İlham Əliyev Brüs Flətt ilə görüşüb


Siyasət 22 Sen 2025 23:00:00 51 0

İlham Əliyev Brüs Flətt ilə görüşüb

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nyu-Yorkda dünyanın alternativ investisiyalar sahəsində ən böyük idarəedici şirkətlərindən biri olan "Brookfield Asset Management" şirkətinin baş icraçı direktoru Brüs Flətt ilə görüşüb.

Son.az xəbər verir ki, Brüs Flətt 2023-cü ildə ölkəmizə səfəri zamanı Azərbaycanda müşahidə etdiyi iqtisadi tərəqqi və inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığını bildirib.

O, rəhbərlik etdiyi şirkətin Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlığının getdikcə genişləndiyini vurğulayıb.

Brüs Flətt Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı əldə edilmiş nəticələrlə bağlı təbriklərini çatdırıb və bunun bölgədə iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün də yaxşı imkan yaratdığını deyib.

Ölkəmizlə "Brookfield Asset Management" şirkəti ilə arasında qurulmuş əlaqələrin uğurlu inkişafından məmnunluğunu bildirən Prezident İlham Əliyev bunun əməkdaşlığımızın uzunmüddətli strateji inkişafı üçün geniş imkanlar yaratdığını vurğulayıb.

Söhbət zamanı Azərbaycanın bərpaolunan enerji sahəsindəki imkanları və ölkəmizin regional enerji mərkəzinə çevrilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 1899-cu ildə əsası qoyulan və baş ofisi Kanadada yerləşən "Brookfield Asset Management" qlobal miqyasda alternativ investisiyaların idarə edilməsi sahəsində aparıcı şirkətlərdən biridir. Şirkət infrastruktur, daşınmaz əmlak, bərpaolunan enerji, özəl kapital və kredit kimi əsas istiqamətlər üzrə investisiya portfellərini idarə edir. Hazırda "Brookfield"in idarəçiliyində olan aktivlərin ümumi dəyəri 1 trilyon ABŞ dollarından çoxdur. Şirkət Nyu-York, London, Sidney, Dubay, San Paulo, Mumbay və Şanxay da daxil olmaqla dünyanın əsas maliyyə mərkəzlərində təmsil olunub.

Məşhur serialın aktrisası çəkiliş zamanı ədəbsiz hərəkət edib?  açıqlama like
  • 22 Sen 22:45  
Şou-biznes Məşhur serialın aktrisası çəkiliş zamanı ədəbsiz hərəkət edib? açıqlama

Show TV-də yayımlanan və reytinq rekordları qıran "Kızılcık Şerbet

arrow Ətraflı
“Oğluma və nəvələrimə problem yaradacaqdı, ona görə gəlinimi öldürdüm” like
  • 22 Sen 22:29  
Kriminal “Oğluma və nəvələrimə problem yaradacaqdı, ona görə gəlinimi öldürdüm”

Tərtərin Poladlı kəndində 1990-cı il təvəllüdlü gəlini Hafizə Rzayev

arrow Ətraflı
Albert Aqarunovun vurduğu tankın komandiri öldü like
  • 22 Sen 22:26  
Digərləri Albert Aqarunovun vurduğu tankın komandiri öldü

Azərbaycanın Milli Qəhrəmanı, mərhum Albert Aqarunovun vurduğu erməni ta

arrow Ətraflı
Azərbaycana payız fəsli daxil oldu like
  • 22 Sen 22:19  
Digərləri Azərbaycana payız fəsli daxil oldu

Azərbaycana payız fəsli daxil olub.

arrow Ətraflı
Teztez ağrıkəsici qəbul edənlərin nəzərinə!  Uroloqdan xəbərdarlıq like
  • 22 Sen 22:13  
Digərləri Teztez ağrıkəsici qəbul edənlərin nəzərinə! Uroloqdan xəbərdarlıq

Uroloq böyrəkləri məhv edən vərdişləri açıqlayıb.

arrow Ətraflı
Bakıda şadlıq sarayı yandı like
  • 22 Sen 22:06  
Digərləri Bakıda şadlıq sarayı yandı

Bakının Xətai rayonunda yerləşən "Təbrik" şadlıq sarayında y

arrow Ətraflı
"Müəllimənin ad günü oldu, bacısının ad günü oldu, anası, babası öldü pul yığılır” like
  • 22 Sen 21:54  
Digərləri "Müəllimənin ad günü oldu, bacısının ad günü oldu, anası, babası öldü pul yığılır”

Bakıdakı 148 saylı tam orta məktəbə sentyabrın 15-dən 22-dək valideynl�

arrow Ətraflı
Xızıda ağır qəza  ölən var like
  • 22 Sen 21:50  
Digərləri Xızıda ağır qəza ölən var

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Kamçatkada güclü zəlzələ oldu like
  • 22 Sen 21:45  
Digərləri Kamçatkada güclü zəlzələ oldu

Rusiyanın Kamçatka diyarında 6.3 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
"Oğlanlar buna görə evlənməyə qız tapmır" like
  • 22 Sen 21:24  
Şou-biznes "Oğlanlar buna görə evlənməyə qız tapmır"

"Çox hallarda oğlanlar yaxşı qız, qızlar isə deyirlər ki, yaxşı o

arrow Ətraflı
Azərbaycanda çox da yeyilmir, ancaq xərçəngdən qoruyur, qaraciyəri təmizləyir like
  • 22 Sen 21:00  
Digərləri Azərbaycanda çox da yeyilmir, ancaq xərçəngdən qoruyur, qaraciyəri təmizləyir

Türkiyənin məşhur kardioloqu və dietoloqu Canan Karatay sumaxın istifadəs

arrow Ətraflı
Bakının məşhur bazarında söküntü başladı like
  • 22 Sen 20:46  
Digərləri Bakının məşhur bazarında söküntü başladı

Bakının Dərnəgül Tikinti Bazarında söküntü işlərinə başlanılıb.

arrow Ətraflı
Moskvaya PUA hücumu oldu like
  • 22 Sen 20:40  
Digərləri Moskvaya PUA hücumu oldu

Rusiyanın paytaxtı Moskvaya PUA hücumu olub.

arrow Ətraflı