem Derici, Kaan Yıldırım, Hadisə Açıkgöz, Berrak Tüzünataç, Demet Evgar Babataş və Feyza Altun daxil olmaqla ümumilikdə 19 nəfər ifadə vermək və qan analizi üçün bölməyə aparılıb.
İfadələrdən sonra onların qan, sidik və saç nümunələrinin götürülməsi üçün Adli Tibb İnstitutuna göndərildiyi, bəzi məşhurların yaxınlarının isə dəstək üçün bölməyə gəldiyi bildirilib.
Aktrisa Hatice Aslan, həmkarı Demet Evgar üçün Jandarma bölməsinə gələrək dəstək verib. O, istintaqa görə çəkiliş setlərinin dayandığını açıqlayıb.
İrem Dericinin vəkili Ayşegül Mermer bildirib ki, bu istintaq çərçivəsində bir çox sənətçi və aktyor ifadə verir: "İrem Derici son bir ildə siqaret belə çəkməyib. Narkotik maddə istifadəsi və ya buna təşviq kimi iddialar əsassızdır. Laboratoriya nəticələri də bunu göstərəcək. Bu bir saxlanılma əməliyyatı deyil, sadəcə məlumat toplanmasıdır."
Mermer həmçinin Simge Sağın və Ziynet Salinin hazırda xaricdə olduğunu və qayıtdıqdan sonra ifadə verəcəklərini deyib.
Dilan Polatın vəkili Sevinç Horoz isə bildirib: "Hazırda nəyə görə çağırıldığımız dəqiq bilinmir. Konkret ittiham yoxdur. Müvəkkillərim daha əvvəl qan və saç analizindən keçib və təmiz nəticələr alıblar. Bu, sadəcə mövcudlu ifadəvermə prosedurudur, gözaltı deyil."
İfadə vermək və tibbi testlərdən keçmək üçün bölməyə aparılan tanınmış şəxslər bunlardır:
İrem Derici
Kubilay Aka
Kaan Yıldırım
Hadisə Açıkgöz
Berrak Tüzünataç
Duygu Özaslan Mutaf
Demet Evgar Babataş
Zeynep Meriç Aral Keskin
Özge Özpirinçci
Mert Yazıcıoğlu
Feyza Altun
Derin Talu
Deren Talu
Ziynet Sali
Birce Akalay
Metin Akdülger
Ceren Moray Orcan
Dilan Polat
Engin Polat
Lalə Qüdrətova Son.az
Paytaxtın Nizami rayonunda polis əməkdaşları keçidlərdən istifadə etmə

"Sosial şəbəkələrdə Yardımlı rayonu İlqar Şəkərov adına Hamark

Gəncədə qətlə yetirilən 16 yaşlı məktəbli polkovnik-leytenantın oğlu

Müğənni Səbinə Selcan qonaq olduğu efirdə gülüş hədəfi olub.

Beynəlxalq Muğam Mərkəzində "Muğamat axşamı" adlı konsert ke�

Müğənnilər Musa Musayev və Təranə Qumral paytaxt məkanlarının birində

İmişlidə məişətdə baş verən zəhərlənmə hadisəsinin səbəbi açıq

Valideynlər 207 nömrəli dövlət uşaq bağçasının rəhbəri Yeganə Sadı

Azərbaycan Professional Kinorejissorlar Gildiyasının, Azərbaycan Aktyorlar G

Azərbaycanda 2026-cı il yanvarın 1-dən 60 Vt və daha yuxarı gücə malik o

"Pis vərdişim olub, hamı bilir"

Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Oktyabrın 8-də Azərbaycan Respublikası Audiovizual Şurasının növbəti ic

Vəfa Şərifova atası ilə bağlı açıqlama verib.
