İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı


Siyasət 15 İyn 2025 09:45:00 65 0

İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Yeni dünya nizamı: geosiyasi aspektlәr və qlobal çağırışlar" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına məktub ünvanlayıb.

Son.az AZƏRTAC-a istinadən həmin müraciəti təqdim edir:

"Hörmətli konfrans iştirakçıları!

Sizi "Yeni dünya nizamı: geosiyasi aspektlәr vә qlobal çağırışlar" mövzusunda Şuşada keçirilən beynəlxalq konfransda səmimi-qəlbdən salamlayıram.

Müasir dövrdə dünyada olduqca mürəkkəb geosiyasi hadisələr baş verir. Milli, regional və qlobal təhlükəsizliyə qarşı çoxsaylı təhdidlərin yaranması və ölkələrin müxtəlif siyasi, hərbi, iqtisadi, mədəni, humanitar, ekoloji çağırışlarla üzləşməsi fonunda beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzlərinin meydana çıxması və yeni dünya nizamına keçid prosesi müşahidə olunmaqdadır. Belə bir şəraitdə dövlət maraqlarının, ölkələrin müstəqilliyinin və suverenliyinin qorunması, sülh, sabitlik, əməkdaşlıq və çoxtərəfli inkişaf naminə səylərin birləşdirilməsi müstəsna əhəmiyyətə malikdir.

BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı birləşmələrinin tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinə baxmayaraq, 30 ilə yaxın ərazisinin 20 faizi işğal altında olmuş Azərbaycan ikili standartlarla, qərəzli və ədalətsiz münasibətlə üzləşmişdi. 44 günlük Vətən müharibəsi və 1 günlük antiterror əməliyyatı nəticəsində ölkəmiz ərazi bütövlüyünü və suverenliyini öz gücü ilə tam bərpa etdi. Beləliklə, müasir Azərbaycan dövlətini dərin sosial, iqtisadi və siyasi böhrandan qurtaran dahi şəxsiyyət, milli dövlətçilik ideologiyasının yaradıcısı Ümummilli Lider Heydər Əliyevin arzuladığı qalib və qüdrətli Azərbaycan dövləti formalaşdı.

Ədalətli dünya nizamının tərəfdarı olduğunu hər zaman əməli fəaliyyəti ilə nümayiş etdirən Azərbaycan nəinki yerləşdiyi Cənubi Qafqaz regionunun, həm də bütövlükdə Avrasiyanın dialoq və əməkdaşlıq məkanına çevrilməsinin tərəfdarı kimi çıxış edir. Dost və tərəfdaş ölkələrlə birlikdə həyata keçirdiyimiz layihələr regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verir, həm Şərq ilə Qərb, həm də Şimal ilə Cənub arasında konstruktiv və perspektivli işbirliyinə əlverişli zəmin yaradır. Dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmiş Azərbaycan Bandunq Prinsiplərinə daim sadiq qalaraq ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə müdafiə etmişdir.

Bu gün ədalətli dünya naminə yeni geosiyasi nizamın formalaşması dövlətlərin siyasi məsuliyyət prinsipinə əsaslanan ardıcıl və məqsədyönlü fəaliyyətindən asılıdır. Ölkələr məhz qarşılıqlı hörmət və etimada, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, müasir çağırışlara cavab verən səmərəli işbirliyi həyata keçirməklə bu prosesə layiqli töhfə verə bilərlər.

2025-ci il "Konstitusiya və Suverenlik İli" kimi Respublikamızda təntənəli şəkildə qeyd olunur. Azərbaycan milli maraqları rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini cəsarətlə davam etdirir, öz konstitusiyasına, suveren hüquqlarına əsaslanaraq sülh, əməkdaşlıq və davamlı inkişaf naminə yeni dünya nizamının fəal iştirakçısı olmağa çalışır.

Azərbaycanın Milli Qurtuluş Günündə Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə baş tutan bu mötəbər tədbirin dünyada cərəyan edən aktual məsələlərin müzakirəsi baxımından məhsuldar olacağına və ölkələrimiz arasında çoxşaxəli münasibətlərin inkişafına təkan verəcəyinə əminliyimi ifadə edərək, konfransın işinə uğurlar arzulayıram".

