Prezident ipoteka kreditləri ilə bağlı fərman imzaladı
Siyasət 16 İyl 2025 16:16:00 82 0
Prezident İlham Əliyev "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Bu xəbəri də oxu: Türkmənistan Xalq Məsləhətinin sədrinin qızı Oquldjaxan Atabayeva Bakı Kitab Mərkəzində olub
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, fərmana əsasən, güzəştli ipoteka kreditinin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 90 faizindən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşayış sahəsinin qiymətinin 90 faizindən, güzəştli ipotekaya aid olmayan kreditin məbləği isə 85 faizindən çox olmamalıdır.
İpoteka krediti üzrə ödəniləcək aylıq məbləğ borcalanın (borcalanların) aylıq məcmu gəlirinin ("Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 dekabr tarixli 2381 nömrəli Fərmanının 7.3-cü bəndinə əsasən hərbi qulluqçulara verilən maliyyə dəstəyi nəzərə alınmaqla) 70 faizindən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşayış sahəsinin alınması məqsədilə verilən kredit məbləği üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin 75 faizindən çox olmamalıdır. Bu tələb ipoteka kreditinin məbləğinin kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən ilkin bazardakı yaşayış sahəsinin qiymətinin 60 faizindən az olduğu hallara şamil edilmir.
Üç il idi ailə qurmuşduq. İki qız övladımız vardı. İndiki kimi gözü

Bu ilin 6 ayı ərzində respublika yollarında moped və motosiklet sürücül�

İbadova Flora Ədalət qızı Masallı Rayon İcra Hakimiyyəti başçısı apa

İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğluna İ

Son günlər ölkənin bəzi ərazilərində isti hava şəraiti müşahidə olu

İqlim dəyişikliyi və qlobal istiləşmənin təsiri nəticəsində ABŞ-də

Ermənistan hökuməti Azərbaycanla uzunmüddətli sülhün bərqərar olmasın

Aparıcı İdris Cəfərov qalmaqallı açıqlamalar verib.

Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən istismar müddəti bit

"Bəsic" təşkilatının və "İmam Əli" qərargahının k

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun

Bakıda keçirilən beynəlxalq "Dream Fest 2025" musiqi festivalında

Rusiyanın Xabarovsk diyarında radarlardan itən Mi-8 tipli helikopter iki gün
