4cü “Salam” Beynəlxalq Yeniyetmə Film Festivalının Açılış Mərasimi baş tutub FOTO
Kriminal 26 Avq 2025 16:46:00 65 0
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və ARKA-nın dəstəyi, Nizami Kino Mərkəzinin təskilati dəstəyi, eləcə də "Paşa Holdinqin" baş sponsorluğu ilə keçirilən 4-cü "Salam" Beynəlxalq Yeniyetmə Film Festivalının Açılış Mərasimi baş tutub. Səhər saat 9-dan Nizami Kino Mərkəzinin qarşısında yığışan 400-ə yaxın Festival iştirakçıları orkestrin ifa etdiyi musiqi sədaları altında Mərkəzə daxil olaraq zalda öz yerlərini tutublar. Açılış Mərasimində mötəbər qonaqlar, Festivalın xarici ölkələrdən olan qonaqları, KİV nümayəndələri, həmçinin, bir çox kino və mədəniyyət xadimləri iştirak ediblər.
Bu xəbəri də oxu: “Qızım gördü ki, atasını öldürür, gedib evdən bıçaq gətirdi”
Açılış Mərasimində ilk olaraq Festivalın Art Direktoru Leyla Dostəlizadə Festivalın iştirakçılarını və qonaqları salamlamış, Festivala dəstək olan qurum və şirkətlərə təşəkkürünü bildirmişdir. ARKA-nın baş direktoru Rəşad Əzizov çıxış edərək yeniyetmələrə və Festivala uğurlar diləmişdir. Daha sonra Azərbaycan Respublikasının Belçikadakı Səfirliyinin Attaşesi cənab Sübhan Rəhimli söz almış və Festival haqqında düşüncələri ilə bölüşmüşdür. Mötəbər qonaqların çıxışları bitdikdən sonra Festivalın təsisçisi və baş direktoru Nəriman Məmmədov "Salam" BYFF-nın 4-cü buraxılışını açıq elan etmişdir.
Rəsmi mərasimdən sonra Festivalın konkurs proqramı Yaponiya istehsalı olan "You are here, you were here" (rej. Kousuke Sakoda) filmi ilə açılmışdır. Filmin nümayişindən sonra rejissor Kousuke Sakoda səhnəyə qalxmış və sorğu-sualda iştirak etmişdir. Filmin yaradıcısı ilə yaxından tanış olmaq imkanı yeniyetmələrdə zəngin emosiyalar yaratmışdır.
Nahar fasiləsindən sonra uşaqlar "Cinemarathon" seminarına qoşularaq mentorlar Qurban Bünyatov, Eldar Albertson və Leylaxanım Qənbərli tərəfindən lazımi tapşırıqlar alıblar və qruplar daxilində çəkəcəkləri öz kiçik filmlərinin ideyaları üzərində çalışmağa başlayıblar. Paralel olaraq hər qrupdan bir neçə yeniyetmə ayrılaraq İro Riganın (Yunanıstan) apardığı "Salam News & Backstage" seminarında iştirak ediblər.
Günəşdə əvvəlki iki ayda baş verən ən böyük partlayışa bərabər v�

Azərbaycan bir tərəfdən Ermənistanla uzunmüddətli sülhün əsasını qoy

"Qapqara" verilişinin budəfəki qonağı Xalq artisti, teatr və kin

TƏBİB-in tabeli tibb müəssisələrinə yeri rəhbər şəxslər təyin olunu

Bu ilin yanvar-iyun aylarında "Bakı Metropoliteni" QSC sərnişinda�

Xüsusilə külli miqdarda dələduzluqdan ittiham olunan müğənni Rəqsanə �

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) həbsdə olan sədri Ekrem İ

ABŞ yaxşı silahlar istehsal edir, lakin ordusunun hazırlıq səviyyəsi yəq

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rə�

ABŞ-də yaşayan aparıcı Günel Musəvi həyat yoldaşı ilə görrüntüsün

5-7 sentyabr tarixlərində Bakıda ilin ən gözlənilən rəqs hadisələrind�

Meyxanaçı-müğənni Namiq Qaraçuxurlu yeni görüntüləri ilə gündəmə g

Bakıda kişi yaşadığı evdə ölü halda tapılıb.

Bu gün Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtın təsərrüfat
