Azərbaycan növbəti ev sahibi olaraq “Ümumdünya Ətraf Mühit Günü”nün estafetini qəbul edib


Digərləri 05 İyn 2025 14:45:00 91 0

Azərbaycan növbəti ev sahibi olaraq “Ümumdünya Ətraf Mühit Günü”nün estafetini qəbul edib

İyunun 5-də "Ümumdünya Ətraf Mühit Günü" Koreya Respublikasının ev sahibliyi ilə Jeju adasında keçirilib. BMT-nin Ətraf Mühit Proqramı (UNEP) tərəfindən hər il təşkil olunan bu qlobal tədbir bu dəfə "Plastik çirklənməyə son" mövzusuna həsr olunaraq, plastik tullantıların azaldılması və dövri iqtisadiyyata keçid istiqamətində birgə fəaliyyətləri təşviq edib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, ölkəmizi tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavininin rəhbərlik etdiyi, Xarici İşlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, eləcə də Koreya Respublikasındakı səfirliyimizin nümayəndələrindən ibarət nümayəndə heyəti təmsil edib.

Azərbaycanın nümayəndə heyətinin rəhbəri Umayra Tağıyeva tərəfindən tədbirin açılış mərasimində, eləcə də "Dövri iqtisadiyyata doğru fəaliyyət üçün Yüksək Səviyyəli Nazirlər Dəyirmi Masası"nda çıxışlar edilib. Çıxışlar zamanı Azərbaycanın müvafiq sahədə müsbət təcrübələri barədə məlumat verilib, ölkəmizin sədrliyi ilə ötən il Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində əldə edilmiş tarixi nailiyyətlərə vurğu edilib. Nümayəndə heyəti tərəfindən habelə, bir sıra ikitərəfli görüşlər keçirilib, beynəlxalq təşkilatlar, biznes dairələri, inkişaf bankları və vətəndaş cəmiyyəti nümayəndələrinin də qatıldığı sessiyalar və tematik sərgilərdə iştirak edilib, qlobal ekoloji çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 2026-cı ildə "Ümumdünya Ətraf Mühit Günü"nə Azərbaycan ev sahibliyi edəcək. Ölkəmizdə keçiriləcək tədbir iqlim dəyişmələri mövzusuna həsr olunacaq. Bu mühüm hadisə Azərbaycanın ətraf mühit sahəsində beynəlxalq əməkdaşlığa verdiyi töhfənin tanıdılması ilə yanaşı, ötən il keçirilmiş COP29-un nəticələrinin təşviq olunmasına və gələn il Azərbaycanda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumu ilə sinerji yaradılmasına xidmət edəcək.

Koreyada keçirilən tədbirdə estafet 2026-cı il "Ümumdünya Ətraf Mühit Günü" tədbirinin ev sahibi olaraq Azərbaycan tərəfindən rəsmən qəbul edilib. Bununla, bu mötəbər tədbirin ölkəmizdə UNEP ilə birgə təşkili prosesinə start verilib.

Xatırladaq ki, "Ümumdünya Ətraf Mühit Günü" 1972-ci ildə Stokholmda keçirilən BMT konfransında təsis olunub və dünyanın ən genişmiqyaslı ətraf mühit kampaniyasıdır. İlk dəfə 1973-cü ildə qeyd olunmağa başlayan bu gün artıq 150-dən çox ölkədə milyonlarla insanı birləşdirən qlobal platformaya çevrilib. Bu platforma vasitəsilə fərdlər, hökumətlər, bizneslər və təşkilatlar ətraf mühitin qorunması istiqamətində fəaliyyətlərini geniş ictimaiyyətlə bölüşür və iqlim dəyişikliyi, biomüxtəlifliyin qorunması, hava və su ehtiyatlarının mühafizəsi kimi məsələlərə diqqəti artırırlar.

Şəbnəm səhnədə "qorxulu anlar" yaşadı: köməyə mühafizəçi gəldi like
  • 05 İyn 14:42  
Şou-biznes Şəbnəm səhnədə "qorxulu anlar" yaşadı: köməyə mühafizəçi gəldi

Müğənni Şəbnəm Tovuzlu tədbirlərin birinə qatılıb.

arrow Ətraflı
Qazaxda baş verən qəzada ölən şəxslərin FOTOsu like
  • 05 İyn 14:33  
Digərləri Qazaxda baş verən qəzada ölən şəxslərin FOTOsu

Xəbər verdiyimiz kimi, Qazaxda ölümlə nəticələnən yol-nəqliyyat hadis�

arrow Ətraflı
Ermənistanın Azərbaycana qəsdən ziyan vurması üzrə sənədlər məhkəmədə araşdırılır like
  • 05 İyn 14:20  
Digərləri Ermənistanın Azərbaycana qəsdən ziyan vurması üzrə sənədlər məhkəmədə araşdırılır

Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ermənista

arrow Ətraflı
“Hercai”nin aktrisası əməliyyatdan sonra iflic oldu like
  • 05 İyn 14:12  
Digərləri “Hercai”nin aktrisası əməliyyatdan sonra iflic oldu

Türkiyənin məşhur "Hercai" serialında Keriman obrazını canland�

arrow Ətraflı
Müalicəvi masaj faydalıdır, amma hər kəsə uyğun deyil  Reabilitoloq xəbərdar edir like
  • 05 İyn 14:00  
Digərləri Müalicəvi masaj faydalıdır, amma hər kəsə uyğun deyil Reabilitoloq xəbərdar edir

Son.az xəbər verir ki, reabilitoloq və fizioterapevt Afaq Azad Hit.Az-a açı

arrow Ətraflı
Bu maşınlar kəskin bahalaşacaq like
  • 05 İyn 13:44  
Digərləri Bu maşınlar kəskin bahalaşacaq

Əgər istehsal dayansa və ya azalsa, maşın sayı bazarda azalacaq

arrow Ətraflı
Hansı heyvanları qurban kimi kəsmək olar?  AÇIQLAMA like
  • 05 İyn 13:29  
Digərləri Hansı heyvanları qurban kimi kəsmək olar? AÇIQLAMA

Müqəddəs bayrama sayılı günlər qalıb. Bu il də niyyəti olanlar və imk

arrow Ətraflı
Azərbaycanda zorakılığa məruz qalan 74 yaşlı qadın öldü  saxlanılan var like
  • 05 İyn 13:19  
Digərləri Azərbaycanda zorakılığa məruz qalan 74 yaşlı qadın öldü saxlanılan var

Gədəbəydə 74 yaşlı qadına qarşı törədilmiş zorakılıq və quldurluq

arrow Ətraflı
Bıçaqladığı sevgilisini evdə müalicə etmək istədi like
  • 05 İyn 13:14  
Digərləri Bıçaqladığı sevgilisini evdə müalicə etmək istədi

Bakıda sevgilisini bıçaqlayan kişi tutulub.

arrow Ətraflı
Azərbaycanda tükürpədici hadisə: Ana və iki oğlu həbs edildi like
  • 05 İyn 13:08  
Digərləri Azərbaycanda tükürpədici hadisə: Ana və iki oğlu həbs edildi

Balakəndə atasını qətlə yetirən yeniyetmə oğlanın anası və böyük q

arrow Ətraflı
Nazirlik əməkdaşı iş başında faciəvi şəkildə öldü like
  • 05 İyn 13:00  
Digərləri Nazirlik əməkdaşı iş başında faciəvi şəkildə öldü

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı anbar soyuducusunun müayinəsi za

arrow Ətraflı
Hər şeyi sabaha saxlayanlar, bu xəbər sizlikdir – Psixoloq xəbərdarlıq edir like
  • 05 İyn 12:50  
Digərləri Hər şeyi sabaha saxlayanlar, bu xəbər sizlikdir – Psixoloq xəbərdarlıq edir

"Bəzi insanlar hər şeyi yubatmağa meyilli olurlar. Bunun isə müxtəli

arrow Ətraflı
Qətlə görə həbs edilən qazi ilə bağlı yeni detallar like
  • 05 İyn 12:41  
Digərləri Qətlə görə həbs edilən qazi ilə bağlı yeni detallar

Xəbər verdiyimiz kimi, Lerikdə bir neçə gün əvvəl itkin düşən və mey

arrow Ətraflı
Bayram günü hava necə olacaq? like
  • 05 İyn 12:28  
Digərləri Bayram günü hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında iyunun 6-da hava şəraitinin dəyişkən b

arrow Ətraflı