Gənclər sosial təsir üçün yarışdı Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi
Digərləri 05 İyn 2025 16:00:00 80 0
Dünyanın aparıcı elektron ticarət platformalarından biri və Türkiyənin aparıcı e-ticarət platforması Trendyol, PAŞA Holding ilə birlikdə "Sosial təsir üçün Hakaton" ("Hack for social impact") adlı rəqəmsal ideya marafonu (ideyaton) təşkil edib. Tədbir PAŞA Holding-in "Əlaçı" təqaüd proqramının 100-ə yaxın məzununu bir araya gətirib.
Bu xəbəri də oxu: Həmin qəzada şəhid qardaşı da həyatını itirib
Təşəbbüsün məqsədi sosialyönümlü fəaliyyəti təşviq etmək, sosial təsir yaradan rəqəmsal həllərin formalaşmasına şərait yaratmaq, inklüzivliyin təmin olunmasına dəstək vermək, sosial və ekoloji maarifləndirmə aparmaq idi.
Marafona qatılan komandalar müxtəlif sahələri əhatə edən və xüsusilə həssas əhali qruplarının həyat keyfiyyətinin yaxşılaşdırılması məqsədi daşıyan innovativ ideyalar üzərində çalışıb, sosial məsələlərə yaradıcı və texnoloji əsaslı həll yolları axtarıblar. Tədbirin sonunda daha innovativ və sosial təsir gücü böyük olan ideyalar mükafatlandırılıb. I yerə əlilliyi olan şəxslərin şəhər daxilində təhlükəsiz və müstəqil hərəkətini asanlaşdıran "YoldAIq" adlı ağıllı mobil tətbiq layihəsi ilə "SocioSapiens" komandası layiq görülüb. II yeri "Mindsbridge" komandası məişət zorakılığına məruz qalan qadınlara psixoloji yardım və reabilitasiya dəstəyi təklif edən "SƏS" platforması ideyası ilə qazanıb. III yeri isə "QayğıBot"- yaşlı və sosial baxımdan təcrid olunmuş şəxsləri dəstəkləmək məqsədi daşıyan innovativ layihə ilə"Thundersbolt" komandası tutub.
Pasiyentinin çılpaq videosunu paylaşan həkim barədə Səhiyyə Nazirliyinin

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və O

Hindistanın Banqalor şəhərində kriket komandası "Royal Challengers Be

Bakı və Abşeron yarımadasında iyunun 6-sı səhərdən 7-si gündüzədək

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası H�

Azərbaycanda mədəni sərvətlərə vahid qaydada pasport veriləcək.

Son günlər müxtəlif tanınmış şəxslərin ölkədən çıxışına qadağ

Mehmet Uğur reanimasiyaya yerləşdirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On

Bir çox insanın gündəlik içki və şorbalarını içmək üçün sağlam sa

İyunun 5-də "Ümumdünya Ətraf Mühit Günü" Koreya Respublikasın

Müğənni Şəbnəm Tovuzlu tədbirlərin birinə qatılıb.

Xəbər verdiyimiz kimi, Qazaxda ölümlə nəticələnən yol-nəqliyyat hadis�
