İlham Əliyev Conatan Qrey ilə görüşüb
Siyasət 23 Sen 2025 00:07:00 43 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də Nyu-Yorkda "Blackstone" şirkətinin prezidenti və baş əməliyyat direktoru Conatan Qrey ilə görüşüb. Son.az xəbər verir ki, Conatan Qrey Azərbaycanda həyata keçirilən iqtisadi islahatların və inkişaf proseslərinin beynəlxalq investorlar üçün cəlbedici imkanlar yaratdığını vurğulayıb. O, rəhbərlik etdiyi şirkətin Azərbaycanla, xüsusilə də Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlığının genişləndirilməsində maraqlı olduğunu qeyd edib və ölkəmizdə formalaşmış əlverişli investisiya mühitini yüksək qiymətləndirib. Prezident İlham Əliyev Azərbaycanın dünya miqyasında aparıcı maliyyə institutları ilə əməkdaşlığa böyük önəm verdiyini deyərək, ölkəmizdə sabitlik, şəffaflıq və davamlı inkişaf prinsipləri əsasında formalaşmış iqtisadi mühitin yeni tərəfdaşlıqlar üçün əlverişli zəmin yaratdığını vurğulayıb. Qeyd edək ki, alternativ investisiyaların idarə edilməsi üzrə dünyanın ən böyük şirkətlərindən biri olan "Blackstone" 1985-ci ildə Nyu-Yorkda təsis olunub. Şirkət özəl kapital, daşınmaz əmlak, kredit, infrastruktur, data mərkəzləri, bərpaolunan enerji və hedc fondları üzrə investisiya portfellərini idarə edir. Hazırda "Blackstone"un idarəçiliyində olan aktivlərin ümumi dəyəri 1 trilyon ABŞ dollarından artıqdır. Baş ofisi Nyu-Yorkda yerləşən şirkət London, Honq Konq, Dubay, Sinqapur və Tokio da daxil olmaqla dünyanın 27 şəhərində fəaliyyət göstərir.
Bu xəbəri də oxu: Prezident: Enerji siyasətimiz beynəlxalq iqtisadi mövqeyimizin güclənməsində mühüm rol oynayır
Son.az 23 sentyabr üçün günün ulduz falını təqdim edir:

ABŞ-də keçirilən BMT Baş Assambleyasında çıxış edən Fransa prezidenti

Məşhur aktyor İbrahim Çelikkol, təxminən iki ildir birlikdə olduğu sevgi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də Nyu-Y

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nyu-Y

Tanınmış təzyiq dərmanı 1-ci tip şəkər xəstəliyində insulin istehsa

Tərtərin Poladlı kəndində 1990-cı il təvəllüdlü gəlini Hafizə Rzayev

Azərbaycanın Milli Qəhrəmanı, mərhum Albert Aqarunovun vurduğu erməni ta

Uroloq böyrəkləri məhv edən vərdişləri açıqlayıb.

Bakıdakı 148 saylı tam orta məktəbə sentyabrın 15-dən 22-dək valideynl�

Rusiyanın Kamçatka diyarında 6.3 bal gücündə zəlzələ baş verib.
