Ədliyyə orqanlarının xüsusi xəzinə hesabı yaradılır


Siyasət 16 İyl 2025 16:20:00 83 0

Ədliyyə orqanlarının xüsusi xəzinə hesabı yaradılır

Prezident İlham Əliyev "İcra məmurları haqqında", "İcra haqqında" və "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, "İcra məmurları haqqında" Azərbaycan Respublikasının Qanununda edilən dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanında icra məmurlarının qulluğa qəbulu və qulluq keçməsi bu Qanunla və "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Müvafiq icra hakimiyyəti orqanında icra məmurlarının qulluğa qəbulu "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qulluğa qəbulun şərtləri nəzərə alınmaqla müsabiqənin keçirilməsi yolu ilə aparılır. Müsabiqə test imtahanından və söhbətdən ibarətdir. Müsabiqədən uğurla keçmiş namizədlər icra məmuru qismində fəaliyyət göstərmək üçün müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində azı 3 aylıq icbari təlimə cəlb edilirlər. İcbari təlimi müvəffəqiyyətlə bitirmiş namizədlər qulluğa qəbul edilirlər. Müvafiq icra hakimiyyəti orqanında icra məmurlarının qulluğa qəbulu ilə bağlı müsabiqənin və icbari təlimin keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Müvafiq icra hakimiyyəti orqanında icra məmurlarına qanunla müəyyən edilmiş qaydada xüsusi rütbə verilir.

İcra və probasiya xidmətləri icra məmurlarının həvəsləndirilməsi və sosial müdafiəsi məqsədilə ədliyyə orqanlarının xüsusi xəzinə hesabının vəsaitindən istifadə edilir.

Cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin 43 faizi "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 25-1.2-ci maddəsində göstərilən məqsədlər üçün ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürülür.

"İcra haqqında" Qanununda edilən dəyişikliyə əsasən, xidməti vəzifəsinin icrası ilə əlaqədar icra məmuru "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ədliyyə orqanlarının xüsusi xəzinə hesabının vəsaiti hesabına mükafatlandırıla bilər.

"Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunda ediıən dəyişikliyə əsasən, ədliyyə orqanlarının xüsusi xəzinə hesabı yaradılır.

Aşağıdakı vəsaitlər ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürülür:

icra sənədlərinin məcburi icrası ilə bağlı borclunun hesabından tutulan "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 78.3-cü maddəsində nəzərdə tutulmuş icra ödənişinin məbləği, habelə həmin Qanunun 79-cu maddəsində nəzərdə tutulmuş halda icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər ədliyyə orqanlarının xüsusi xəzinə hesabının vəsaiti hesabına ödənildikdə həmin xərclərin qaytarılması ilə bağlı vəsait;

cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin "İcra məmurları haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş məbləği;

müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tabeliyində olan məhkəmə ekspertizası idarələrində məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar göstərilən xidmətlərə görə ödənilən haqq.

Bu Qanunun 25-1.1-ci maddəsində nəzərdə tutulan vəsait aşağıdakı məqsədlərə sərf edilir:

ədliyyə orqanlarının xüsusi rütbəsi olan əməkdaşlarının və digər işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə;

dövlət büdcəsinə köçürülməklə ədliyyə orqanlarının xüsusi rütbəsi olan əməkdaşlarının və digər işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə;

ədliyyə orqanlarının xüsusi rütbəsi olan əməkdaşlarının və digər işçilərinin əlavə təhsilinə, ədliyyə orqanlarının maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə;

ədliyyə orqanlarında qulluq keçən (işləyən) və ya əvvəllər qulluq keçmiş (işləmiş) müharibə veteranı adı almış şəxslərin, habelə ədliyyə orqanlarında qulluq keçmiş (işləmiş) şəhid olmuş şəxslərin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsinə;

icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilməsi mümkün olmadıqda həmin xərclərin ödənilməsinə;

ədliyyə orqanlarının elmi-texniki potensialının artırılmasına, elmi tədqiqat işlərinin aparılmasına, ədliyyə sahəsində innovativ həllərin öyrənilməsinə və tətbiqinə.

