Oquldjaxan Atabayeva Heydər Əliyev Mərkəzində olub
Siyasət 16 İyl 2025 16:18:00 71 0
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun qızı Oquldjaxan Atabayeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyulun 16-da Heydər Əliyev Mərkəzində olublar.
Bu xəbəri də oxu: Qurbanqulu Berdiməhəmmədov Zəfər parkını ziyarət edib
Trend xəbər verir ki, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov qonağa dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verib. Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının, Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib.
Buradakı Heydər Əliyev Muzeyində Ulu Öndərin həm sovet dövründə, həm də ölkəmizin müstəqilliyi illərində fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual şəkildə təqdim olunur.
Oquldjaxan Atabayeva əvvəlcə Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə -1969-cu ildən 2003-cü ilə qədər rəsmi istifadəsində olan avtomobillərə baxıb.
Ümummilli Liderin həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif dövrlərini əks etdirən eksponatlar, fotoşəkillər və multimedia zalı qonaqda böyük maraq doğurub.
"Azərbaycan inciləri" sərgisi ilə də tanış olan qonağa bu sərgidə ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı nadir eksponatların nümayiş etdirildiyi bildirilib. Burada qədim peşələrin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri sərgilənir, qədim çalğı alətlərimizin orijinal şəkildə - səsli formada təqdim olunduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan milli geyimlərinin, qədim sikkələrin nümayiş etdirildiyi sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər.
"Musiqi alətləri: Birlik və müxtəliflik" sərgisi ilə tanışlıqdan sonra Oquldjaxan Atabayeva "Kukla İncəsənətdə" və Azərbaycan xalçalarından ibarət "İlmələrin rəqsi" sərgisinə baxış keçirib.
Daha sonra qonaq tanınmış heykəltaraş Andrey Ostaşovun "Qızılgülün sirri", rəssam və heykəltaraş Luiz de Souzanın "Əbədiyyətin ifadəsi" sərgiləri ilə tanış olub.
Mərkəzlə tanışlıqdan sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun qızı Oquldjaxan Atabayeva arasında görüş keçirilib.
Görüşdən sonra Mərkəzin direktoru Anar Ələkbərov qonağa xatirə hədiyyəsi təqdim edib.
Oquldjaxan Atabayeva Mərkəzdən xoş təəssüratla ayrılıb.
Prezident İlham Əliyev "Azərbaycan Respublikası İpoteka və Kredit Zə

Üç il idi ailə qurmuşduq. İki qız övladımız vardı. İndiki kimi gözü

Bu ilin 6 ayı ərzində respublika yollarında moped və motosiklet sürücül�

İbadova Flora Ədalət qızı Masallı Rayon İcra Hakimiyyəti başçısı apa

İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğluna İ

Son günlər ölkənin bəzi ərazilərində isti hava şəraiti müşahidə olu

İqlim dəyişikliyi və qlobal istiləşmənin təsiri nəticəsində ABŞ-də

Ermənistan hökuməti Azərbaycanla uzunmüddətli sülhün bərqərar olmasın

Aparıcı İdris Cəfərov qalmaqallı açıqlamalar verib.

Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən istismar müddəti bit

"Bəsic" təşkilatının və "İmam Əli" qərargahının k

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun

Bakıda keçirilən beynəlxalq "Dream Fest 2025" musiqi festivalında
