Təbii kərə yağını necə seçək? Ekspert AÇIQLADI
Digərləri 22 Sen 2025 20:13:00 50 0
Kərə yağı gündəlik qida rasionumuzda mühüm yer tutur. Lakin bazarda çoxsaylı məhsullar arasında keyfiyyətli və təbii kərə yağı seçmək bəzən çətin ola bilər.
Bu xəbəri də oxu: Bu avtomobillər üçün Bakıya giriş pullu olacaq RƏSMİ
Kərə yağı alarkən nələrə diqqət etmək lazımdır?
Son.az xəbər verir ki, məsələ ilə bağlı qida eksperti Ağa Salmanov bildirib ki, hər il bazarda saxta və ya keyfiyyətsiz məhsulların sayı artır, bu da alıcıların sağlamlığı üçün risk yaradır:
"Keyfiyyətli kərə yağı yalnız süd yağından ibarət olmalıdır. İçində qatqı maddələri, bitki yağları və ya emulqatorlar varsa, bu, məhsulun təbii olmadığını göstərir. 100% təbii kərə yağı almağa üstünlük verin. Hər bir məhsulda istehsal tarixi, son istifadə müddəti, tərkibi və istehsalçı haqqında məlumat olmalıdır. Rəsmi qeydiyyatı və lisenziyası olmayan məhsullardan çəkinmək məsləhətdir. Kərə yağı qutularının açılmamış və zədəsiz olması vacibdir. Qutuda deformasiyalar və ya çatlar məhsulun xarab ola biləcəyinə işarədir. Təbii kərə yağı açıldıqda xoş, təzə süd qoxusu verir. Sarı rəngi isə təbii və zəngin olur. Əgər kərə yağı qoxusuz, kəskin və ya yad bir qoxu yayırsa, bu, məhsulun keyfiyyətsiz olduğunu göstərə bilər. Çox ucuz qiymətə satılan kərə yağları adətən saxta və ya qatqılı ola bilər. Keyfiyyətli məhsulların qiyməti bazar standartlarından çox fərqlənməməlidir".
Ekspert bildirir ki, istehlakçılar yalnız tanınmış və etibarlı brendlərin məhsullarını almağa diqqət etməlidir.
"Kərə yağı alarkən tərkibi və istehsal məlumatlarını diqqətlə oxumaq, saxta məhsullardan qorunmaq üçün ən effektiv yoldur", - deyə o qeyd edir.
Qeyd edək ki, bu sadə qaydalara əməl etməklə həm sağlamlığınızı qoruya, həm də keyfiyyətli məhsul əldə edə bilərsiniz.
Asya Son.az
Aparıcı Zaur Kamal klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun həyat yolda

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Rusiya ilə münasibətlər gərgi

Astarada güclü leysan nəticəsində torpaq sürüşməsi baş verib.

20 sentyabr 2025-ci il tarixində Qazax Müəllimlər Seminariyasında və yeni

Maştağa qəsəbəsində gəlinini qətlə yetirməkdə təqsirləndirilən Ağ

"Spirtli içkilər və fastfud kişilərin reproduktiv sağlamlığına zə

Bakıda qonaq getdiyi evdən oğurluq edən şəxsə hökm oxunub.

Bakı Təhlükəsizlik Forumunun Bəyannaməsi və Əsasnaməsi qəbul edilib

Əməkdar artist Mətanət İsgəndərli müğənni Nadir Qafarzadənin yeni ail

Sentyabrın 21-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti

Daxili İşlər Nazirliyinin onun "Perperişan" mahnısı ilə bağlı

Türkiyədə topdansatış bazarında müəssisələrin birində güclü partlay

Sentyabrın 22-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vət�
