Ağdam şəhərində 1 nömrəli körpələr eviuşaq bağçası istifadəyə verilib FOTO
Siyasət 18 İyl 2025 12:45:00 68 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Ağdam şəhərində 1 nömrəli 160 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.
Bu xəbəri də oxu: Prezident Ağdam Sənaye Parkında tütün məmulatlarının istehsalı müəssisəsinin açılışında iştirak edib
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu binanın da inşası "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası çərçivəsində həyata keçirilib. Körpələr evi-uşaq bağçası binasının inşasına ötən ilin fevralında başlanılıb.
Bu ilin fevralında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva binanın tikintisində işlərin gedişi ilə tanış olublar.
Məktəbəqədər təhsil müəssisəsinin binasında balacaların rahatlığının təmin olunması, həmçinin təlim-tərbiyə prosesinin yüksək səviyyədə aparılması üçün zəruri şərait yaradılıb. Binada oyun və yataq otaqları, musiqi, rəqs və idman zalları var.
İşğaldan azad olunmuş torpaqlarımızda əhalinin məskunlaşması ilə yanaşı, məktəbəqədər tərbiyə müəssisələrinin inşası istiqamətində ardıcıl işlər görülür. Belə layihələr, eyni zamanda, bu ərazilərdə icra edilən bərpa-quruculuq işlərinin tərkib hissəsi olmaqla da mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də "Taba

Məktəbəqədər təhsil müəssisələrinə qəbul başlayıb.

2022-ci ildən bəri qlobal enerji nizamında təlatümlü bir dəyişiklik baş

Dünyaca məşhur 55 yaşlı müğənni və aktrisa Cennifer Lopez səhnədə bi

Xəbər verdiyimiz kimi, iyulun 17-si saat 13:00-a olan məlumata görə, ölkə

İstanbulun Pendik rayonunda 20 il əvvəl qatar relslərində parçalanmış ha

Kəlbəcər - Azərbaycanın ən təbii, ecazkar və zəngin təbiətinə malik

Bakı şəhər Sabunçu rayonu ərazisində çılpaq vəziyyətdə əxlaqsız h�

İstanbulda universitet tələbəsi, 22 yaşlı Ayşe Tokyazın qətli ilə bağ

"Qum adası-Bayramzadə İEM" magistral qaz kəmərində, "Bahar&

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı
