Karton və plastik stəkanlar xərçəng yaradır XƏBƏRDARLIQ
Digərləri 05 İyn 2025 15:00:00 87 0
Bir çox insanın gündəlik içki və şorbalarını içmək üçün sağlam saydığı karton qablar əslində ciddi xəstəliklərə yol açırmış.
Bu xəbəri də oxu: İlon Mask ABŞda yeni siyasi partiya ideyasını gündəmə gətirdi
Son.az xəbər verir ki, kardioloq Doç. Dr. V. Özlem Bozkaya bildirib ki, karton qab və ya stəkanların iç hissəsi adətən su keçirməsin deyə plastik maddələrlə, xüsusən polietilen və ya polipropilenlə örtülür. Bu isə o deməkdir ki, siz çay və ya qəhvənizi plastiklə təmasda olan bir qabdan içirsiniz və bunu fərq etmirsiniz. Qaynar içkilərlə təmas zamanı bu plastik örtüklərdən mikroplastiklər və kimyəvi maddələr qoparaq içkiyə keçir. Elmi tədqiqatlar göstərib ki, 85-90°C isti su ilə dolu bir karton bardakdan dəqiqədə 25 minə yaxın mikroplastik qopa bilər. Bu mikroplastiklər qadınlarda hormon pozğunluğuna, sonsuzluğa, hətta körpələrin ana südü və göbək ciyəsi vasitəsilə təsirlənməsinə səbəb ola bilər. Kimyəvi maddələr dərhal təsir göstərmədiyindən təhlükə gizli və yavaş irəliləyir, lakin illər keçdikcə bədəndə yığılıb depressiya, yorğunluq, immun sisteminin zəifləməsi, demans, Alzheimer, xərçəng və hormonal pozğunluqlar yarada bilər. Ucuz və keyfiyyətsiz kartonların tərkibində hətta qurğuşun, xrom və kadmium kimi ağır metallar da ola bilər və bu maddələr də isti içkilərlə təmas zamanı içkiyə keçərək orqanizmə zərər verir.
Mütəxəssis bildirir ki, bu qədər toksin yükü olan bir dövrdə gündəlik sadə seçimlərlə vəziyyəti daha da pisləşdirmək ağıllı seçim deyil. Ən təhlükəlisi isə, içdiyimiz an heç bir əlamət vermədiyi üçün bu təhlükəni hiss etməməyimizdir. Uzunmüddətli sağlamlıq üçün şüşə və ya paslanmayan metal termoslar istifadə edilməli, heç bir halda isti içkilər karton və ya plastik stəkanlara tökülməməlidir.
İsmayıl Son.az
İyunun 5-də "Ümumdünya Ətraf Mühit Günü" Koreya Respublikasın

Müğənni Şəbnəm Tovuzlu tədbirlərin birinə qatılıb.

Xəbər verdiyimiz kimi, Qazaxda ölümlə nəticələnən yol-nəqliyyat hadis�

Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ermənista

Türkiyənin məşhur "Hercai" serialında Keriman obrazını canland�

Son.az xəbər verir ki, reabilitoloq və fizioterapevt Afaq Azad Hit.Az-a açı

Əgər istehsal dayansa və ya azalsa, maşın sayı bazarda azalacaq

Müqəddəs bayrama sayılı günlər qalıb. Bu il də niyyəti olanlar və imk

Gədəbəydə 74 yaşlı qadına qarşı törədilmiş zorakılıq və quldurluq

Bakıda sevgilisini bıçaqlayan kişi tutulub.

Balakəndə atasını qətlə yetirən yeniyetmə oğlanın anası və böyük q

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı anbar soyuducusunun müayinəsi za

"Bəzi insanlar hər şeyi yubatmağa meyilli olurlar. Bunun isə müxtəli
