Ukrayna müharibəsi: 15 milyon avroluq rus MiQ29 qırıcısı İrəvanda qəza törətdi
Dünya 26 Avq 2025 18:54:00 74 0
İrəvanda MiQ-29 qırıcısı dirəyə çırpıldı - "ən yavaş qəza" gündəm oldu.
Bu xəbəri də oxu: "Amerika ordusu Ukrayna ordusundan geri qalır"
Ermənistanın paytaxtı İrəvanda rus istehsalı MiQ-29 qırıcısı nəqliyyat zamanı qəza keçirib. Təyyarə şəhər küçələrində daşındığı anda dirəyə çırpılıb, daha sonra yol baryerinə dəyib. Yerli mediada hadisə "bəsit qəza" kimi xarakterizə edilib.
Hadisə bazar günü gecə saat 02:15-də baş verib. Təyyarənin gecə vaxtı diqqətdən kənar daşınacağı düşünülsə də, gözlənilmədən qəza ilə nəticələnib. Şəhər müşahidə kameralarının qeydə aldığı görüntülər qısa zamanda sosial şəbəkələrdə minlərlə dəfə paylaşılıb.
Yerli hakimiyyət orqanları əraziyə gələrək küçəni nəqliyyata bağlayıb və araşdırmalara başlayıb.
Ermənistan Müdafiə Nazirliyi məsələyə münasibət bildirməkdən imtina edib.
Qəza nəticəsində ölən və ya yaralanan olmayıb. Təyyarənin aldığı zərər barədə isə hələlik açıqlama verilməyib.
Hadisəyə səbəb olan qırıcı Erebuni aviabazasından daşınırdı. Baza Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Rusiyaya məxsus hərbi aviasiya məntəqəsi kimi fəaliyyət göstərir.
Qəzaya düşən MiQ-29-un 1989-cu ildə istehsal edildiyi, bort nömrəsinin isə "Red 15" olduğu bildirilib. Təyyarənin artıq uçuşlardan çıxarıldığı və istifadədən sonra daşındığı ehtimal edilir. MiQ-29A modelləri Rusiya Hava-Kosmik Qüvvələri tərəfindən mərhələli şəkildə xidmətdən çıxarılır və onların yerini MiQ-29SMT, Su-30SM və Su-35S kimi daha müasir qırıcılar tutur.
Lalə Qüdrətova Son.az
Türkiyədə məşhurlaşan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni sevg

Formula-1 üzrə Azərbaycan Qran-prisinin həyata keçiriləcəyi ərazilərdə

Sabah Bakı metrosu "Qarabağ" Futbol Klubunun UEFA Çempionlar Liqas�

Avqustun 26-da Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşə

2024-cü ildə adambaşına düşən ən yüksək dövlət borcu Sinqapur və AB

"Polşanın 2026-cı ildə müdafiə xərcləri ölkə tarixində rekord s�

Bir müddətdir Ramiz Rövşənin ayağında problem yaranıb və onun hərəkə

Milyarder İlon Maskın süni intellekt startapı xAI, Apple və OpenAI-ni ABŞ

"Balenciaga"nın 995 dollara satdığı plastik görünüşlü çanta

Nazirlər Kabinetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin

Bir zamanlar günləri ayrı keçməyən tanınmış ifaçılar Türkan Vəlizad

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və ARKA-nın dəstəyi, Ni

Günəşdə əvvəlki iki ayda baş verən ən böyük partlayışa bərabər v�

Azərbaycan bir tərəfdən Ermənistanla uzunmüddətli sülhün əsasını qoy
