Prezident Ağdam Sənaye Parkında tütün məmulatlarının istehsalı müəssisəsinin açılışında iştirak edib


Siyasət 18 İyl 2025 12:23:00 64 0

Prezident Ağdam Sənaye Parkında tütün məmulatlarının istehsalı müəssisəsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də "Tabaterra" MMC-nin Ağdam Sənaye Parkındakı tütün məmulatlarının istehsalı müəssisəsinin açılışında iştirak edib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına Ağdam Sənaye Parkı haqqında məlumat verdi.

Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanına əsasən, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində Ağdam rayonunda 190 hektar ərazidə Ağdam Sənaye Parkı yaradılıb. Parkın yaradılmasından məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişafı, sahibkarlığın dəstəklənməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. Sənaye Parkının prioritet istiqamətləri tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət, süd, yem, gübrə istehsalının və emalının, xidmət sahələrinin, soyuducu kameraların təşkilidir.

Ağdam Sənaye Parkında sahibkarlıq fəaliyyətinin inkişafı üçün dövlət tərəfindən əlverişli investisiya mühiti yaradılıb. Bunun nəticəsidir ki, Ağdam Sənaye Parkı rezidentlərinin sayına görə ölkəmizdə mövcud sənaye zonaları arasında Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci sənaye parkıdır. Parkda ümumi investisiyalarının həcmi 270 milyon manatdan çox olan 30 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Artıq investorlar tərəfindən Sənaye Parkına 121 milyon manatdan çox investisiya yatırılıb, 650-dən artıq daimi iş yeri yaradılıb. İşlə təmin edilənlərin çoxu Ağdam və ətraf rayonların sakinləridir. Ağdam Sənaye Parkının ərazisinin 70 faizdən çoxu artıq sahibkarların istifadəsinə verilib. "Tabaterra" MMC-nin tütün məmulatlarının istehsalı müəssisəsinin açılması ilə Parkda fəaliyyət göstərən müəssisələrin sayı 10-a çatıb.

Qeyd edək ki, hazırda ölkədə 9 sənaye parkı var. Bunlar Sumqayıt Kimya, Qaradağ, Pirallahı, Naxçıvan, Hacıqabul, Mingəçevir, Balaxanı, Ağdam və Cəbrayıl rayonunda yerləşən "Araz Vadisi İqtisadi Zonası" sənaye parklarıdır. Bununla yanaşı, Masallı, Neftçala, Sabirabad və Şərurda 4 sənaye məhəlləsi yaradılıb.

Sonra "Tabaterra" MMC-nin direktoru Elman Cavanşir dövlətimizin başçısına müəssisə barədə məlumat verdi.

Bildirildi ki, Ağdam Sənaye Parkında 5,5 hektar ərazidə "Tabaterra" MMC-nin tütün məmulatlarının istehsalı müəssisəsi yaradılıb. Layihəyə 58 milyon manat investisiya yatırılıb. "Tabaterra" MMC öz məhsulları ilə yanaşı, "British American Tobacco", "Japan Tobacco International" və "Imperial Brands" şirkətlərinə məxsus beynəlxalq brendləri lisenziya əsasında istehsal edir. MMC-də 20-dən çox brend üzrə 120-dən artıq çeşiddə tütün məmulatı istehsal olunur. Almaniya, İtaliya və Böyük Britaniyanın qabaqcıl texnologiyalarının tətbiq edildiyi müəssisədə 9 istehsal xətti mövcuddur. İstehsal olunan məhsullar Birləşmiş Ərəb Əmirliklərinə, Gürcüstana, Özbəkistana və İraqa ixrac edilir. Hazırda "Tabaterra" MMC həm yerli, həm də "British American Tobacco" və "Japan Tobacco International" şirkətlərinə məxsus xarici brendlərin ixracını həyata keçirir.

Müəssisə sənaye parkının rezidenti kimi vergi, gömrük və digər güzəştlərdən faydalanır. Hazırda burada 400 nəfər çalışır. Şirkət 300-dək işçinin Ağdam şəhərinə köçürülməsini nəzərə alaraq, onların yaşayış təminatını qarşılamaq üçün "Ağdam Residence" yaşayış kompleksində 208 mənzilin alınmasına sərmayə yatırıb və əməkdaşların işlədiyi dövr ərzində ödənişsiz olaraq onların istifadəsinə verib.

Keçən ilin nəticələrinə görə, "Tabaterra" MMC qeyri-neft və özəl sektor üzrə qabaqcıl ixracatçı, eyni zamanda, qeyri-neft sektorunda ən iri vergi ödəyicisi olub.

