Azərbaycanda bu universitetlərin diplomu TANINMAYACAQ RƏSMİ


Digərləri 24 İyl 2025 16:17:00 86 0

Azərbaycanda bu universitetlərin diplomu TANINMAYACAQ  RƏSMİ

Son illər xaricdə təhsil almaq istəyən gənclərin sayı əhəmiyyətli dərəcədə artıb. Lakin abituriyentlər arasında geniş yayılmış bir problem var ki, seçilən bəzi xarici universitetlərin diplomları Azərbaycanda tanınmır.

Əsas səbəb isə həmin ali təhsil müəssisələrinin öz ölkələrində rəsmi akkreditasiyaya malik olmamasıdır. Digər hallarda isə universitetin əsas kampusu akkreditə olunsa da, başqa ölkədəki filialı və ya təmsilçiliyi heç bir hüquqi status daşımır. Bu isə məzunların ölkəyə qayıtdıqdan sonra diplomlarının rəsmi tanınmaması ilə nəticələnir.

Bəs bunun üçün nələrə diqqət etmək lazımdır?

Son.az xəbər verir ki, məsələ ilə bağlı danışan təhsil eksperti Kamran Əsədov News24.az-a bildirib ki, xaricdə təhsil almaq istəyən gənclərin sayı ildən-ilə artır, bu da qloballaşan dünyada Azərbaycan gənclərinin fərdi inkişaf və peşəkar rəqabətlilik baxımından öz imkanlarını genişləndirmək istəyi ilə bağlıdır:

"Lakin bu meyil rasional planlaşdırılmadıqda və hüquqi-məntiqi əsaslandırılmadan həyata keçirildikdə, nəticədə diplom tanınmayan, əmək bazarında etibarsız sayılan yüzlərlə təhsil nümunəsi ilə qarşılaşırıq. Təəssüf ki, xaricdə oxuyanların bir hissəsi diplomları ilə Azərbaycanda nə işləyə, nə də təhsillərini davam etdirə bilir. Bu isə həm şəxsi resurs itkisinə, həm də ümumilikdə təhsil siyasətində etimadsızlıq yaradır".

Ekspert qeyd edib ki, Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanununun 38.1-ci maddəsinə görə, xarici ölkələrin ali təhsil müəssisələrinin verdiyi diplomların ölkə ərazisində tanınması yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan - Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyata keçirilir:

"Bu orqan həmin təhsilin keyfiyyətini, forma və məzmununu, ölkədəki ekvivalentliyini yoxlayaraq tanınma və ya tanınmama qərarı verir. Lakin problem ondadır ki, abituriyentlər xaricdəki təhsil müəssisəsini seçərkən bu mərhələni nəzərə almır, diplomun nostrifikasiyası sonradan düşünülən məsələ kimi qalır".

Əsədov qeyd edib ki, statistikaya əsasən, 2023-cü ildə TKTA-ya xarici diplomların tanınması üçün 10 mindən artıq müraciət daxil olub. Bu müraciətlərin təxminən 21%-i rədd cavabı alıb və ya əlavə ekspertiza tələb olunub. Rədd edilmiş halların əsas səbəbləri sırasında təhsil müddətinin azlığı, distant və ya ekstern təhsil formaları, akkreditasiyasız və qeydiyyatsız ali məktəblər və ixtisas uyğunluğunun olmaması dayanır:

"Bu isə onu göstərir ki, xaricdə təhsil almış şəxslərin mühüm bir qismi əslində ya qeyri-legitim diplom əldə edib, ya da Azərbaycan təhsil sisteminə uyğun olmayan proqramlarda iştirak edib. Dünyada tanınmış ali təhsil sistemləri bu məsələyə ciddi nəzarət mexanizmi ilə yanaşır. Məsələn, Almaniyada yalnız "Hochschule" statusu almış universitetlərin diplomları beynəlxalq aləmdə qəbul olunur. Birləşmiş Krallıqda isə QAA (Quality Assurance Agency) tərəfindən akkreditə olunmamış heç bir proqram rəsmi status daşımır".

Rusiya Ukraynanın 39 PUAsını məhv etdi like
  • 24 İyl 16:14  
Digərləri Rusiya Ukraynanın 39 PUAsını məhv etdi

Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məx

arrow Ətraflı
100 minə yaxın daşınmaz əmlaka "amnistiya"  Kimlərə güzəşt olacaq? like
  • 24 İyl 16:00  
Digərləri 100 minə yaxın daşınmaz əmlaka "amnistiya" Kimlərə güzəşt olacaq?

"Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verili

arrow Ətraflı
Banan yeyərkən orqanizimdə nə baş verir? like
  • 24 İyl 15:49  
Digərləri Banan yeyərkən orqanizimdə nə baş verir?

Banan yeyərkən orqanizmdə baş verənlər həm qısa müddətli enerji artım

arrow Ətraflı
Penitensiar Xidmətinin bu cəzaçəkmə müəssisələri rəissiz qalıb like
  • 24 İyl 15:35  
Digərləri Penitensiar Xidmətinin bu cəzaçəkmə müəssisələri rəissiz qalıb

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin iki cəzaçəkmə müəssisəsind

arrow Ətraflı
Bu rayonun prokuroru sərəncama götürüldü like
  • 24 İyl 15:14  
Digərləri Bu rayonun prokuroru sərəncama götürüldü

Sabirabad rayon prokuroru Fəxrəddin Pənahov sərəncama götürülüb.

arrow Ətraflı
Rus bölməsi üzrə məktəbəhazırlıq qruplarına seçim başladı like
  • 24 İyl 15:08  
Digərləri Rus bölməsi üzrə məktəbəhazırlıq qruplarına seçim başladı

Ümumi təhsil müəssisələrinin rus bölməsi üzrə uşaqların məktəbəha

arrow Ətraflı
Rusiyada 5,2 bal gücündə zəlzələ oldu like
  • 24 İyl 14:44  
Digərləri Rusiyada 5,2 bal gücündə zəlzələ oldu

Rusiyanın Kamçatka yarımadasında zəlzələ qeydə alınıb.

arrow Ətraflı
Arif Babayev xəstəxanaya yerləşdirildi like
  • 24 İyl 14:33  
Kriminal Arif Babayev xəstəxanaya yerləşdirildi

Xalq artisti Arif Babayev Qax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya ş�

arrow Ətraflı
Almaniyada saxlanılan Azərbaycan vətəndaşı azad edildi like
  • 24 İyl 14:28  
Digərləri Almaniyada saxlanılan Azərbaycan vətəndaşı azad edildi

Almaniyada Küveytin sorğusu üzrə saxlanılan Azərbaycan vətəndaşı azad

arrow Ətraflı
Əməliyyat zamanı çəkiliş: Həkimə töhmət, baş həkimə xəbərdarlıq... like
  • 24 İyl 14:15  
Digərləri Əməliyyat zamanı çəkiliş: Həkimə töhmət, baş həkimə xəbərdarlıq...

Mediada yayılan məlumata əsasən, 23 iyul 2025-ci il tarixində Bakı şəhə

arrow Ətraflı
Tələbələr üçün Prezident təqaüdünün məbləği artırıldı like
  • 24 İyl 14:01  
Siyasət Tələbələr üçün Prezident təqaüdünün məbləği artırıldı

Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələri üçün

arrow Ətraflı
Bakıda uşaq bağçasında nöqsanlar aşkarlandı  Müdiri işdən çıxarıldı like
  • 24 İyl 14:01  
Digərləri Bakıda uşaq bağçasında nöqsanlar aşkarlandı Müdiri işdən çıxarıldı

202 nömrəli körpələr evi-uşaq bağçasında Bakı Şəhəri üzrə Təhsil

arrow Ətraflı
Prezident bu tələbələrə verilən təqaüdləri artırdı  SƏRƏNCAM like
  • 24 İyl 13:55  
Siyasət Prezident bu tələbələrə verilən təqaüdləri artırdı SƏRƏNCAM

Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrind�

arrow Ətraflı
Xanhüseyn Kazımlının ölüm səbəbi bilindi like
  • 24 İyl 13:53  
Digərləri Xanhüseyn Kazımlının ölüm səbəbi bilindi

Sabiq deputat Xanhüseyn Kazımlının ölümünün səbəbi bilinib.

arrow Ətraflı