Bu Qanunun 25-1.1-ci maddəsində nəzərdə tutulan vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

Oquldjaxan Atabayeva Heydər Əliyev Mərkəzində olub like
  • 16 İyl 16:18  
Siyasət Oquldjaxan Atabayeva Heydər Əliyev Mərkəzində olub

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun qız�

arrow Ətraflı
Prezident ipoteka kreditləri ilə bağlı fərman imzaladı like
  • 16 İyl 16:16  
Siyasət Prezident ipoteka kreditləri ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev "Azərbaycan Respublikası İpoteka və Kredit Zə

arrow Ətraflı
Ümidim var idi ki, sağsalamat qayıdacaq...  Nəşi tapılan şəhidin həyat yoldaşı like
  • 16 İyl 16:14  
Digərləri Ümidim var idi ki, sağsalamat qayıdacaq... Nəşi tapılan şəhidin həyat yoldaşı

Üç il idi ailə qurmuşduq. İki qız övladımız vardı. İndiki kimi gözü

arrow Ətraflı
Azərbaycanda mopedlərin iştirakı ilə baş verən ağır qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ like
  • 16 İyl 15:45  
Digərləri Azərbaycanda mopedlərin iştirakı ilə baş verən ağır qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ

Bu ilin 6 ayı ərzində respublika yollarında moped və motosiklet sürücül�

arrow Ətraflı
Flora İbadovaya icra hakimiyyətində vəzifə verildi like
  • 16 İyl 15:31  
Digərləri Flora İbadovaya icra hakimiyyətində vəzifə verildi

İbadova Flora Ədalət qızı Masallı Rayon İcra Hakimiyyəti başçısı apa

arrow Ətraflı
Əkrəm İmamoğluna hökm oxundu like
  • 16 İyl 15:22  
Digərləri Əkrəm İmamoğluna hökm oxundu

İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğluna İ

arrow Ətraflı
Bakıda qadın GÜLLƏLƏNDİ like
  • 16 İyl 15:07  
Digərləri Bakıda qadın GÜLLƏLƏNDİ

Bakıda qadın güllələnib.

arrow Ətraflı
"Əsrin fırtınası" gəlir  Bu ölkəni bürüyəcək like
  • 16 İyl 15:00  
Dünya "Əsrin fırtınası" gəlir Bu ölkəni bürüyəcək

İqlim dəyişikliyi və qlobal istiləşmənin təsiri nəticəsində ABŞ-də

arrow Ətraflı
Ermənistan və Azərbaycan arasında müharibə yox, sülh olacaq  Paşinyan like
  • 16 İyl 14:52  
Siyasət Ermənistan və Azərbaycan arasında müharibə yox, sülh olacaq Paşinyan

Ermənistan hökuməti Azərbaycanla uzunmüddətli sülhün bərqərar olmasın

arrow Ətraflı
Bakının bu rayonunda qəzalı binalar SÖKÜLÜR like
  • 16 İyl 14:18  
Digərləri Bakının bu rayonunda qəzalı binalar SÖKÜLÜR

Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən istismar müddəti bit

arrow Ətraflı
General Qulamhüseynin vəfatı təsdiqləndi like
  • 16 İyl 14:16  
Digərləri General Qulamhüseynin vəfatı təsdiqləndi

"Bəsic" təşkilatının və "İmam Əli" qərargahının k

arrow Ətraflı
Qurbanqulu Berdiməhəmmədov Zəfər parkını ziyarət edib like
  • 16 İyl 14:12  
Siyasət Qurbanqulu Berdiməhəmmədov Zəfər parkını ziyarət edib

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun

arrow Ətraflı
Reper Epi saxlanıldı like
  • 16 İyl 14:01  
Kriminal Reper Epi saxlanıldı

Epi adı ilə tanınan reper Əkbər Novruzlunu polis saxlayıb.

arrow Ətraflı