KOBİA Qusarda sahibkarlarla görüşüb


Digərləri 24 İyl 2025 16:45:00 101 0

KOBİA Qusarda sahibkarlarla görüşüb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qusar rayonunda sahibkarlarla görüş keçirilib.

KOBİA-dan Son.az-a bildirilib ki, görüşdə kənd təsərrüfatı, sənaye, turizm, pərakəndə satış, ictimai iaşə sahələrində fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak edib.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Milli Məclisin deputatı Azər Badamov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlıq fəaliyyətinin inkişafı üçün dövlət dəstəyi, bu dəstək alətlərindən istifadə etməklə rayonun biznes potensialının reallaşdırılması, eləcə də rayonda sahibkarlıq fəaliyyəti üçün imkanlar barədə fikirlərini bölüşüblər.

Qeyd olunub ki, Qusar rayonunun iqtisadiyyatı əsasən bağçılıq və turizm sahələrinə əsaslanır. İntensiv bağçılıq üzrə əlavə dəyər yaratmaq üçün məhsulların yerində emalı həm gəliri artıra, həm də yeni iş yerləri yarada bilər. Rayonun təbiəti və mövcud infrastrukturu turizm üçün geniş imkanlar yaradır. Bu baxımdan Qusarın turizm potensialından maksimum istifadə etmək və bu sahədə innovativ xidmətlər təklif etmək vacibdir. Sahibkarların birgə fəaliyyətə üstünlük verməklə resurslarını birləşdirməsi və təcrübə mübadiləsi aparması yerli sahibkarlığın inkişafını sürətləndirə bilər. Biznes fəaliyyəti ilə bağlı rəqəmsal alətlərdən istifadəyə və bazar araşdırmalarına əsaslanan layihələrə üstünlük verilməsi faydalı olar. Diqqətə çatdırılıb ki, biznesə başlamaq və inkişaf etdirmək üçün dövlətin dəstək alətləri, bu sahədə yeniliklər, rayonun biznes və investisiya potensialı barədə ətraflı məlumat üçün sahibkarlar KOB dostu ofislərinə müraciət edə bilərlər.

Tədbir çərçivəsində sahibkarlarla kənd təsərrüfatı texnikasının təmiri məntəqələrinin yaradılması, subsidiyalar, torpağın təyinatının dəyişdirilməsi, ixrac, tədarük məntəqələri və satış, kommunal xidmətlərə qoşulma, lizinq və s. məsələlərlə bağlı müzakirələr aparılıb, biznes subyektlərinin sualları cavablandırılıb. Həmçinin KOBİA nümayəndələri Qusar rayonunda fəaliyyət göstərən "Monolit tikinti" MMC-nin PVC qapı-pəncərə və metal konstruksiyaların istehsalı sexlərində və satış yerində olub, sahibkarlarla biznesin inkişafına dair fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, müəssisə müxtəlif vaxtlarda KOBİA-nın hüquqi yardım, xarici və yerli sahibkarlarla əlaqələndirmə və təlim xidmətlərindən istifadə edib.

Bu ölkədə 3 günlük matəm elan olundu like
  • 24 İyl 16:43  
Dünya Bu ölkədə 3 günlük matəm elan olundu

Amur vilayətində təyyarə qəzası qurbanlarının xatirəsinə üç günlük

arrow Ətraflı
Müğənni çəkiliş zamanı atdan yıxıldı  Yaddaşı itdi like
  • 24 İyl 16:39  
Şou-biznes Müğənni çəkiliş zamanı atdan yıxıldı Yaddaşı itdi

Türkiyəli müğənni Pınar Yıldız yeni mahnısının klip çəkilişləri z

arrow Ətraflı
Azərbaycan sərhədində yeni müharibə  Qoşunlar hazır vəziyyətə gətirildi like
  • 24 İyl 16:31  
Dünya Azərbaycan sərhədində yeni müharibə Qoşunlar hazır vəziyyətə gətirildi

"İran nüvə proqramından əl çəkməyəcəyi təqdirdə bu ölkəyə ye

arrow Ətraflı
SEPAHın azərbaycanlı komandiri həlak oldu like
  • 24 İyl 16:25  
Dünya SEPAHın azərbaycanlı komandiri həlak oldu

SEPAH-ın azərbaycanlı komandiri həlak olub.

arrow Ətraflı
Azərbaycanda bu universitetlərin diplomu TANINMAYACAQ  RƏSMİ like
  • 24 İyl 16:17  
Digərləri Azərbaycanda bu universitetlərin diplomu TANINMAYACAQ RƏSMİ

Son illər xaricdə təhsil almaq istəyən gənclərin sayı əhəmiyyətli də

arrow Ətraflı
Rusiya Ukraynanın 39 PUAsını məhv etdi like
  • 24 İyl 16:14  
Digərləri Rusiya Ukraynanın 39 PUAsını məhv etdi

Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məx

arrow Ətraflı
100 minə yaxın daşınmaz əmlaka "amnistiya"  Kimlərə güzəşt olacaq? like
  • 24 İyl 16:00  
Digərləri 100 minə yaxın daşınmaz əmlaka "amnistiya" Kimlərə güzəşt olacaq?

"Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verili

arrow Ətraflı
Banan yeyərkən orqanizimdə nə baş verir? like
  • 24 İyl 15:49  
Digərləri Banan yeyərkən orqanizimdə nə baş verir?

Banan yeyərkən orqanizmdə baş verənlər həm qısa müddətli enerji artım

arrow Ətraflı
Penitensiar Xidmətinin bu cəzaçəkmə müəssisələri rəissiz qalıb like
  • 24 İyl 15:35  
Digərləri Penitensiar Xidmətinin bu cəzaçəkmə müəssisələri rəissiz qalıb

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin iki cəzaçəkmə müəssisəsind

arrow Ətraflı
Bu rayonun prokuroru sərəncama götürüldü like
  • 24 İyl 15:14  
Digərləri Bu rayonun prokuroru sərəncama götürüldü

Sabirabad rayon prokuroru Fəxrəddin Pənahov sərəncama götürülüb.

arrow Ətraflı
Rus bölməsi üzrə məktəbəhazırlıq qruplarına seçim başladı like
  • 24 İyl 15:08  
Digərləri Rus bölməsi üzrə məktəbəhazırlıq qruplarına seçim başladı

Ümumi təhsil müəssisələrinin rus bölməsi üzrə uşaqların məktəbəha

arrow Ətraflı
Rusiyada 5,2 bal gücündə zəlzələ oldu like
  • 24 İyl 14:44  
Digərləri Rusiyada 5,2 bal gücündə zəlzələ oldu

Rusiyanın Kamçatka yarımadasında zəlzələ qeydə alınıb.

arrow Ətraflı
Arif Babayev xəstəxanaya yerləşdirildi like
  • 24 İyl 14:33  
Kriminal Arif Babayev xəstəxanaya yerləşdirildi

Xalq artisti Arif Babayev Qax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya ş�

arrow Ətraflı
Almaniyada saxlanılan Azərbaycan vətəndaşı azad edildi like
  • 24 İyl 14:28  
Digərləri Almaniyada saxlanılan Azərbaycan vətəndaşı azad edildi

Almaniyada Küveytin sorğusu üzrə saxlanılan Azərbaycan vətəndaşı azad

arrow Ətraflı