Xankəndidə bayraq, Qarabağda sülh: 2023cü ilin tarixi əməliyyatı


Siyasət 19 Sen 2025 20:31:00 85 0

Xankəndidə bayraq, Qarabağda sülh: 2023cü ilin tarixi əməliyyatı

Azərbaycan Respublikasının 2023-cü il 19 sentyabr tarixində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri təkcə hərbi əməliyyat kimi deyil, həm də dövlətin suveren hüquqlarının icrası, beynəlxalq hüquqa və üçtərəfli razılaşmalara əsaslanan siyasi və təhlükəsizlik qərarı kimi qiymətləndirilməlidir.

Belə ki, antiterror tədbirləri başlamazdan əvvəl Ermənistanın və Qarabağ bölgəsindəki separatçı qüvvələrin bir neçə istiqamətdə sistemli və məqsədyönlü təxribatları qeydə alınmışdı. Bunlara misal Ermənistan tərəfindən erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilməsi, mövqelərimizin tez-tez atəşə tutulması, separatçı rejimin davamlı olaraq "müstəqillik" iddiaları ilə çıxış etməsi və "parlament seçkiləri" keçirməsi, konstitusiya və hüquqi sistemini tanımamaqla dövlət suverenliyinə açıq təhdid yaratmalarını göstərmək olar.

Bütün bunlar regionda sülh və təhlükəsizlik üçün ciddi təhlükəyə çevrilmişdi. Təxribatların davam etməsi artıq yalnız lokal insidentlər deyil, bölgədə sabitliyi tam pozacaq risklərə yol açırdı. Belə bir şəraitdə dövlətin cavab tədbirləri qaçılmaz idi.

Azərbaycan, Rusiya və Ermənistanın 2020-ci il 10 noyabr tarixində imzalanmış Üçtərəfli Bəyanat bölgədə hərbi əməliyyatların dayandırılması və yeni təhlükəsizlik arxitekturasının formalaşdırılması üçün hüquqi baza rolunu oynayırdı. Bəyanatın əsas müddəalarından biri - erməni silahlı birləşmələrinin bölgədən çıxarılması - 3 il ərzində icra olunmadı. Əksinə, həmin qüvvələrin sayının artırıldığı, yeni silahların daşındığı və hərbi infrastrukturların yaradıldığı aşkarlanmışdı.

Beləliklə, Üçtərəfli Bəyanatın kobud şəkildə pozulması, Azərbaycanı beynəlxalq hüququn verdiyi özünümüdafiə hüququndan istifadə edərək bu addımı atmağa məcbur etdi.

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində - Qarabağda - uzun illər boyunca fəaliyyət göstərən qeyri-qanuni separatçı rejim ölkənin konstitusion sisteminə zidd olaraq özünü idarəedici bir siyasi struktur kimi təqdim etməyə çalışırdı. "Prezident", "parlament", "məhkəmə" kimi institutlar yaradırdılar. Bu isə Azərbaycan Respublikasının Konstitusiyası və dövlətçiliyi üçün açıq təhlükə idi. Belə bir vəziyyətdə dövlətin əsas vəzifəsi öz hüquqi sistemini ərazisinin hər yerində təmin etmək idi.

2023-cü il sentyabrın 19-da Ermənistan silahlı birləşmələrinin Qarabağda törətdikləri terror aktı Azərbaycana qarşı aparılan məqsədyönlü və planlı terror siyasətinin davamı idi. Ermənistan ordusunun Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxdı və mülki şəxslər həlak oldu. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak oldu və yaralandı. Bütün bu təxribatların qarşısının alınması, Üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı.

2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa olundu. Qısamüddətli lokal xarakterli antiterror əməliyyatları nəticəsində düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarıldı. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və lokal xarakterli antiterror tədbirləri dayandırıldı.

Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır. TREND

"Beyninizi qorumaq istəyirsinizsə balıq yeyin"  Açıqlama like
  • 19 Sen 20:19  
Digərləri "Beyninizi qorumaq istəyirsinizsə balıq yeyin" Açıqlama

Rusiyada həkim-nutrisionist və ekspert Yuliya Vataqina Altsheymer xəstəliyin

arrow Ətraflı
Rusiya bu ölkənin hava məkanını pozdu like
  • 19 Sen 20:03  
Digərləri Rusiya bu ölkənin hava məkanını pozdu

Bu gün Rusiya hərbi təyyarələri Estoniyanın hava məkanını pozub.

arrow Ətraflı
Səs yazısı yayılan direktor işdən çıxarıldı like
  • 19 Sen 19:58  
Digərləri Səs yazısı yayılan direktor işdən çıxarıldı

Paytaxtdakı 308 nömrəli tam orta ümumtəhsil məktəbi direktorunun səs yaz

arrow Ətraflı
Ruanda Prezidenti Azərbaycana rəsmi səfərə gəlib like
  • 19 Sen 19:46  
Siyasət Ruanda Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Ruanda Respublikasının Prezidenti Pol Kaqame sentyabrın 19-da Azərbaycan Res

arrow Ətraflı
Tramp və xanımını daşıyan helikopter təcili eniş etdi like
  • 19 Sen 19:35  
Digərləri Tramp və xanımını daşıyan helikopter təcili eniş etdi

ABŞ prezidenti Donald Tramp və həyat yoldaşı Melaniya Trampın mindiyi Mari

arrow Ətraflı
Ukrayna hərbi kəşfiyyatı Kursk vilayətində kritik zərbə endirdi like
  • 19 Sen 19:27  
Digərləri Ukrayna hərbi kəşfiyyatı Kursk vilayətində kritik zərbə endirdi

Ukrayna Xüsusi Təyinatlı Qüvvələri Rusiyanın Kursk vilayətindəki 810-cu

arrow Ətraflı
Ağadadaş Ağayev imicini dəyişdi like
  • 19 Sen 19:15  
Şou-biznes Ağadadaş Ağayev imicini dəyişdi

Xalq artisti Ağadadaş Ağayevin yeni görüntüsü diqqət çəkib.

arrow Ətraflı
Ermənistana 200 milyon avrodan çox vəsait ayrılacaq like
  • 19 Sen 19:11  
Digərləri Ermənistana 200 milyon avrodan çox vəsait ayrılacaq

Avropa İttifaqı "Dayanıqlılıq və İnkişaf Proqramı"nın ikinci

arrow Ətraflı
"Chrome"da inqilabi yenilik like
  • 19 Sen 19:00  
Digərləri "Chrome"da inqilabi yenilik

"Google" yaxın vaxtlarda "Chrome" brauzerində inqilabi yen

arrow Ətraflı
Urmiya gölü niyə Urmiya çölü oldu? like
  • 19 Sen 18:30  
Dünya Urmiya gölü niyə Urmiya çölü oldu?

Sentyabrın əvvəlində NASA-nın peyk görüntüləri Urmiya gölünün tam qu

arrow Ətraflı
Azərbaycada kanal rəhbəri vəzifədən getdi like
  • 19 Sen 18:21  
Digərləri Azərbaycada kanal rəhbəri vəzifədən getdi

Təhsil TV-nin direktoru Jalə Əliyeva vəzifəsindən gedib.

arrow Ətraflı
Bu tarixdə gücü külək əsəcək  XƏBƏRDARLIQ like
  • 19 Sen 18:02  
Digərləri Bu tarixdə gücü külək əsəcək XƏBƏRDARLIQ

Sentyabrın 21-i səhərədək ölkə ərazisində gözlənilən küləkli hava

arrow Ətraflı
Trampın oğlu Ərdoğanla görüşdü  Nə danışdılar? like
  • 19 Sen 17:58  
Dünya Trampın oğlu Ərdoğanla görüşdü Nə danışdılar?

ABŞ prezidenti Donald Trampın böyük oğlu Donald Trump Jr. ötən həftə İ

arrow Ətraflı
İlham Əliyev: Azərbaycanda yəhudi icmasının özünəməxsus yeri vardır like
  • 19 Sen 17:48  
Siyasət İlham Əliyev: Azərbaycanda yəhudi icmasının özünəməxsus yeri vardır

Tarixən mütərəqqi tolerantlıq ənənələrinin və yüksək birgəyaşayı�

arrow Ətraflı
Bir sıra şəhər və rayonlarda sərnişin daşıyıcılarına subsidiya veriləcək like
  • 19 Sen 17:45  
Siyasət Bir sıra şəhər və rayonlarda sərnişin daşıyıcılarına subsidiya veriləcək

Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərində və Abşeron,

arrow Ətraflı