"Azərbaycan ABŞ ilə strateji tərəfdaşlığını yeni mərhələyə yüksəldir"
Siyasət 26 Avq 2025 16:38:00 68 0
Azərbaycan bir tərəfdən Ermənistanla uzunmüddətli sülhün əsasını qoyur, digər tərəfdən isə ABŞ ilə strateji tərəfdaşlığını yeni mərhələyə yüksəldir.
Bu xəbəri də oxu: Nazirlər Kabinetində İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclas keçirilib
Son.az-ın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tarixi Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasında bildirib.
Baş nazir qeyd edib ki, Vaşinqton səfəri Azərbaycan-ABŞ əlaqələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə əlamətdar oldu:
"Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Anlaşma Memorandumunun imzalanması Azərbaycan-Amerika dövlətlərarası münasibətlərinin inkişafında yeni bir əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi açır. Ağ evdə keçirilən görüş zamanı 1992-ci ildə Konqres tərəfindən ölkəmizə qarşı qəbul edilmiş "Azadlığa dəstək aktı"na ədalətsiz 907-ci düzəlişin 33 ildən sonra məhz Azərbaycan dövlət başçısının iştirakı ilə ləğvi Prezident İlham Əliyevin dünya miqyasında son dərəcə yüksək nüfuzunun bariz təsdiqidir.
Prezident İlham Əliyevin sözləri ilə desək "Bu gün Azərbaycanın xarici yardıma ehtiyacı yoxdur, ölkəmiz xarici yardımdan asılı deyil. İqtisadiyyatımız sabitdir, xarici borcumuz ÜDM-in yeddi faizindən də azdır. Özümüz donor ölkəyə çevrilmişik". Ona görə də Prezident Trampın bu düzəlişi ləğv etməsi rəmzi məna daşıyır və bu jest Azərbaycana qarşı tarixi ədalətsizliyi aradan qaldırmaqla Amerikanın dövlət başçısının Prezident İlham Əliyevə xüsusi münasibətini əks etdirir.
Bununla yanaşı, səfər çərçivəsində SOCAR və "ExxonMobil" arasında əməkdaşlığa dair memorandumun imzalanması "Əsrin müqaviləsi" ilə əsası qoyulan milli neft strategiyası çərçivəsində başlanmış tərəfdaşlığın yeni mərhələdə davamıdır".
"Qapqara" verilişinin budəfəki qonağı Xalq artisti, teatr və kin

TƏBİB-in tabeli tibb müəssisələrinə yeri rəhbər şəxslər təyin olunu

Bu ilin yanvar-iyun aylarında "Bakı Metropoliteni" QSC sərnişinda�

Xüsusilə külli miqdarda dələduzluqdan ittiham olunan müğənni Rəqsanə �

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) həbsdə olan sədri Ekrem İ

ABŞ yaxşı silahlar istehsal edir, lakin ordusunun hazırlıq səviyyəsi yəq

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rə�

ABŞ-də yaşayan aparıcı Günel Musəvi həyat yoldaşı ilə görrüntüsün

5-7 sentyabr tarixlərində Bakıda ilin ən gözlənilən rəqs hadisələrind�

Meyxanaçı-müğənni Namiq Qaraçuxurlu yeni görüntüləri ilə gündəmə g

Bakıda kişi yaşadığı evdə ölü halda tapılıb.

Bu gün Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtın təsərrüfat

Rusiyalı politoloq Sergey Markov ölkəni tərk etməyi düşünmədiyini açı

Aparıcı Zaur Baxşəliyev ailəsində sevincli anları izləyiciləri bölüş