Tütün əkininin və emalının həyata keçirilməsi məqsədilə təsis edilmiş "Tabaterra Leaf" MMC 2021-ci ildə "Azərtütün" ASC-nin özəlləşdirilməsinə dair investisiya müsabiqəsinin qalibi olub və infrastrukturun modernləşdirilməsi, yerli tütünün keyfiyyətinin artırılması məqsədilə 15 milyon manat məbləğində sərmayə yatırıb. "Tabaterra Leaf" MMC hazırda Şəki, Qax, Zaqatala, Balakən rayonlarının ərazisində tütün əkini və emalı ilə məşğul olur. Şirkətin tərkibində tütün qəbulu və emalı məntəqələri, istixanalar və illik istehsal gücü 3 min ton olan Tütün Emalı Zavodu mövcuddur. "Tabaterra Leaf" MMC tərəfindən 2027-ci ildən başlayaraq Qubadlı rayonunda 500 hektar ərazidə tütün əkini və emalı ilə əlaqədar lazımi infrastrukturun qurulması üçün əlavə investisiya yatırılması nəzərdə tutulur. "Tabaterra" MMC-nin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi layihələr iqtisadi fəallığın artırılmasına, sənayenin və kənd təsərrüfatının inkişafına, regionun ixrac potensialının artırılmasına, məşğulluğun təmin olunmasına töhfə verir. Bu layihələrin ümumi investisiya dəyəri 79 milyon manat təşkil edir.

Övladını bağçaya qoymaq istəyən valideynlərin NƏZƏRİNƏ like
  • 18 İyl 11:54  
Digərləri Övladını bağçaya qoymaq istəyən valideynlərin NƏZƏRİNƏ

Məktəbəqədər təhsil müəssisələrinə qəbul başlayıb.

arrow Ətraflı
İllüziyaların sonu: Hindistan Rusiya neftindən üz döndərməyə hazırlaşır like
  • 18 İyl 11:30  
Siyasət İllüziyaların sonu: Hindistan Rusiya neftindən üz döndərməyə hazırlaşır

2022-ci ildən bəri qlobal enerji nizamında təlatümlü bir dəyişiklik baş

arrow Ətraflı
Səhnədə Cennifer Lopeze belə evlilik təklifi etdilər like
  • 18 İyl 11:18  
Şou-biznes Səhnədə Cennifer Lopeze belə evlilik təklifi etdilər

Dünyaca məşhur 55 yaşlı müğənni və aktrisa Cennifer Lopez səhnədə bi

arrow Ətraflı
Azərbaycanda hava yenə dəyişir: Temperatur düşəcək like
  • 18 İyl 11:00  
Digərləri Azərbaycanda hava yenə dəyişir: Temperatur düşəcək

Xəbər verdiyimiz kimi, iyulun 17-si saat 13:00-a olan məlumata görə, ölkə

arrow Ətraflı
20 il əvvəl dəmir yolunda parçalanmış meyiti tapılan Gönül qətlə yetirilibmiş like
  • 18 İyl 10:44  
Digərləri 20 il əvvəl dəmir yolunda parçalanmış meyiti tapılan Gönül qətlə yetirilibmiş

İstanbulun Pendik rayonunda 20 il əvvəl qatar relslərində parçalanmış ha

arrow Ətraflı
Bu ölkədə güclü zəlzələ oldu like
  • 18 İyl 10:39  
Dünya Bu ölkədə güclü zəlzələ oldu

Çilinin şimalında 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

arrow Ətraflı
Kəlbəcərin təbiət cənnəti: Ala Göllərin möhtəşəm görüntüləri like
  • 18 İyl 10:30  
Digərləri Kəlbəcərin təbiət cənnəti: Ala Göllərin möhtəşəm görüntüləri

Kəlbəcər - Azərbaycanın ən təbii, ecazkar və zəngin təbiətinə malik

arrow Ətraflı
Bakıda çılpaq gəzən gənc saxlanıldı  FOTO like
  • 18 İyl 10:22  
Digərləri Bakıda çılpaq gəzən gənc saxlanıldı FOTO

Bakı şəhər Sabunçu rayonu ərazisində çılpaq vəziyyətdə əxlaqsız h�

arrow Ətraflı
Ayşəni öldürən keçmiş polis əməkdaşının ŞOK İFADƏSİ like
  • 18 İyl 10:14  
Digərləri Ayşəni öldürən keçmiş polis əməkdaşının ŞOK İFADƏSİ

İstanbulda universitet tələbəsi, 22 yaşlı Ayşe Tokyazın qətli ilə bağ

arrow Ətraflı
Bakının 3 rayonunda qaz olmayacaq  XƏBƏRDARLIQ like
  • 18 İyl 09:54  
Digərləri Bakının 3 rayonunda qaz olmayacaq XƏBƏRDARLIQ

"Qum adası-Bayramzadə İEM" magistral qaz kəmərində, "Bahar&

arrow Ətraflı
"Azeri Light" markalı neftin qiyməti bahalaşdı like
  • 18 İyl 09:51  
Digərləri "Azeri Light" markalı neftin qiyməti bahalaşdı

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı

arrow Ətraflı
Zaqatalada evdə meyiti tapılan hərbçinin like
  • 18 İyl 09:44  
Digərləri Zaqatalada evdə meyiti tapılan hərbçinin

Zaqatalada 24 yaşlı hərbçinin meyiti tapılıb.

arrow Ətraflı
Suriyada nazirə suiqəsd cəhdi: Şara Dəməşqi tərk etdi like
  • 18 İyl 09:40  
Dünya Suriyada nazirə suiqəsd cəhdi: Şara Dəməşqi tərk etdi

İyulun 18-nə keçən gecə Suriyanın keçid administrasiyasının üç lideri

arrow Ətraflı