"Chrome"da inqilabi yenilik
Digərləri 19 Sen 2025 19:00:00 72 0
"Google" yaxın vaxtlarda "Chrome" brauzerində inqilabi yenilik həyata keçirəcək.
Bu xəbəri də oxu: Erkən nikahlarla bağlı qanun sərtləşdirilə bilər
Son.az xəbər verir ki, bu barədə "Wired" məlumat yayıb.
Süni intellektli "Gemini" çat-botu birbaşa brauzerə inteqrasiya ediləcək. Yeni funksiya ilkin olaraq ABŞ-də, Mac və Windows istifadəçiləri üçün təkcə ingilis dilində əlçatan olacaq.
"Gemini"yə brauzerin yuxarı sağ küncündə yerləşən ikon vasitəsilə daxil olmaq mümkün olacaq. İstəyənlər bu ikonu gizlədə də biləcəklər.
İstifadəçilər "Gemini"dən açıq səhifə haqqında izahat almaq, bir neçə vərəqi birləşdirərək ümumiləşdirilmiş məlumat əldə etmək üçün istifadə edə biləcəklər. Bu xüsusiyyət xüsusilə səyahət planlaması və müxtəlif mənbələrdən məlumat toplamaq zamanı faydalı olacaq.
Yaxın zamanda "Chrome" brauzerində axtarış tarixçəsində də süni intellekt axtarışı mümkün olacaq. Beləliklə, ənənəvi tarixçə siyahısına baxmaq əvəzinə, istifadəçi sual verə biləcək: "Keçən həftə hansı saytda qoz ağacından stol görmüşdüm?" - və Gemini uyğun linkləri təqdim edəcək.
Google həmçinin istifadəçilər adından müəyyən tapşırıqları avtomatik yerinə yetirəcək İİ agent funksiyası üzərində işləyir. Məsələn, saç düzümü üçün qeydiyyat yaratmaq və ya ərzaq sifarişi vermək kimi işləri "Gemini"çat-botu həyata keçirəcək.
Bundan əlavə, brauzerin ünvan sətrindən birbaşa "AI Mode" rejimində axtarış imkanı istifadəyə veriləcək. Şirkət bu funksiyanı 2025-ci ilin sentyabr ayının sonunda ABŞ-da işə salmağı, daha sonra isə digər ölkə və dillərə genişləndirməyi planlaşdırır.
İsmayıl Son.az
Sentyabrın əvvəlində NASA-nın peyk görüntüləri Urmiya gölünün tam qu

Təhsil TV-nin direktoru Jalə Əliyeva vəzifəsindən gedib.

Sentyabrın 21-i səhərədək ölkə ərazisində gözlənilən küləkli hava

ABŞ prezidenti Donald Trampın böyük oğlu Donald Trump Jr. ötən həftə İ

Tarixən mütərəqqi tolerantlıq ənənələrinin və yüksək birgəyaşayı�

Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərində və Abşeron,

Türkiyənin Ağrı şəhərində xəstəxanaya yerləşdirilən 22 yaşlı qad

Paytaxtda ödənişli hərəkət zonaları yaradılacaq.

Haqqında məhkəmə iddiası qaldırılan məşhur türkiyəli jurnalist Ece

Prezident İlham Əliyev Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daş

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasına təbrik məktubu ünva

Füzuli rayon Arayatlı tam orta məkətbin direktoru Ələddin Hüseynovun evin

"Neftin qiymətinin aşağı düşməsi Rusiya-Ukrayna münaqişəsinə son

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Lənkəran-Lerik yolunun �
