Hər şeyi sabaha saxlayanlar, bu xəbər sizlikdir – Psixoloq xəbərdarlıq edir


Digərləri 05 İyn 2025 12:50:00 97 0

Hər şeyi sabaha saxlayanlar, bu xəbər sizlikdir – Psixoloq xəbərdarlıq edir

"Bəzi insanlar hər şeyi yubatmağa meyilli olurlar. Bunun isə müxtəlif səbəbləri olur". 

Son.az xəbər verir ki, bu sözləri psixoloq Nabat Mirzəyeva hit.az-a açıqlamasında deyib. 

O, həmin səbəblərdən danışıb:

"Sözsüz ki, bu, sırf tənbəllik sayılmır. Bunun nevroloji, psixoloji və emosional tərəfləri də var. Məsələn, bəzi insanlar bir işə başlamadan əvvəl mütləq dərəcədə onu mükəmməl etməyə meyilli olurlar. 

Ona görə də 100 faiz istədikləri nəticəni əldə edəcəklərinə inananda işə başlayırlar. Əks təqdirdə, işə başlamaq istəmirlər. Daha dəqiq desək, istədikləri kimi edə bilməmək qorxusu onların bu işi yubatmasına gətirib çıxarır".

Ekspert qeyd edib ki, qorxu keçirən insanlarda bununla bağlı panika da yaranır:

"Əgər öhdələrinə götürdükləri işi çatdıra bilməsələr və ya bacarmadıqlarına görə alınmasa, nələr baş verə biləcəyini fikirləşərək panikaya düşürlər. Onların daxili dünyalarında yaşanan mübarizə və mücadilə onları həmin işi təxirə salmalarına gətirib çıxarır. Əslində, işə başlayanda belə narahatedici düşüncələrdən uzaq olsalar onu müvəffəqiyyətlə icra edə bilərlər".

Psixoloq bildirib ki, bəzi insanlar isə hansısa qarşıda duran işi etmək üçün hələ vaxt olduğunu düşünürlər:

"Bu səbəbdən də onu etməyi təxirə salırlar. Eyni zamanda, şəxsin özünə inamının və özgüvəninin az olması da başladığı işi yekunlaşdırmadan yarımçıq qoymasına gətirib çıxarır. 

Bundan başqa, dopamin aclığı da insanı iş görməkdən uzaqlaşdırır. Sosial şəbəkələrin, telefonun və ya televiziyanın bizə verdiyi qısamüddətli dopamini daha çox ehtiyata yönəldirik. Yəni ordan qazandığımız qısamüddəti xoşbəxtliyi uzun zaman əldə edəcəyimiz xoşbəxtlikdən üstün tuturuq.

Konkret olaraq, hansısa işi etməyin çox zaman alacağını düşünürərək, qısamüddətli dopamin alacağımız fəaliyyətlərə yönəlirik. Bir növ qarşıda duran iş zəhmətli olduğu üçün rahatşılığa qaçırıq". 

Nabat Mirzəyeva diqqətə çatdırıb ki, bu problemlərlə üzləşməmək üçün əsas hədəfləri müəyyənləşdirilmək lazımdır:

"Çünki hədəf qoyduqda ona doğru meyillənirik. Hədəfimiz olmayanda isə qarmaqarışıqlıq içərisində qalırıq. Ona görə də görəcəyimiz işlərdən uzaqlaşmağa başlayırıq. 

Yaxşı olardı ki, gün ərzində edəcəyimiz işləri öncədən müəyyən edək və onlara zaman ayıraq. Çox zaman ayırmaq da lazım deyil. İlk olaraq qısamüddətli zamanlara başlamaq olar. 

Hər gün həmin müddəti 10 dəqiqə artırmaq mümkündür. Hədəflənən vaxtda həmin işi etdikdə isə nələrsə alaraq özümüzü mükafatlandırmalıyıq. Bu yolla hansısa işə başlaya bilməmək problemindən xilas ola bilərik". 

Qətlə görə həbs edilən qazi ilə bağlı yeni detallar like
  • 05 İyn 12:41  
Digərləri Qətlə görə həbs edilən qazi ilə bağlı yeni detallar

Xəbər verdiyimiz kimi, Lerikdə bir neçə gün əvvəl itkin düşən və mey

arrow Ətraflı
Bayram günü hava necə olacaq? like
  • 05 İyn 12:28  
Digərləri Bayram günü hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında iyunun 6-da hava şəraitinin dəyişkən b

arrow Ətraflı
İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib like
  • 05 İyn 12:25  
Siyasət İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını t

arrow Ətraflı
NATO Ukraynanın “Hörümçək toru” əməliyyatını qiymətləndirdi və bunu təsdiqlədi like
  • 05 İyn 12:23  
Dünya NATO Ukraynanın “Hörümçək toru” əməliyyatını qiymətləndirdi və bunu təsdiqlədi

Ukrayna xüsusi xidmət orqanları "Hörümçək toru" kod adı altın

arrow Ətraflı
Bakı sözünü dedi: indi növbə Avropa İttifaqında like
  • 05 İyn 12:13  
Siyasət Bakı sözünü dedi: indi növbə Avropa İttifaqında

Avropa üçün etibarlı enerji mənbəyi kimi Azərbaycan qazı yalnız o halda

arrow Ətraflı
Bağça uşaqları ən çox nədən xəstələnirlər? like
  • 05 İyn 12:04  
Digərləri Bağça uşaqları ən çox nədən xəstələnirlər?

2024-cü ildə Azərbaycanda fəaliyyət göstərən dövlət bağçalarında 48

arrow Ətraflı
Türk iş adamının Azərbaycandakı 34 milyonluq şirkəti bağlanır like
  • 05 İyn 11:54  
Digərləri Türk iş adamının Azərbaycandakı 34 milyonluq şirkəti bağlanır

Ötən il Azərbaycanda 34 milyon manat nizamnamə kapitalı ilə təsis edilmi�

arrow Ətraflı
Röya keçmiş ərindən çağırış : "Bizi siz BARIŞDIRIN" like
  • 05 İyn 11:45  
Şou-biznes Röya keçmiş ərindən çağırış : "Bizi siz BARIŞDIRIN"

Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov yenidən a�

arrow Ətraflı
Romadan Astanayadək: Meloni niyə Avrasiyanın ürəyinə yeni yol axtarır? like
  • 05 İyn 11:32  
Siyasət Romadan Astanayadək: Meloni niyə Avrasiyanın ürəyinə yeni yol axtarır?

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

arrow Ətraflı
Cəlilabadda nə baş verir? like
  • 05 İyn 11:21  
Digərləri Cəlilabadda nə baş verir?

Cəlilabad rayonunun Sərhədabad kəndində noxud əkini ilə məşğul olan fe

arrow Ətraflı
Daha bir yapon maşınının istehsalı dayandırıldı  Çinə görə like
  • 05 İyn 11:05  
Digərləri Daha bir yapon maşınının istehsalı dayandırıldı Çinə görə

Yapon avtomobil nəhəngi "Suzuki" "Swift" modelinin istehsa

arrow Ətraflı
Avrora Qrup Qurban Bayramı münasibətilə yardım aksiyası keçirib  FOTO like
  • 05 İyn 10:50  
Digərləri Avrora Qrup Qurban Bayramı münasibətilə yardım aksiyası keçirib FOTO

Qurban bayramı münasibətilə "Avrora Qrup" və "İçərişəh�

arrow Ətraflı
Nəzarət GÜCLƏNDİRİLDİ  3 min polis gizli sərnişin kimi avtobuslarda olacaq like
  • 05 İyn 10:40  
Digərləri Nəzarət GÜCLƏNDİRİLDİ 3 min polis gizli sərnişin kimi avtobuslarda olacaq

Qurban bayramı tətilində şəhərlərarası avtobuslarda 3 min polis gizli s�

arrow Ətraflı
Həkimlərə verilən əlavələr dayandırıldı like
  • 05 İyn 10:29  
Digərləri Həkimlərə verilən əlavələr dayandırıldı

"Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan p

arrow Ətraflı
Rusiya Ukraynadan qisas aldı: Ölənlər və xeyli yaralı var  FOTO like
  • 05 İyn 10:20  
Dünya Rusiya Ukraynadan qisas aldı: Ölənlər və xeyli yaralı var FOTO

Rusiya ordusunun Ukraynanın şimalındakı Priluki şəhərinə etdiyi dron hü

arrow Ətraflı