Prezident Fələstinin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib FOTO


Siyasət 15 İyn 2025 11:24:00 73 0

Prezident Fələstinin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib  FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 15-də Fələstin Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Əhməd Metaninin etimadnaməsini qəbul edib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı xalqlarımızı dostluq və qardaşlıq əlaqələrinin birləşdirdiyini deyərək, səfirin ölkəmizdə fəaliyyəti dövründə bunun şahidi olacağına əminliyini bildirdi, xalqlarımız arasında münasibətlərin dövlətlərarası əlaqələr üçün də önəmli amil olduğunu vurğuladı. Əməkdaşlığın genişləndirilməsi üçün bundan sonra da birgə səylərin göstəriləcəyini deyən Azərbaycan Prezidenti bu xüsusda yüksəksəviyyəli müxtəlif qarşılıqlı səfərlərin önəminə toxundu. Dövlətimizin başçısı ikitərəfli siyasi əlaqələrimizi qeyd edərək, ölkələrimiz arasında qarşılıqlı dəstəyi və həmrəyliyi vurğuladı. Prezident İlham Əliyev Azərbaycanın Fələstin xalqının haqlı tələbini, İsrail-Fələstin münaqişəsinin "iki dövlət prinsipi" və BMT-nin müvafiq qərarları əsasında həllini, eyni zamanda, BMT Baş Assambleyasında Fələstin məsələsi ilə əlaqədar keçirilən səsvermələrdə Fələstinin haqlı mövqeyini həmişə dəstəklədiyini bir daha bildirdi. Ölkəmizin Fələstinə göstərdiyi humanitar yardımı xatırladan Azərbaycan Prezidenti bunun gələcəkdə də davam edəcəyini dedi.

Prezident İlham Əliyev Fələstinin ölkəmizdəki səfirliyinin uzun müddətdir fəaliyyət göstərməsini məmnunluqla qeyd edərək, bunun üçün Azərbaycan dövlətinin verdiyi dəstəyə toxundu.

Dövlətimizin başçısı Azərbaycanın daim İslam həmrəyliyinin gücləndirilməsinə çalışdığını dedi və bunun İslam Əməkdaşlıq Təşkilatı, onun rəhbər orqanları tərəfindən həmişə yüksək qiymətləndirildiyini vurğuladı. Bu təşkilatın Zirvə görüşünün gələn il Azərbaycanda təşkil ediləcəyini bildirən dövlətimizin başçısı belə mötəbər tədbirin keçirilməsi üçün ölkəmizin seçilməsini bütün müsəlman aləmində bizə olan xoş münasibət kimi qiymətləndirdi və Fələstinin də bu toplantıda yüksək səviyyədə təmsil olunacağına ümidvarlığını ifadə etdi.

Əhməd Metani Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Mahmud Abbasa çatdırmağı xahiş etdi.

Dövlətimizin başçısı Fələstin Prezidentinin ölkəmizə rəsmi səfərini, həmçinin onunla beynəlxalq tədbirlər zamanı görüşlərini məmnunluqla xatırladı.

Səfir dövlətimizin başçısının 15 İyun - Milli Qurtuluş Günündə onu qəbul etməsindən böyük şərəf hissi keçirdiyini bildirdi. O, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsi ilə ölkəmizin çətin vəziyyətdən çıxdığını vurğuladı. "Biz Azərbaycan üçün hər zaman tərəqqi, həmçinin daha yüksək nailiyyətlər və əmin-amanlıq arzu edirik", - deyən səfir Prezident İlham Əliyevin müdrik, uzaqgörən siyasəti və rəhbərliyi nəticəsində ölkəmizin regionda və dünya səviyyəsində çox mühüm bir dövlətə çevrildiyini qeyd etdi.

Söhbət zamanı siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlıq və dəstəkdən məmnunluq ifadə olundu.

