Bakıdan Qazaxa getmək istəyənlərə ŞAD XƏBƏR


Digərləri 15 İyn 2025 09:40:00 78 0

Bakıdan Qazaxa getmək istəyənlərə ŞAD XƏBƏR

Bu gündən etibarən dəmir yolu ilə səfər edən sərnişinlər Qazaxa da qatarla gedə biləcəklər.

Son.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.

Yenilik Bakı-Ağstafa-Bakı istiqamətində hərəkət edən sürətli qatarların marşrutunun iyunun 15-dən Qazax stansiyasına qədər uzadılması ilə bağlıdır. Yeni marşrut üzrə ilk dəfə olaraq "Stadler Rail Group" şirkətinin istehsalı olan birmərtəbəli, müasir və komfortlu qatarlar hərəkətə buraxılıb.

Əvvəllər (2019-cu ilin dekabr ayınadək) Bakıdan Qazaxa qatarla səyahət 8 saat 25 dəqiqə çəkirdisə, indi bu məsafə cəmi 5 saat 36 dəqiqəyə qət olunacaq.

Yeni hərəkət cədvəlinə əsasən, Bakıdan Qazaxa qatarlar hər gün saat 08:00 və 18:00-da yola düşərək, müvafiq olaraq saat 13:36 və 23:36-da mənzil başına çatır. Qazaxdan Bakıya isə qatarlar saat 08:00 və 16:20-də çıxaraq, saat 13:29 və 21:49-da Bakı Dəmiryol Vağzalına çatır.

Marşrut üzrə dinamik qiymət siyasəti tətbiq ediləcək. Bakı-Qazax istiqamətində standart sinif yerlər üçün biletin minimal qiyməti 16,2 manat təşkil edəcək.

Yeni qatar xəttinin təhlükəsiz və fasiləsiz fəaliyyəti məqsədilə "Azərbaycan Dəmir Yolları" QSC Ağstafa-Qazax sahəsində əsaslı təmir və yenidənqurma işləri aparıb. Bu çərçivədə enerji, rabitə və işarəvermə sistemlərinin layihələndirilməsi işləri görülüb, həmçinin Qazax stansiyasının binası təmir olunub və gözləmə zalı yenilənib.

Yeni marşrutun istismara verilməsi sərnişin daşımalarında əhəmiyyətli artım vəd edir. İlkin hesablamalara əsasən, bu xətt üzrə ildə əlavə təxminən 10 000 sərnişin daşınacağı gözlənilir.

Hindistanda bu dəfə helikopter qəzaya uğradı: Ölənlər var like
  • 15 İyn 09:36  
Dünya Hindistanda bu dəfə helikopter qəzaya uğradı: Ölənlər var

Hindistanın şimalında, Himalay dağlarında yerləşən Uttarakhand əyaləti

arrow Ətraflı
Parisdə toy, İranda müharibə  Yaxın Şərqdə yeni bir səhifə açılır? like
  • 15 İyn 09:30  
Dünya Parisdə toy, İranda müharibə Yaxın Şərqdə yeni bir səhifə açılır?

İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin nəvəsi İman Pəhləvi AB

arrow Ətraflı
İrandan İsrailə gözdağı: yüksək dağıdıcı gücə malik raketlər nümayiş etdirildi like
  • 15 İyn 09:15  
Dünya İrandan İsrailə gözdağı: yüksək dağıdıcı gücə malik raketlər nümayiş etdirildi

İsrail-İran müharibəsinin ikinci günü bölgədə gərginliyin daha da artm

arrow Ətraflı
Prokurorluğun vəzifəli şəxsi vəfat etdi like
  • 15 İyn 09:07  
Digərləri Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Cəlilabad rayon prokurorunun müavini Fazil Həsənov vəfat edib.

arrow Ətraflı
Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib  FOTO like
  • 15 İyn 08:03  
Siyasət Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" hesabınd

arrow Ətraflı
Ali Atay və Hazal Kaya ilk dəfə eyni layihədə like
  • 15 İyn 07:07  
Şou-biznes Ali Atay və Hazal Kaya ilk dəfə eyni layihədə

Disney Plus platformasında yayımlanacaq "Sekizinci Ailə" serialı g

arrow Ətraflı
Beyni zombiləşdirən like
  • 15 İyn 06:06  
Digərləri Beyni zombiləşdirən

Yağlı qidaların qəbulu beyin həcminin artmasına səbəb olur.

arrow Ətraflı
Stüardessa təyyarədəki gizli otağı GÖSTƏRDİ like
  • 15 İyn 05:05  
Digərləri Stüardessa təyyarədəki gizli otağı GÖSTƏRDİ

Stüardessa sərnişinlərin görə bilmədiyi təyyarənin "gizli zonası&

arrow Ətraflı
Depressiya və insult buna görə olur like
  • 15 İyn 04:04  
Digərləri Depressiya və insult buna görə olur

Həddindən artıq duz psixika üçün təhlükəlidir.

arrow Ətraflı
Gecə növbəsində işləyənlər OXUSUN like
  • 15 İyn 03:03  
Digərləri Gecə növbəsində işləyənlər OXUSUN

Alimlər müəyyən ediblər ki, gündüz saatlarında yemək qəbulunu məhdudl

arrow Ətraflı
Artıq bir gün 25 saat olur  Alimlər AÇIQLADI like
  • 15 İyn 02:02  
Digərləri Artıq bir gün 25 saat olur Alimlər AÇIQLADI

Yerin fırlanması yavaşlayır, ona görə də gələcəkdə bəşəriyyət 25

arrow Ətraflı
Yaşıl gözlü insanlardan qorxun  Səbəb like
  • 15 İyn 01:01  
Digərləri Yaşıl gözlü insanlardan qorxun Səbəb

Alimlərin fikrincə, yaşıl gözlü insanlar başqalarının duyğularını v�

arrow Ətraflı
İsrail Tehrandakı hərbi obyektlərə zərbə endirdi like
  • 15 İyn 00:57  
Dünya İsrail Tehrandakı hərbi obyektlərə zərbə endirdi

İsrailin Hərbi Hava Qüvvələri Tehrandakı hərbi obyektlərə yenidən zər

arrow Ətraflı
İranın İsrailə yeni raket hücumu başlayıb  VİDEO like
  • 15 İyn 00:35  
Dünya İranın İsrailə yeni raket hücumu başlayıb VİDEO

İrandan İsrailə yeni raket zərbələri endirilir.

arrow Ətraflı
Netanyahu: İran iki dəfə Donald Trampı öldürməyə cəhd edib like
  • 15 İyn 00:21  
Dünya Netanyahu: İran iki dəfə Donald Trampı öldürməyə cəhd edib

İran ABŞ Prezidenti Donald Trampı öldürmək üçün iki dəfə cəhd göst�

arrow Ətraflı