“Oğluma və nəvələrimə problem yaradacaqdı, ona görə gəlinimi öldürdüm”
Kriminal 22 Sen 2025 22:29:00 75 0
Tərtərin Poladlı kəndində 1990-cı il təvəllüdlü gəlini Hafizə Rzayevanı qətlə yetirən 68 yaşlı qayınatası Şəhriyar Hüseynovun məhkəmə prosesi başa çatıb.
Bu xəbəri də oxu: Sinif yoldaşının evinə qonaq getdi, oğurluq etdi
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, cinayət işi ilə bağlı Gəncə Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.
Hökmə əsasən, Ş.Hüseynov 16 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmədə təqsirləndirilən şəxs qismində çıxış edən Şəhriyar Hüseynov gəlinini başqa şəxslə münasibətdə olduğu üçün öldürdüyünü bildirib:
"Hadisədən xəbər tutandan sonra oğlumu çağırıb danışdım və dedim ki, boşanacaqsınız. Daha sonra boşanma zamanı qadının yenə həmin evdə saxlanılacağını və ömür boyu həm oğluma, həm nəvələrimə problem yaradacağını düşünərək ən yaxşı seçimin onun öldürmək olduğu qənaətinə gəldim. Bir neçə gün onu müşahidə etdim, oğlum və nəvələrimin evdə olmadığı günü gözlədim. Hadisənin baş verdiyi gün isə evdən bıçaq götürüb onlara getdim. Gəlinimə sual verdim, amma cavab verməsini gözləmədən onu bıçaqladım. Öldüyünə əmin olduqdan sonra oğluma zəng edərək hadisəni danışdım. Daha sonra isə qızıma zəng edərək ondan nəvələrimin travma almaması üçün onları məktəbdən götürərək öz evinə aparmasını istədim".
Qeyd edək ki, cütlük 17 il evli olublar. Cinayət hadisəsi bu ilin mayında baş verib. Son.az
Azərbaycanın Milli Qəhrəmanı, mərhum Albert Aqarunovun vurduğu erməni ta

Uroloq böyrəkləri məhv edən vərdişləri açıqlayıb.

Bakıdakı 148 saylı tam orta məktəbə sentyabrın 15-dən 22-dək valideynl�

Rusiyanın Kamçatka diyarında 6.3 bal gücündə zəlzələ baş verib.

"Çox hallarda oğlanlar yaxşı qız, qızlar isə deyirlər ki, yaxşı o

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

Türkiyənin məşhur kardioloqu və dietoloqu Canan Karatay sumaxın istifadəs

Bakının Dərnəgül Tikinti Bazarında söküntü işlərinə başlanılıb.

BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsi çərçivəsində Azə

Kərə yağı gündəlik qida rasionumuzda mühüm yer tutur. Lakin bazarda çox

Aparıcı Zaur Kamal klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun həyat yolda