Bakıdan Qazaxa getmək istəyənlərə ŞAD XƏBƏR like
  • 15 İyn 09:40  
Digərləri Bakıdan Qazaxa getmək istəyənlərə ŞAD XƏBƏR

Bu gündən etibarən dəmir yolu ilə səfər edən sərnişinlər Qazaxa da qa

arrow Ətraflı
Hindistanda bu dəfə helikopter qəzaya uğradı: Ölənlər var like
  • 15 İyn 09:36  
Dünya Hindistanda bu dəfə helikopter qəzaya uğradı: Ölənlər var

Hindistanın şimalında, Himalay dağlarında yerləşən Uttarakhand əyaləti

arrow Ətraflı
Parisdə toy, İranda müharibə  Yaxın Şərqdə yeni bir səhifə açılır? like
  • 15 İyn 09:30  
Dünya Parisdə toy, İranda müharibə Yaxın Şərqdə yeni bir səhifə açılır?

İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin nəvəsi İman Pəhləvi AB

arrow Ətraflı
İrandan İsrailə gözdağı: yüksək dağıdıcı gücə malik raketlər nümayiş etdirildi like
  • 15 İyn 09:15  
Dünya İrandan İsrailə gözdağı: yüksək dağıdıcı gücə malik raketlər nümayiş etdirildi

İsrail-İran müharibəsinin ikinci günü bölgədə gərginliyin daha da artm

arrow Ətraflı
Prokurorluğun vəzifəli şəxsi vəfat etdi like
  • 15 İyn 09:07  
Digərləri Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Cəlilabad rayon prokurorunun müavini Fazil Həsənov vəfat edib.

arrow Ətraflı
Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib  FOTO like
  • 15 İyn 08:03  
Siyasət Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" hesabınd

arrow Ətraflı
Ali Atay və Hazal Kaya ilk dəfə eyni layihədə like
  • 15 İyn 07:07  
Şou-biznes Ali Atay və Hazal Kaya ilk dəfə eyni layihədə

Disney Plus platformasında yayımlanacaq "Sekizinci Ailə" serialı g

arrow Ətraflı
Beyni zombiləşdirən like
  • 15 İyn 06:06  
Digərləri Beyni zombiləşdirən

Yağlı qidaların qəbulu beyin həcminin artmasına səbəb olur.

arrow Ətraflı
Stüardessa təyyarədəki gizli otağı GÖSTƏRDİ like
  • 15 İyn 05:05  
Digərləri Stüardessa təyyarədəki gizli otağı GÖSTƏRDİ

Stüardessa sərnişinlərin görə bilmədiyi təyyarənin "gizli zonası&

arrow Ətraflı
Depressiya və insult buna görə olur like
  • 15 İyn 04:04  
Digərləri Depressiya və insult buna görə olur

Həddindən artıq duz psixika üçün təhlükəlidir.

arrow Ətraflı
Gecə növbəsində işləyənlər OXUSUN like
  • 15 İyn 03:03  
Digərləri Gecə növbəsində işləyənlər OXUSUN

Alimlər müəyyən ediblər ki, gündüz saatlarında yemək qəbulunu məhdudl

arrow Ətraflı
Artıq bir gün 25 saat olur  Alimlər AÇIQLADI like
  • 15 İyn 02:02  
Digərləri Artıq bir gün 25 saat olur Alimlər AÇIQLADI

Yerin fırlanması yavaşlayır, ona görə də gələcəkdə bəşəriyyət 25

arrow Ətraflı
Yaşıl gözlü insanlardan qorxun  Səbəb like
  • 15 İyn 01:01  
Digərləri Yaşıl gözlü insanlardan qorxun Səbəb

Alimlərin fikrincə, yaşıl gözlü insanlar başqalarının duyğularını v�

arrow Ətraflı
İsrail Tehrandakı hərbi obyektlərə zərbə endirdi like
  • 15 İyn 00:57  
Dünya İsrail Tehrandakı hərbi obyektlərə zərbə endirdi

İsrailin Hərbi Hava Qüvvələri Tehrandakı hərbi obyektlərə yenidən zər

arrow Ətraflı
İranın İsrailə yeni raket hücumu başlayıb  VİDEO like
  • 15 İyn 00:35  
Dünya İranın İsrailə yeni raket hücumu başlayıb VİDEO

İrandan İsrailə yeni raket zərbələri endirilir.

arrow Ətraflı