Qətlə görə həbs edilən qazi ilə bağlı yeni detallar
Digərləri 05 İyn 2025 12:41:00 97 0
Xəbər verdiyimiz kimi, Lerikdə bir neçə gün əvvəl itkin düşən və meyiti çay dərəsindən tapılan 35 yaşlı Şahin Musa oğlu Şərifovun qətlə yetirilməsi müəyyən edilib.
Bu xəbəri də oxu: Sürücülərin nəzərinə!
Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, qətldə şübhəli bilinən 34 yaşlı Elşən Ağabala oğlu Ağayev əvvəllər Lerik Rayon Gənclər və İdman İdarəsində çalışıb.
O, zabit kimi Vətən müharibəsində və daha sonra keçirilmiş antiterror tədbirlərində iştirak edib. Elə antiterror tədbirlərində snayper gülləsinə tuş gələn Elşən həmin vaxt hospitala yerləşdirilib. Onun psixologiyasının da pozulduğu və psixi müalicə aldığı bildirilib.
Digər məlumata görə, E. Ağayevlə Ş. Şərifov əvvəldən tanış olublar. Onların arasındakı münaqişənin hansı səbəbdən baş verməsi, atəşin harada açılması və digər detallar hələlik məlum deyil.
Həmin qazinin tapança silahını necə əldə etməsi və saxlaması da araşdırılır.
Qeyd edək ki, iyunun 1-də Lerik rayonunda itkin düşən 35 yaşlı Şahin Şərifovun xüsusi amansızlığa məruz qalan, baş və bədənində güllə yarası olan meyiti rayonun Monidigah kəndinin ərazisində yerləşən çayın kənarında aşkarlanıb.
Bakıda və Abşeron yarımadasında iyunun 6-da hava şəraitinin dəyişkən b

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını t

Ukrayna xüsusi xidmət orqanları "Hörümçək toru" kod adı altın

Avropa üçün etibarlı enerji mənbəyi kimi Azərbaycan qazı yalnız o halda

2024-cü ildə Azərbaycanda fəaliyyət göstərən dövlət bağçalarında 48

Ötən il Azərbaycanda 34 milyon manat nizamnamə kapitalı ilə təsis edilmi�

Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov yenidən a�

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

Cəlilabad rayonunun Sərhədabad kəndində noxud əkini ilə məşğul olan fe

Yapon avtomobil nəhəngi "Suzuki" "Swift" modelinin istehsa

Qurban bayramı münasibətilə "Avrora Qrup" və "İçərişəh�

Qurban bayramı tətilində şəhərlərarası avtobuslarda 3 min polis gizli s�

"Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan p

Rusiya ordusunun Ukraynanın şimalındakı Priluki şəhərinə etdiyi dron hü

Uelsdə yerləşən "Space Forge" startapı ABŞ-ın hərbi qurumları