Yayda həyatlarını köklü dəyişdirəcək BÜRCLƏR like
  • 15 İyn 11:10  
Digərləri Yayda həyatlarını köklü dəyişdirəcək BÜRCLƏR

Astroloqlar proqnozlaşdırırlar ki, 2025-ci ilin yayında dörd bürcün kökl

arrow Ətraflı
Talaçaydan sel keçir, digər çaylarda da artım müşahidə olunub like
  • 15 İyn 10:54  
Digərləri Talaçaydan sel keçir, digər çaylarda da artım müşahidə olunub

İyunun 15-i saat 09:00-a olan məlumata əsasən, ölkə ərazisində avtomat h

arrow Ətraflı
FHNdən əhaliyə müraciət  Dərhal zəng edin like
  • 15 İyn 10:21  
Digərləri FHNdən əhaliyə müraciət Dərhal zəng edin

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzin

arrow Ətraflı
İlham Əliyev: Azərbaycan yeni reallıqlar şəraitində müstəqil siyasətini cəsarətlə davam etdirir like
  • 15 İyn 10:07  
Siyasət İlham Əliyev: Azərbaycan yeni reallıqlar şəraitində müstəqil siyasətini cəsarətlə davam etdirir

Bu gün ədalətli dünya naminə yeni geosiyasi nizamın formalaşması dövlə

arrow Ətraflı
Yaşıl çayı nə vaxt içməliyik? – Sağlamlıq üçün ideal saatlar like
  • 15 İyn 09:52  
Digərləri Yaşıl çayı nə vaxt içməliyik? – Sağlamlıq üçün ideal saatlar

Yaşıl çay dünyanın ən faydalı içkilərindən biri hesab olunur. Onun tə

arrow Ətraflı
İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı like
  • 15 İyn 09:45  
Siyasət İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Yeni dünya nizam�

arrow Ətraflı
İrandan KRİTİK ADDIM: Ən böyük kabus gerçəkləşdi like
  • 15 İyn 09:45  
Dünya İrandan KRİTİK ADDIM: Ən böyük kabus gerçəkləşdi

İran, İsrailin Təl-Əviv şəhərini ballistik raketlərlə vurmasının ard�

arrow Ətraflı
Bakıdan Qazaxa getmək istəyənlərə ŞAD XƏBƏR like
  • 15 İyn 09:40  
Digərləri Bakıdan Qazaxa getmək istəyənlərə ŞAD XƏBƏR

Bu gündən etibarən dəmir yolu ilə səfər edən sərnişinlər Qazaxa da qa

arrow Ətraflı
Hindistanda bu dəfə helikopter qəzaya uğradı: Ölənlər var like
  • 15 İyn 09:36  
Dünya Hindistanda bu dəfə helikopter qəzaya uğradı: Ölənlər var

Hindistanın şimalında, Himalay dağlarında yerləşən Uttarakhand əyaləti

arrow Ətraflı
Parisdə toy, İranda müharibə  Yaxın Şərqdə yeni bir səhifə açılır? like
  • 15 İyn 09:30  
Dünya Parisdə toy, İranda müharibə Yaxın Şərqdə yeni bir səhifə açılır?

İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin nəvəsi İman Pəhləvi AB

arrow Ətraflı
İrandan İsrailə gözdağı: yüksək dağıdıcı gücə malik raketlər nümayiş etdirildi like
  • 15 İyn 09:15  
Dünya İrandan İsrailə gözdağı: yüksək dağıdıcı gücə malik raketlər nümayiş etdirildi

İsrail-İran müharibəsinin ikinci günü bölgədə gərginliyin daha da artm

arrow Ətraflı
Prokurorluğun vəzifəli şəxsi vəfat etdi like
  • 15 İyn 09:07  
Digərləri Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Cəlilabad rayon prokurorunun müavini Fazil Həsənov vəfat edib.

arrow Ətraflı
Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib  FOTO like
  • 15 İyn 08:03  
Siyasət Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" hesabınd

arrow Ətraflı