Xəbərlərin siyahısı

ABŞ İrana qarşı sanksiyalar siyahısını

2023-01-24 08:18:00

ABŞ iranlı iş adamlarına və rəsmilərinə yeni sanksiyalar tətbiq edib.

Hamilə ikən uşaq əmizdirmək olarmı?

2023-01-24 08:15:00

Bir çox analar körpələrinə süd verən zaman yenidən hamilə qalırlar.

Vardanyan “Hard Talk”a çıxır, biz Bakıda

2023-01-24 08:13:00

Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilən rus sülhməramlılarının məsuliyyət zonasında fəaliyyət göstərməyə çalışan separatçıların "dövlət naziri" Ruben Vardanyan BBC-nin məşhur "Hard Talk" verilişinin qonağı olub.

Tikinti materiallarının istehsalında

2023-01-24 08:12:00

Ötən ildə tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 85,7 milyon manat olmaqla, 2021-ci illə müqayisədə 12,6 faiz artım olub.

İspanaq haqqında bilmədikləriniz

2023-01-24 08:11:00

İspanaq birillik göyərtidir. İspanaq toxum vasitəsilə artırılır və 35-40 santimetrə qədər uzana bilir. İspanaq yez yetişən göyərtilərdən olub tünd yaşıl yarpaqlara sahib olur. Havalar isti olduqda ispanaq qısa bir zamanda cücərir və toxumlayır. Onun toxumları xırda, yumru və yaşıl rəngdə olur.İspanaq toxumları cücərməyə başladığı andan 1 ay müddətinə yetişmək qabiliyyətinə malikdir. İspanaq külək vasitəsilə tozlanır. İspanağın vətəni Qədim İrandır. İranlılar bizim eradan əvvəllər də ispanaqdan istifadə etmişlər. O Avropa ölkələrinə orta əsrlərdə gətirilmişdir. İspanağın artırılması ilə ilk dəfə Avropada İspan monarxları məşğul olmuşlar. Ilk illər Avropada ispanaq monastrlarda yetişdirilmiş, sonralar isə bütün ətraf ölkələrə yayılmışdır. MDB ölkələrinə ispanaq 200 il əvvəl gətirilmişdir. Qafqaz dağlarında, Türkmənistanda və Əfqanıstanda yabanı halda yetişən ispanağa da rast gəlmək mümkündür. İspanaq soyuğa davamlı göyərtilərdəndir. Onun toxumlarını avqust ayının axırlarında səpdikdə sentyabra xırda cücərtiləri çixir. Cücərtilərin üstünü soyuq havalarda plyonka ilə örtdükdə isə qış aylarında ispanaq istifadəyə etməyə yayarlı olur. İspanaq -6*C tempratura davamlıdır. O qarın altında da təravətini qoruyub saxlaya bilir. Qarın altında qalan ispanaqlar yaz aylarına daha da püxtələşib böyüyür. İspanaq məhsuldar bitkilərdən hesab edilir. İstifadə etmək üçün təzə ispanaq almaq lazımdır. Onun yarpaqlarının tünd yaşıl, şux və ləkəsiz olması təzəliyinin göstəricisidir. Təzə ispanağın yarpaqları parıltılı, kövrək və şax olur. Bu xüsusiyyətlərə malik olmayan ispanağı almaq məsləhət görülmür. İspanağı saxlayarkən onun kökünü kəsmək lazımdır. Köksüz ispanaq yarpaqları köklü saxlanılan ispanaqdan daha uzunömürlü olur. İspanaqnın Tərkibi 100 qram ispanağın tərkibində olanlar: - Zülallar - 2,9 qr - Yağlar - 0,3 qr - Karbohidratlar - 2 qr - Su - 91,6 qr  Kalori dəyəri - 22 kKal. İspanaq yarpaqlarının tərkibi C, A, B1, B2, B6, PP, P, E, D2, K vitaminləri, çoxlu minerallar var. İspanaq orqanizmdə sağlamlıqla əlaqədar olan bir çox problemlərin aradan qalxmasına səbəb olur. O ən çox da yod çatışmazlığından əziyyət çəkənlər üçün əla qida vasitəsidir. İspanağın tərkibində olan zülallar noxudun və lobyanın tərkibində olan zülalların miqdarından çoxdur. İspanaqnın Xeyri Gündəlik qida rasionunda ispanaqdan istifadə etmək orqanizmdə bədxassəli şişlərin əmələ gəlməsinin qarşısını alır. Onkoloqlar şüa müalicəsi alan xəstələrə ispanaq yeməyi məsləhət bilir. İspanağın tərkibində olan zülallar və yağlar orqanizm tərəfindən asan sorulur. İspanaq lifli qidadır.O bağırsaqlar üçün əla təmizləyici hesab edilir. O bağırsaqların peristaltikasını aradan qaldırır, qəbizliyin sağalmasına səbəb olur. İspanaq bağırsqaq möhtəviyyatının yumşaltmaqla, onun xaric olunmasını sürətləndirir. İapanaq sinir xəstəlikləri ilə bağlı problemlərin aradan qalxmasına yardım edir. Ondan qan azlığında, yüksək təzyiq zamanı, şəkərli diabetdə, qastritlərdə, enterekolitlərdə istifadə edildikdə çox faydalı olur. İspanaq orqanizmə tonuslandırıcı, qəbizlik əleyhinə, sidik qovucu, iltihab əleyhinəı təsir göpstərir. İspanaq qanda şəkərin miqdarının aşağı düşməsinə səbəb olur. İspanaq yemək dərini gözəlləşdirir, dişlərin və dırnaqların möhkəmlənməsinə səbəb olur. Onun şirəsi dəridəki xırda qırışların aradan qaldırır. İspanağın tərkibində olan dəmir sellüidin aradan qalxmasına səbəb olur. Xalq təbabərtində ispanaqdan sinqa , qəbizlik xəstəlikləri, sidikqovucu məqsədlə və iltihab əleyhinə istifadə olunur. İspanaqnın Ziyanı Sidik kisəsi, böyrək və öd kisəsinin daş xətəliyindən əziyyət çəkənlərə ispanaqdan istifadə edərkən diqqətli olmaq tövsiyə edilir. İspanağı tərkibində azot turşu duzları olan qidalarla birlikdə istifadə etmək məsləhət görülmür. Bu orqanizmdə azot duzlarının zəhərli təsirini artırır.

Quranı yandıran siyasətçi ilk dəfə danışdı:

2023-01-24 08:10:00

"Bunu siyasi səbəblərdən etdim. Bu qədər insanın məni öldürmək istədiyini görəndə kədərləndim".

İstanbulda kilsədə yanğın

2023-01-24 08:08:00

İstanbulun Beyoğlu rayonunda köhnə kilsədə naməlum səbəbdən yanğın baş verib.

Sarımsaq haqqında

2023-01-24 08:05:00

Sarımsaq soğankimilər fəsiləsinə daxil olan bitkilərdən hesab edilir və soğanaqlılar ailəsinə məxsusdur. Onun soğanağı mürəkkəb quruluşa malik olub, 3-20 kiçik dişdən ibarət olur. Sarımsağın çiçəklənməsi iyul-avqust aylarına təsadüf edir. Bu bitkinin hündürlüyü 20-60 sm-ə qədər yüksələ bilir. Sarımsağın çiçəkləri ağ-yaşıl rəngdə olur və şarabənzər çətirə oxşayır. Sarımsaq ağ və ya açıq-çəhrayı rəngdə olur. Sarımsaq bütün dünya xalaqları arasında öz dadı, ətri və faydasına görə çox məşhurdur. Onu məşhur edən xüsusiyyətlərindən biri də tərkibində olan sulfid birləşmələridir. Sarımsağın həm çiçəkləri, həm yarpaqları, həm də soğanaqları yeyilməlidir. Onun körpə yarpaqlarından və dişlərindən qida sənayesində daha çox istifadə edilir. Bəzi dünya məbəxində yeməklərə yüngül ətir vermək üçün sarımsağın dişinə ən yaxın , nazik olan qabıqlrından da istifadə edilir. Pifaqor sarımsağı qidaların şahı adlandırırb. Avropa ölkələrində sarımsaqdan 5000 il əvvəllərdən istifadə edilib. Sarımsaq qədim Yunanıstanda və Romada dərman vasitəsi kimi istifadə edilib. Qədim zamanlarda onu suda qaynadıb, içməklə orqanizmi dezinfeksiya ediblər. Bu suya digər maddələr də qatdıqda isə yaraların sağalması məqsədilə istifadə edilib. Qədim zamanlarda sarımsaqdan hazırlanan ən yaxşı dərman vasitəsi isə sarımsaqla opiumun qarışımından hazırlanan dərman hesab edilib. Belə ki, xaşxaş toxumlarından hazırlanan dəmləməni sarımsaq şirəsi və şərabla qarışdırıb içdikdə əməliyyatlardan sonra meydana çıxan ağrılar asanlıqla aradan qalxıb. Qədim zamanlarda sarımsağın pis iyindən şər qüvvələrin qorxub qaçdığına da inanıblar. Buna görə də bütün evlərdən qurudulmuş sarımsaq asıblar. Qədim romalılar sarımsağın bütün xəstəlikləri sağaltdığına və şər qüvvələrin orqanizmə etdiyi təsiri azaltdığına inanırdılar. Sarımsaqdan bəzi dinlərə sitayiş edənlər daha çox istifadə edirlər. Qladiator yetişdirən məktəblərdə isə uşaqlara hər dəfə yemək qəbulu zamanı sarımsaq veriblər. Bu məktəbin müəllimləri sarımsağın insanın gücünü artırdığına və onları ölümdən uzaq tutduğuna inanıblar. Sarımsağın Tərkibi 100 qram sarımsağın tərkibində 149 kKalori var. Sarımsağın 100 qramında olan qida dəyərliliyi: - Zülallar - 6,4 qram - Yağlar - 0,4 qram - Karbohidratlar - 31 qram - Su - 59 qram - Kaloriliyi - 149 qram. Sarımsağın faydası Saımsağın tərkibində  vitamin B6, vitamin C, vitamin B 12,  liflər, zülallar, yağlar, karbohidratlar, askorbin turşusu, mikro və makro elementlər (natrium, kalium, kalisum, dəmir, maranes, fosfor, yod, sink, maqnium), kükürdlü birləşmələr, fitonsidlər və efir yağları var. Sarımsağın tərkibində olan sulfid birləşmələri orqanimdə möcüzəli müalicəvi təsirlər göstərir. Kükürd birləşmələri orqanizmdə olan satfilakokkları,dizenteriya və tif əmələ gətirən mikrobları, bütün növ göbələkləri məhv etmək qabiliyyətinə malikdir. Sarımsaq hətta orqanizmdən zəhərli, passiv maddələrin də xaric olunmasına yardım edir. Sarimsağın tərkibində orqanizm üçün vacib sayılan adenozin, alliksin, eyxoen,pektin, dialil trisulfid və s. var. Bu maddələr orqanizmdə infeksiyaların inkişaf eləməsinin qarşısını alır, şiş əleyhinə təsir göstərir, qanda şəkərin miqdarını azaldır, xolesterinin orqanizmdə olan miqdarını neytrallaşdırır, qanın laxtalanmasının qarşısını alır, trombları əridir. Amerikanın Milli Xərçəng araşdırmalar institutu sarımsağın nəinki soyuqdəymə və infeksiya xəstəlikləri əleyhinə təsir etdiyini, hətta, xərçəngin profilaktikası zamanı da çox faydalı olduğunu sübut edib. Sarımsaq yemək kişilərdə prostat xərçənginin əmələ gəlməsinin qarşısını alır. Bunu 470 sağlam və 238 prostat vəzi xərçəngindən əziyyət çəkən pasiyentlər üzərində aparılan araşdırmalar təsdiq edib. Orqanizmdə xərçəng xəstəliyinin əmələ gəlməməsi üçün isə gün ərzində ən azı 5-6 qram sarımsaq yemək lazımdır. Çünki, sarmsaq yemək şiş xəstəliklərinin əmələ gəlməsinin qarşısını 50% alır. Sarmsaq boğazı təmizləyir, səsin açılmasına səbəb olur, astma xəstəliyinin əlamətlərini azaldır, sinirlərdə baş verın kiçik qıcolmaları aradan qaldırır, sinir sistemi xəstəliklərinin əlamətlərini zəiflədir, mədə-bağırsaq infeksiyalarını öldürür. Dalaq daxil olmaqla qarın boşluğu üzlərinin hamsının fəaliyyətinə müsbət təsir göstərən sarımsaq, ağciyərdə olan xəstəliklərin sağalmasını da sürətləndirir. Sarımsaq dişlər və diş əti ilə olan problemlərin aradan qalxmasına yardım edir. Ondan bir çox yeməklərin və salatların hazırlanmasında istifadə edilir. Sarımsaq Quranda adı çəkilən qida vasitələrindən biridir. Sarımsağın zərəri Mədə və onikibarmaq yarasından, kəskin pankrititdən, sidik sistemi xəstəlikləindən, nefritdən, nefrozdan əziyyət çəkənlərə sarımsaqdan istifadə etmək məsləhət görülmür. Dieta saxlayan adamlara da sarımsaqdan istidafə eləmək tövsiyə olunmur.

Rusiyalı qadın jurnalist canlı yayımda vuruldu VİDEO

2023-01-24 08:03:00

Rusiyalı qadın müxbir Anastasiya Yelsukova Ukraynada əməliyyat zonasında canlı yayım edən zaman güllə yarası alıb.

Kaliforniya ştatında 7 nəfər

2023-01-24 08:02:00

ABŞ-ın Kaliforniya ştatında fermada 7 nəfər güllələnib.

Reyhan

2023-01-24 08:01:00

Reyhan haqqında ümumi məlumat Reyhan birillik dərman bitkisi olub öz ətri ilə seçilən göyərtilərdəndir. Reyhanın hündürlüyü 30-60 santimetrə qədər qalxa bilir və hər tərəfə qol-budaq ataraq böyüyür. Yabanı reyhanın hündürlüyü isə 70-80 santimetr ola bilir. Onun yarpaqları oval şəklində və bəzən növündın asılı olaraq ətrafları xırda kəsikli olur. Reyhanın yarpaqları yaşıl və bənövşəyi rənglərdə ola bilir. Növündən asılı oalaraq reyhan çiçəklərinin rəngi çəhrayı, yaşıl, bənövşəyi olur. Reyhanın çiçəkləri gövdə hündürə qalxdıqdan sonra açır və toxum əmələ gətirir. Reyhan yarpaqlarının tərkibi efir yağları ilə zəngin olur. Onun xüsusi dadı və ətri olur. Bu səbəbdən də reyhan bir çox qida maddələrinə əlavə edilir. Reyhanin vətəni Cənubi Asiya hesab edilir. Avropa ölkələrinə reyhan XVI əsrdə gətirilib. Reyhan az kalorili göyərtidir. Onun qurutduqda da tərkibində olan maddələrin miqdarı öz təsirini saxlaya bilir. Reyhannın Tərkibi 100 qram reyhanın tərkibində olanlar: - Zülallar - 3,15 qr - Yağlar - 0,6 qr - Karbohidtarlar - 2,7 qr - Su - 92 qr - Kalori - 23 kKal. Reyhanın tərkibinin 1,5%-ni efir yağları, 6% tanin, qlükozidlər, salonin turşusu təşkil edir. Onun güclü qoxiya sahib olmasının səbəbi efir yağlarının mürəkkəb tərkibdə olmasıdır. Bu efir yağlarının tərkibində metilxavinol, sinerol, linalool, kamfora, osimen,tanin maddələr, turş salonin var. O mədə-bağırsağın fəaliyyətini yaxşılaşdırır və öskürək əleyhnə təsir göstərir. Onun tərkibindəki efir yağları bakteriasid təsirə malikdir. Reyhanın tərkibində C, B2, PP, A vitaminləri, şəkər, karotin, fitonsidlər, rutin var. Reyhan immun sistemi stimulyasiya edir və orqanizmi bütün infeksiyala qarşı qoruyur. Son illərin araşdırmaları hətta, reyhanın orqanizmdə AİDS virusunun artmasının qarşısını aldığını sübut edib. Reyhannın Xeyri Reyhan orqanizmin kəskin respirator virus xəstəliyinə yoluxmasının qarşısını alır. O qripp, soyuqdəymə və yuxarı tənəffüs sistemi orqanları xəstəliklərinə yoluxmağın qarşısını alır, burun yollarından seliyin axmasını dayandırır, xəstəlik zamanı orqanizmdə baş verən həssaslığı azaldır, sinir sistemini möhkəmləndirir. Reyhan yaddaşın möhkəmlənməsinə səbəb olur. Reyhanın bakteriya əleyhinə təsir göstərməsi bir çox xəstəliklər zamanı çox faydalıdır. Ağız boşluğu, dişlər və diş ətinin xəstəlikləri zamanı reyhan çeynəməyin faydası çox böyükdür. Reyhan orqanizmə antioksidant təsir bağışlayır. Buna onun yarpaqlarının tərkibindəki qiymətli substansiyalar səbəb olur. Onun tərkibindəkilər sərbəst radikallara qarşı mübarizə aparır, yüksək aqressivli (xərçəngin inkişafını sürətləndirən) oksigen molekullarına qarşı durur.Bir sözlə reyhan yemək orqanizmi xərçəng riskindən qoruyur. Reyhan meteorizm, mədə-bağırsaq xəstəlikləri zamanı orqanizm üçün çox faydalıdır. Onun tərkibində olan enzimlər piylərin əriməsinə yardım edir, arıqlamağı stimllaşdırır. Peyhan sinir sistemini möhkəmləndirir, yuxunu normaya salır, impotensiyanı aradan qaldırır. Reyhanın tərkibində olan metil-kavikol efir yağı immun sistemi möhkəmləndirir, orqanizmdəki cavan hüceyrələri qoruyub saxlayır. Onun tərkibində olan evqenol və estraqol əqli fəaliyyəti artırır. Reyhanı yeməklərin yanında təzə halda və ya yarpaqlarından dəmlənmiş çay hazırlayıb qəbul etmək olar. Xalq təbabətində reyhandan faydalanmaq məqsədilə aşağıdakı reseptdən istifadə edilir: Təzə reyhan yarpaqları təmiz yuyuylduqdan sonra 1 litr suya xırda -xırda doğranır və qaynadılır. Qaynayan kimi soyudulur və yarpaqları süzüldükdən sonra suya dada görə bal əlavə olunur və içilir. Reyhannın Ziyanı Həddindən çox reyhan yemək ürək xəstələrinə, epilepsiyadan əziyyət çəkənlərə, hamilələrə problemlər yarada bilir. Mütəxəssislər hipertoniyadan, diabetən, tromboflebitdən, işemik xəstəliklərdən əziyyət çəkənlərə də reyhan yeyərkən ehtiyyatlı olmağı tövsiyə edirlər. Buna səbəb isə reyhanın tərkibində olan rutin birləşmələrdir.

Əlcəzairdə helikopter qəzası Biri polkovnik olmaqla,

2023-01-24 07:55:00

Əlcəzairin şimalında, Ayn Defla əyalətinin El Attaf bölgəsində​ orduya məxsus Mi-171 helikopteri qəzaya uğrayıb.

Göy soğanın faydaları

2023-01-24 07:51:00

Göy soğan ot bitkisi olub, soğan toxumlarının becərilməsindən əmələ gəlir. Bu zaman əkilmiş soğan toxularını çox yetişib baş soğana çıxarılmasına yol verilmir. Göy soğanın yarpaqları 40 santimetrə qədər uzandıqda ondan istifadə edilir. Bu soğan boru şəkilli göyərti olub bir çox yeməklərdə və salatlarda istifadə edilir. Salatlarda soğanın dadı əvəzolunmaz olur. Göy soğandan ilk dəfə Aralıq dənizi sahillərində istifadə edilmişdir. Amma, antik Yunan və Roma ədəbiyyatında göy soğan barədə məlumatlara da rast gəlinib. Göy soğandan Qafqaz öklələrində də geniş istifadə edilir. Azərbaycan mətbəxində də müxtəlif salatların hazırlanmasında və yeməklərin dekorasiyası zamanı göy soğandan istifadə edilir. Göy soğanın bir-neçə növü daha dadlı olduğu üçün mətbəxlərdə bu növlərə üstünlük vürilir. Bu soğanın Merkuri və Bolqar növləridir ki, onların uzunluğu 20 sm, qabıqları isə zərif olur. Bu növə məxsus göy soğanlar soyuq havaya davamlı olurlar. Göy soğanın tərkibi kalium, kalsium, dəmir,fosfor, maqniumla zəngindir. Onun efir yağlarının tərkibində kükürd, zülallı maddələr, askorbin və nikotin turşusu, tiamin, riboflavin, karotin var. Göy soğanın ən üstün cəhətlərindən biri onu saxlayan zaman tərkibində olan vitamin və mineralların miqdarının artmasındadır. Göy soğanın orqanizm üçün faydalı olması barədə qədim zamanlarda da insanların məlumatı olub və bundan istifadə ediblər. Bu tərəvəz podaqra, revmatizm, sinqa, sidik daşı xəstəliyi zamanı, piylənmədə, psixi və fiziki yorğunluq zamanı çox faydalıdır. Bu tərəvəz həzm sistemin orqanlarının ferment ifrazını sürətləndirməklə həzmi yaxşılaşdırır, öd və sidik ifrazının sürətləndirir. Aparılan araşdırmalar göy soğanın maddələr mübdələsini yaxşılaşdırdığını, iştahanı artırdığını, antisklerotik təsirə malik olmasını sübut edib. Podaqra, revmatizma, atereskleroz xəstələrinə və piylənmədən əziyyət çəkənlərə daima qida rasionunda göy soğandan istifadə etmələri məsləhət bilinir. Kulinariyada göy soğandan şorbaların, pürenin, sousların, ətlərin, salatların hazırlanması zamanı geniş istifadə edilir. Onu xırda doğrayıb yumurta ilə qarışdıraraq bişirdikdə isə çox dadlı olur. Göy soğan zərif dad və xüsusi qoxuya malikdir. Yeməklərdə onun torpaqda qalan ağ hissəsindən, salatlarda isə yaşıl hissəsindən istifadə edilir. Göy soğandan soyuq qəlyanaltı kimi istifadə edilməklə yanaşı, ət yeməklərinin yanında qarnir kimi də istifadə edilir.Onun yaşıl yarpaqları yetişmə dövrünü uzun müddət sürərsə qabıqları sərtləşir və xoşagəlməz dada malik olur. Mədə və onikibarmaq bağırsaq xəstəlikləri zamanı göy soğan yemək məsləhət görülmür. Xalq təbatətində göy soğanın şirəsindən oksalat daşlarının tökülməsində istifadə edilsə də mədə-bağırsaq xəstələri buna diqqətlə yanaşmalıdırlar.

Sibel Can 50 milyonu belə

2023-01-24 07:45:00

Türkiyəli məşhur müğənni Sibel Can bu il Türkiyədə 19 konsert verəcək.

Xren bitkisinin faydaları

2023-01-24 07:41:00

Xren çoxillik bitki olub kələmkimilər fəsiləsinə daxildir. Onun sərt kökü və 120 santimetrə qədər böyüyə bilən tünd yaşıl yarpqları olur. Xren may-iyun aylarında böyüyür, yarpaqları böyüdükcə onun kökü də inkişaf edir. Xrenin müxtəlif növləri var. Xrendən çox xoşlananalar onu öz bostanlarında da yetişdirə bilirlər. Onun qədim zamanlarda yunanlar, pomlılar və misrlilər tərəfindən daha çox istifadə edildiyi söylənilir. İndi xren dünyanın bir çox ölkələrndə yabanı halda yetişir. Bu bitkinin ən çox qida sənayesində ətrindən istifadə edirlər. Qədim zamanlarda yunanlar xrendən ədviyyat vasitəsi kimi istifadə ediblər. O yunan mətbəxinin ən kəskin, ən sərt və ən çox istifadə edilən ədviyyatı hesab edilib. Müalicə məqsədilə xren kökünün payız aylarında yığılıb qurudulmuşundan istifadə edilir. Onu yığdıqdan sonra qurudub, xüsusi qayda ilə saxlayırlar. Xrendən Fransa, Braziliya və İsveçrənin farmokologiyasında da istifadə edilir. Xrenin Tərkibi Xrenin tərkibində efir yağları, liflər, fitonsidlər, çoxlu vitaminlər(B1, B2,B3,B6,E), fol turşusu, makro və mikroelementlər(kalum, kalsium, dəmir, fosfor, natrium, marqanes,mışyak və s.),şəkər,amin turşuları, bakteriasid təsirli maddələr(lizosim və orqanik birləşmələr) var. Xrenin tərkibində olan C vitamini portağal və limonun tərkibində olandan 5 dəfə artıqdır. Xren yarpaqlarının tərkibində olan efir yağları dəriyə toxunduğu zaman yerli qıcıqlanma və qızartı əlamətlərinin əmələ gəlməsinə səbəb olur. Dərinin eyni yerinə uzun müddət xren yarpaqlarının toxunması yanıqların, hiperemiyanın və qanqrenanın əmələ gəlməsinə səbəb olur. Xalq təbabətində xrendən radikulitlərin müalicində geniş istifadə ediir. Xren ödqovucu xüsussiyyətə malikdir və o bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Respirator virus xəstəlikləri zamanı qəbul edilən qidalara xren əlavə etməkdə çox fayda var. Öskürmə zamanı da az miqdarda xren yarpaqlarından dəmlənmiş çayı gündə 3-4 dəfə qəbul etdikdə xəstəliyin əlamətləri azalır. Amerikada xrendən kosmetologiya sahəsində də geniş istifadə edilir. "Laskinin xərçəng əleyhinə kitabı"ında xrenin metastaz əleyhinə təsiri barədə yazılara rast gəlmək mümkündr. Həkim kitabında xren kökünü sürtçəgdən keçirib, suda qaynadaraq buğunu iyləməyin xərçəng xəstələri üçün faydalı olduğnu qeyd edir. Onun sözlərinə görə bu üsulla metastazın əmələ gəlməsinin qarşısını almaq mümkündür. Xreni tibb aləmində strateji bitki də adlandıranlar var. Bu ad ona kosmetika və diş pastalarında orqanizmə təsir edən profilaktik nəaliyyətlərinə görə verilib. Xrenin faydaları Xrenin tərkibində olan C vitamini portağal və limonun tərkibində olandan 5 dəfə artıqdır. Xren yarpaqlarının tərkibində olan efir yağları dəriyə toxunduğu zaman yerli qıcıqlanma və qızartı əlamətlərinin əmələ gəlməsinə səbəb olur. Dərinin eyni yerinə uzun müddət xren yarpaqlarının toxunması yanıqların, hiperemiyanın və qanqrenanın əmələ gəlməsinə səbəb olur. Xalq təbabətində xrendən radikulitlərin müalicəsində geniş istifadə ediir. Xren ödqovucu xüsussiyyətə malikdir və o bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Respirator virus xəstəlikləri zamanı qəbul edilən qidalara xren əlavə etməkdə çox fayda var. Öskürmə zamanı da az miqdarda xren yarpaqlarından dəmlənmiş çayı gündə 3-4 dəfə qəbul etdikdə xəstəliyin əlamətləri azalır. Amerikada xrendən kosmetologiya sahəsində də geniş istifadə edilir. "Laskinin xərçəng əleyhinə kitabı"ında xrenin metastaz əleyhinə təsiri barədə yazılara rast gəlmək mümkündr. Kitabında həkim xren kökünü sürtçəgdən keçirib, suda qaynadaraq buğunu iyləməyin xərçəng xəstələri üçün faydalı olduğnu qeyd edir. Onun sözlərinə görə bu üsulla metastazın əmələ gəlməsinin qarşısını almaq mümkündür. Xreni tibb aləmində strateji bitki də adlandıranlar var. Bu ad ola kosmetika və diş pastalarında orqanizmə təsir edən profilaktik nəaliyyətlərinə görə verilib Xrenin Ziyanı Xren dəriyə qıcıqlandırıcı təsir göstəriri və bəzən genş həcmli yanıq əlamətləri əmələ gətirir. Böyrək, qaraciyər və mədə-bağırsaq sistemi xəstəliklərindən əziyyət çəkən xəstələrə xrendən ehtiyatla istifadə etmək məsləhət görülür.

Çörəkbişirənlər Parisi “partladır” FOTO

2023-01-24 07:35:00

Fransanın paytaxtı Parisdə çörəkbişirənlər etiraz aksiyası keçiriblər.

Ağ turp haqqında bilmədikləriniz

2023-01-24 07:31:00

Ağ tupr birillik və ya ikiillik ot bitkisi olub, kələmkimilər fəsiləsinə aiddir. Onun kökündən istifadə edilir. Ağ turpun diametri 5-20 santimetrə qədər böyüyə bilir. Ağ turp 40-45 gün müddətində yetşmə dövrünü yaşayır. Onun gec yetişən növü isə 40-60 günə öz yetşmə dövrünü başa çatdırır. Ağ turp müalicəvi dərman bitkilərindən sayılır. Onu sərin yerdə yarpaqlarını qoparmadan saxlamaq mümkündür. Ağ turpdan müxtəlif salatlrın, şorbaların, pürenin, mürəbbələrin bişirilməsində istifadə edilir. Ağ turpdan bir çox dünya mətbəxində qızardılmış şəkildə də istifadə edirlər. Ağ turpdan bizim eradan əvvəlllərdə də istifdə edilir. Qədim zamalardan onun əkinçiliyi ilə geniş məşğul olunub. Ağ turpun Tərkibi Ağ turp orqanizmdən artıq şlakların xarc olunmasını sürətləndirir. Onun meyvəsinin tərkibində 9% şəkər, C, B1, B2, B5, PP vitaminləri, yüksək miqdarda A vitamini var. Ağ turpun tərkibində ateresklerozun müalicəsini sürətləndirən sterin maddısi var. Ağ turpun tərkibi nadir hallarda rast gəlinən qlükopafanin, sulfofan vardır ki, bu da brokkli və rəngli kələmində olur. Ağ turpun tərkibində olan mikro və makro elementlər ( dəmir, sink, mis, yod, marqanes, fosfor və s.), kükürd birləşmələri var. Ağ turpun tərkibində olan maqnium kalsiumun orqanizm tərəfindən mənilsənilməsinə səbəb olur. Ağ turpun Xeyri Ağ turp öd və qara ciyərdə toplanıb qalan ödün axmasını sürətləndirir, bu orqanların fəaliyyətini noprmllaşdırır. Onun antimikrob təsirə malik olması tibb elminə çoxdan məlumdur. Ağ turp yemək dərinin rəngini gözəlləşdirir, selikli qişaların fəaliyyətini yaxşılaşdırır. Həkimlər insanlara qış fəslində daha çox ağ turp yeməyi məsləhət bilir. Bu meyvə az kalorili, bol vitaminli meyvələrdən hesab edilir. Xalq təbabətində onun şirəsindən diş ağrılarının aradan qalxmasında, öskürəkkəsici, bəlğəmgətirici kimi istifadə edilir. Ağ turpun şirəsi bronxit, astma və digər ağ ciyər xəstəliklərinin əlamətlərinin azalmaslna, xəstəliyin sağalmasına səbəb olur. Ağ turp bağırsaqların peristaltikasını yaxşılaşdırır və onun funksiyasını sürətləndirir. Ağ turp, alma və kişmiş tərkibli salatları isə dünyanın ən bahalı restoranlarnda qonaqlara təqdim edirlər. Ağ turpun Ziyanı Ağ turp orqanizm üçün faydalı olsa da ondan çox istifadə eləmək bir çox xəstəliklərə səbəb ola bilir. Mədə və onikibarmaq yarasından, kəskin qastroenteritdən əziyyət çəkənlərə ağ turp yeyən zaman ehtiyatlı olmaq tövsiyə edilir. Bəzi mərkəzi sinir sistemi xəstəliklərindən əziyyət çəkənlərə də turp yemək istəyərkən həkimlə məsləhətləşmək lazımdır. Hamilə qadınlara həftədə 1-2 dəfə və hər dəfə 200-300 qramdan artıq turp yemək olmaz.

Mal ətinin faydaları

2023-01-24 07:21:00

Mal əti dedikdə inək, öküz, dana - bir sözlə iri buynuzlu mal-qaranın əti nəzərdə tutulur. Mal ətinin keyfiyyəti onun qəbul etdiyi qidalardan və onun yaşından asılı olur. Ətin saxlanılması və saxlama müddəti də onun keyfiyyətinə birbaşa təsir göstərir. Mal əti keyfiyyətinə görə 3 hissəyə ayrılır. Onun əla dadan hissəsi bel və qabırğa hissəsidir. İkinci əsas hissə ön və arxa ayaqlar hesab edilir. Buranın əti yumşaq olur. Mal ətinin üçünci hissəsi isə yerdə qalan digər həssələrdə olan ətləridir. Keyfiyyətli mal ətinin rəngi tünd qırmızı rəngdə olur. Ondan xüsusi qoxu - ət iyi gəlir. Təzə ət parlaq və üstündə krem ağı rəngdə piy qatı olmalıdır. Onu kəsərkən isə zəif sərtlik hiss edilməlidir. Yaşı heyvanın əti tünd rəngdə olur və onun piy qatının üzərini zəif dəri təbəqəsi örtür. Təzə ət bərk olur və gec bişir. 100 qram mal ətinin qida dəyəri: - Zülallar - 17 qr - Yağlar - 17,4 qr - Su - 65 qr - Kalori - 150-180 kKal. Mal ətinində çoxlu miqdara A, E, C, B6, B12, PP,B2, B1 vitaminləri və çoxlu mikroelementlər var. Onun tərkibi natrium, kalium, maqnium, fosfor, dəmir, sink, kolbat və s. mineral duzları ilə zəngindir. Mal ətinin tərkibi insan orqanizminin qidalanması üçün lazım olan maddələrlə zəngindir. Onu bişirən zaman tərkibində olan suyun, zülalın və yağların miqdarı azalır. Malın qaraciyərində isə dəmirin miqdarı çoxdur. Mal ətinin tərkibinddə olan B12 vitamini orqanizm tərəfindən asan sorulur. Bu səbəbdən də anemiyada və qan azlığı zamanı mal əti yemək tövsiyə edilir. Britaniya həkimləri dəmir defisit anemiya xəstəliyindən əziyyət çəkənlərə gün ərzində 200 qram mal əti yeməyi tövsiyə edir. İnfarkt və böyrək daşı xəstəliyinin profilaktikası məqsədilə isə insanlara malın qara ciyərini yemək töpvsiyə olunur. Mal ətinin zərərli xüsusiyyətləri: Mal ətinin tərkibində olan purin orqanizmdə sidik turşusunun artmasına səbəb ola bilir. Ətdən çox istifadə eləmək podaqranın, osteoxondrozun və müxtəlif bu kimi xəstəliklərin əmələ gəlməsinə səbəb ola bilir. Mal ətini bişirərkən onun suyunu dəyişmək lazımdır. Bu heyvanın ətində olan zərərli maddələrin insan orqanizminə daxil olmasının qarşısını alır.

Tovuzda 59 yaşlı kişini maşın

2023-01-24 07:15:00

Tovuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Göbək düşməsi nədir?

2023-01-24 07:11:00

Göbək düşməsi bir çox insanın başına gələ biləcək haldır.

Mədət Quliyevə ağır itki

2023-01-24 07:05:00

Azərbaycan müdafiə sənayesi naziri Mədət Quliyevə ağır itki üz verib.

Dəvədabanı

2023-01-24 07:01:00

Dəvədabanı çoxillik bitki olub, Astrakimimlər fəsilsinə (mürəkkəbçiçəklilər) aiddir. Onun adının özü ilə heç bir əlaqəsi yoxdur. Belə ki, birkinin adı insana sərt təsir bağışlasa da, onun çiçəkləri incə, zərif və toxunulduğunda xoş duyğular oyadan təsirə malikdir. Dəvədabanı ən çox Avrasiya və Şimali Afrika ölklərində bitir. Bu yabanı bitki olub, sahələrdə, meşəliklərdə, yol kənarlarında - bir sözlə istənilən yerlərdə əmələ gəlir. Hətta, dəmir yolu kənarlarında, binaların bünövrələrinin yanında da dəvədabanına rast gəlmək mümkündür. Dəvədabanı sürünən kökə malik olan bitkilərdəndir və onun boyu 15-20 sm-ə qədər böyüyə bilir. Adətən yarpaqları torpağa yaxın olur və aralarından çıxan budaqlarında çətirə bənzəyən açıq sarı rəngdə çiçəklər çıxır. Çiçəkləri solduqdan sonra yarpaqlar yerində olduğu kimi qala bilir və soyuğa davamlı yarpaqlardan sayılır. Dəvədabanı çiçəyinin şirəsini əsasən şaxtalı qış bitəndən sonra ilk açdığı zaman yığırlar. Bu zaman onun şrəsinin tərkibi daha çox vitaminlərlə zəngin sayılır. Onun çiçəkləindən bal ətri gəldiyi üçün arılar tərəfindən daha çox sevilir. Dəvədabanı çiçəkləri yaz aylarında çiçək açan kimi toplanır. Bitkinin çiçəklənməsi davam edərsə onu yayın ortalarına qədər də toplamaq mümkündür. Dəvədabanını adi şəraitdə qurutmaq lazımdır. Qurumuş çiçəklərini isə təmiz kağızın arasında, quru və qaranlıq yerdə saxlamaq məsləhət görülür. Qurumuş dəvədabanını 2 ildən artıq saxlamaq məsləhət deyil. Dəvədabanının yarpaqları onun çiçəklərindən sonra çıxır. Dəvədabanının Tərkibi Dəvətikanın sulu cövhəri və 10%-li həlimi ödqovucu və sidikqovucu vasitə kimi istifadə еdilə bilər. Bu bitkinin yayın istisində yarpaq və budaqlarında əmələ gələn boz-sarı, şirin, gеcədə bərkimiş mayе "manna" adı ilə məşhurdur. Onun tərkibini kitrə, mannit, şəkər, limon turşusu və acı maddələr təşkil еdir. Dəvədabanının faydaları Qədim Romada dəvədabanı orqanizmi yumşaldıcı və onun gücünü oyandırıcı kimi tanıyıblar. Onun kökündən və yarpaqlarından soyuqdəymələr, vərəm, bəlğəm zamanı istifadə edilib. Tibbdə dəvədanı dəmləməsindən öskürək əleyhinə və bəlğəmgətiici kimi stifadə edilir. Onun yarpaqlarının tərkibində selik, qətran və tanin var. Bu bitkidən tibb sahəsində bronxlardakı bəlğəmin təmizlənməsi məqsədilə istifadə edilir. O pnevmoniyalar, ağ ciyərlərin emfizeması və xroniki bronxit xəstəliklərində istifadə edilir. Dəvədabanı orqanizm daxilində olan irinli-iltihablı proseslərin aradan qalxmasına yardım edir. Xalq təbabətində ondan südgətirici kimi istifadə edilib. Belə ki, dəvədabanı yarpalarının döşün üstünə düzüb saxladıqda gənc anaların südü çoxalır. Dəvədabanı yarpaqları döş vəzində olan süd axarlarını rahatlaşdırır və südün çoxalmasıına səbəb olur. Xalq təbabətində onun yarpaqlarını iştahanın açılması və həzm prosesinin sürətlənməsi məqsədilə istifadə edilir. İbn Sinanın əlyzmalarında da dəvədabanı haqqında yazılara rast gəlinir. O dəvədabanını rahat nəfəs almaq və öskürəkdən xilas olmaq üçün məsləhət bilib. Dəvədabanının zərərləri Bitkinin tərkibində pirrolizid alkoloidi var. Bunun orqanizmə az toksiki təsiri var. Ona görə də 6 həftədən çox dəvədabanı çiçəyindən istifadə eləmək məsləhət görülmür. Bir çox ölkələrdə(Yeni Zellandiya, Avstraliya) bu bitkinin artırılmasına qadağa qoyulub. Hamiləlik və südəmizdirmə dövrlərində də qadınlara dəvədabanı dəmləməsindən istifadə etmək olmaz.

Rozasea xəstəliyi nədir? 100dən 3ü bundan

2023-01-24 06:03:00

Soyuq havalarda insanlar daha çox rozasea xəstəliyinə yoluxurlar.

Kartofun bilmədiyiniz faydaları

2023-01-24 05:04:00

Kartof kökündən istifadə edilən bitki fəsiləsinə aid olub, ən vacib qida vasitələrindən biri hesab edilir. Kartof bitkisinin yarpaqları tünd yaşıl, çiçəklərinin rəngi ağ, bənövşəyi və ya çəhrayı rəngdə ola bilir. Kartof bitkisinin gövdəsinin torpağa bitişdiyi yerdən onun kökləri olur. Köklərin ucunda isə kartofun yeyilən hissəsi əmələ gəlməyə başlayır. Kartofun tərkibinin əsas hissəsini nişasta və liflər təşkil edir. Bu tərəvəzi növündən asılı olaraq yay və payız aylarında toplayırlar. Kartofun vətəni Cənubi Amerikadır, orada kartof yabanı halda yetişir. Kartofnın Tərkibi Kartofun tərkibi karbohidratlarla zəngindir. Ondan çoxlu istifadə eləmək piylənməyə səbəb ola bilir. 100 qram kartofun qida dəyərliliyi: - Zülallar - 2 qram. - Yağlar - 0,4 qram. - Karbohidratlar - 16,3 qram. - Su - 78,8 qram. - Kalori dəyəri - 80 kKal. Kartofun tərkibində olan zülallarda demək olar ki, bütün amin turşuları var. Bu amin turşular arasında əvəzolunmaz amin turşularına da rast gəlmək mümkündür. Gün ərzində 300 qram kartof yemək orqanizmin karbohidratlara, fosfora və kaliuma olan bütün ehtiyacını ödəyir. 100 qram kartofun tərkibində 20 qram C vitamini var. Amma C vitaminin miqdarı kartofun saxlanılma qaydasında asılı olaraq dəyişə bilir. Belə ki, dərilmiş kartofu uzun müddət saxladıqda onun tərkibindəki C vitamininin miqdarı aşağı düşür. Kartofun tərkibindəki liflər mədə və bağırsaqları qıcıqlandırmır. Onu qastrit xəstələri belə yeyəndə mədə-bağırsaqda narahatçılıq meydana gəlmir. Kartofun tərkibində olan nişasta qaraciyər və qanda olan xolesterinin miqdarını aşağı salır. Kartofun tərkibində olan kalium orqanizmdən artıq mayenin çixmasını sürətləndirir. Ondan böyrək xəstələri və çoxlu maye qəbul edənlər istifadə edə bilərlər. Kartof damarlara antikslerotik təsir edir. Bu xüsusiyyətinə görə ürək-damar və böyrək xəstələri qida rasionunda daima kartofdan istifadə etməlidirlər. Kartof-yumurta dietası isə xroniki böyrək çatışmazlığından əziyyət çəkənlər üçün ideal vasitə sayılır. Spirtli içki qəbul edən zaman kartof yedikdə səhəri gün ikçi qəbulunun yaratdığı əlamətlər hiss olunmur. Kartofun tərkibində olan fol turşusu, kalsium duzları, maqnium, fosfor, B qrup vitaminləri və PP vitamini orqanizm üçün çox faydalıdır. Kartofnın Xeyri Kartofun kalori dəyəri digər tərəvəz məhsullarınından qat-qat artıqdır. Onda olan zülalların tərkibi heyvani zülalların tərkibinə daha yaxındır. Kartofun tərkibində olan amin turşuları orqanizm tərəfindən asan sorulur. Bu səbəbdən də davamlı olaraq qiddasında kartof olan adamlar podaqra və bu kimi xəstəliklərdən az əziyyət çəkir. Kartofun ən yaxşı xüsusiyyətlərindın biri də onun xərçəng əleyhinə təsir göstərməsidir. Kartof şirəsi artrit xəstələri üçün ideal müalicə vasitəsidir. Bu şirə mədə yarasının və varikoz genəlmənin sağalmasını sürətləndirir. Kartof şirəsi yaraların sağalmasını da sürətləndirmək qabiliyyətinə malikdir. Mütəxəssislər hər səhər acqarına və ya yatmazdan əvvəl duzsuz və suda bişmiş kartof yeməyin orqanizm üçün çox faydalı olduğunu söyləyirlər. Kartof aclığı aradan qaldıra bilən tərəvəzlərdəndir. Buna səbəb isə onun tərkibində olan zülalların və karbohidratların olmasıdır. Xalq təbabətində kartofdan yaraların, yanıqların, müxtəlif dəri xəstəliklərinin sağalmasında istifadə edirlər. Kartof şirəsi arterial təzyiqi aşağı salır, təngnəfəsliyi aradan qaldırır. Çiy kartofun şirəsini içmək orqanizmin illərlə yığılıb qalmış şlaklardan azad olmasına səbəb olur. Kartofnın Ziyanı Kartof orqanizm üçün təhlükəli ola bilir. Bu gün düşən yerlərdə kartofu saxlayan zaman olur. Belə ki, günəş şüaları üşdükdə kartofun üstündə solanin adlanan zəhərli maddə əmələ gəlir. Solanin orqanizmə daxil olduqda dərinin rəngi bozarmağa başlayır və xəstə qısa müddət ərzində ölür. Kartofda solaninin olub olmamasını asanlıqla təyin etmək mümkündür. Əgər kartofu soyan zaman onda yaşıl hissə aşkarlanırsa bu o deməkdir ki, həmin kartofun tərkibində solanin var. Şəkərli diabetdən və piylənmədən əziyyət çəkən xəstələr üçün də kartofdan istifadə etmək tövsiyə edilmir.

İcarədarı çıxarmaq üçün tavanı deşib, sarımsaqlı su tökdü VİDEO

2023-01-24 04:44:00

Obyekt sahibi mağazadan çıxmaq istəməyən icarədarı qeyri-adi üsulla qovmağa çalışıb.

Uşaqlar nə üçün aqressiv olurlar?

2023-01-24 04:03:00

Əsəb nəzarəti uşaqlıq illərində formalaşan xüsusiyyətdir.

Pelosinin qızı anasının “cin çıxarmaq” üçün keşişlərə müraciət etməsindən danışdı

2023-01-24 03:22:00

ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosi ərinə sui-qəsddən sonra keşişləri San-Fransiskodakı evinə "cin çıxarma" mərasiminə dəvət edib.

Saç dərisində yaranan ekzema xəstəliyi

2023-01-24 03:03:00

Ekzema dəridə qaşınma, soyulma, qızarıqlıq, iltihablı yaralar olaraq xarakterizə edilən dəri xəstəliyidir. Saçda yaranan ekzema zamanı şiddətli qaşınmalar yaranır.

Gül kələmi haqqında

2023-01-24 02:02:00

Gül kələmi Aralıq dənizi sahillərində daha çox yetişir. İlk dəfə gül kələmi XVII əsrdə Qərbi Avropa ölkələrində yetişdirilmişdir. Bizim ölkəmizdə gül kələmindən az adam xoşlanır, amma Avropa mətbəxinin bir çox qidalarında kələmin bu növündən geniş istifadə edilir. Gül kələmi birillik tərəvəz bitkisidir. O mil kökə malik olan tərəvəzlər qrupuna daxildir. Onun yarpaqları slindir formada olub 15-70 sm hündürlüyə qədər yüksələ bilir. Gül kələminin yarpaqları böyüdükcə üfüqi vəziyyət alır və yarpaqların ortasından spiral formalı körpə kələm yarpaqları inkişaf etməyə başlayır. Yarpaqlar yerə oturduqca körpə spiralvari kələm yarpaqları böyüməyə başlayır və eninə-uzununa böyüyərək ağ gül kələminin formalaşmasına səbəb olur. Körpə kələm yarpaqlarının rəngi açıq yaşıl rəngdə olur və böyüdükcə üçkünc başlıqlar əmələ gətirir. Bu başlıqlar da inkişaf etdikcə ağ, topa şəkilli kələmlərə - gül kələminə çevrilir. Kiçik kələm başlıqları 3-15 sm ölçülərində olur və böyüdükcə rəngləri ağarmağa başlayır. Gül kələminin meyvəsi çox hissəli meyvə olub, uzunluqları 6-8,5 sm uzunluğunda olur. Gül kələminın Tərkibi. 100 qram gül kələminin qida dəyərliliyi: - Zülallar - 2,5 qram - Yağlar - 0,3 qram - Kabohidratlar - 4,2 qram - Su - 90 qram - Kalori dəyəri - 30 kKal. Gül kələminin Faydaları. Gül kələminin tərkibi duzlar, zülallar və karbohidratlarla zəngindir. Gül kələmində olan zülalların tərkibində çoxlu amin turşuları (ariqinin, lizin) var. Onun tərkibi orqanizm üçün faydalı olan və asan sorulan sellüoza ilə zəngindir. Kələmin çiçəklərində orqanizm tərəfindən asan sorulan azot birləşmələri və zülallar da var. Gül kələminin tərkibində çoxlu miqdarda C, B1, B2, PP, A, H vitaminləri, kalium, kalsium, natrium, fosfor, dəmir, maqnium var. Gül kələmi pektin, alma, fol, pantoten və limon turşusu ilə zəngindir. Onun tərkibində olan dəmir qara istiot və yaşıl noxudun tərkibində olan dəmirin miqdarından 2 dəfə, badımcanın və kabaçokun tərkibindəkindən 3 dəfə artıqdır. Gül kələmi insan orqanizmi tərəfindən digər kələmlərə nisbətən daha asan sorulur. Gül kələmini dietik qida hesab eləmək olar. Onu mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkən adamlar müalicə məqsədilə qida rasionuna daxil edə bilər. Bu kələmi qaraciyər və öd kisəsi xəstəliklərindən əziyyət çəkən adamlar da istədikləri qədər yeyə bilərlər. Gül kələminin tərkibindəkilər ödün boşalmasını sürətləndirərək bağırsaq möhtəviyyatının asan xaric olunmasına yardım edir. Onu uşaq qidalarına da əlavə etmək olar. Mədənin sekretor funksiyasının pozulmaları zaman gül kələminin şirəsindən istifadə eləməklə xəstəliyin əlamətlərini azaltmaq mümkündür. Davamlı olaraq gül kələmi qəbul edən adamlarda xərçəng xəstəliyi riski aradan qalxır. Belə ki, gül kələmi qadınlarda döş, kişilərdə isə prostat vəzi xərçənginin əlamətlərini azaltmaq qabiliyyətinə malikdir. Ondan adları çəkilən xərçəng xəstəliklərinin profilaktikası zamanı da istifadə edilir. Gül kələmindən qastrit, diabet, bronxit, qaraciyər və böyrək xəstələri istədikləri qədər istifadə edə bilərlər. Gül kələminin Ziyanı Mədə turşuluğu yüksək olan, mədə və onikibarmaq bağırsaq yarasından əziyyət çəkən, enterekoliti və bağırsaq spazmı olan xəstələrə gül kələmindən istifadə etmək məsləhət görülmür. Qarın boşluğu üzvlərindən və döş vəzindən əməliyyat olan adamlara da kələmin bu növündən yemək tövsiyə edilmir.

Mətanət İsgəndərli qızı ilə Antalyada FOTO

2023-01-24 01:22:00

Əməkdar artist Mətanət İsgəndərli qızı Ülkərlə fotosunu yayımlayıb.

Aloe haqqında bilmədikləriniz

2023-01-24 01:01:00

Aloe çoxillik bitki olub uzun, daxili şirəli və kənarları tikanlı yarpaqlara malikdir. Bitkinin adı ərəb dilindən götürülüb, tərcümədə yüzillik mənasına gəlir. Növləri və yayılması Aloenin 500-dən artıq növü var. Onun növləri əsasən Afrika ölkələrində daha çox yayılıb. Aloe bitkisinə əsasən Ərəbistan yarımadasında, Madaqaskarda və Cənubi Afrika ölkələrində rast gəlinir. Avropa ölkələrinə aloe qədim zamanlarda gətirilmiş və yanlız isti şəraitdə böyüdülmüşdür. Aloe əsasən tropik bölgələrdə yetişir. Növündən asılı olaraq aloenin yarpaqları fərqli olur. Onu ev şəraitində gün düşən yerdə həftədə az miqdar su ilə 1-2 dəfə sulayaraq böyütmək mümkündür. Aloeni sulayarkən kaktusları sulamaq üçün lazım olan vasitələrdən istifadə eləmək lazımdır. Aloe yarpaqlarını ilin istənilən fəslində toplamaq mümkündür. Amma şirəsini sixmaq üçan 15 sm-dən kiçik yarpağı dərdikdə istənilən qədər şirə əldə etmək olmur. Şirəni 4 saat ərzində istifadə etmək lazım deyil. Bu onun faydalı olmasını azaldır. Aloenın Tərkibi Aloe şirəsinin tərkibi E, C, A və B qrup vitaminləri, marqanes, sink, kalum mikroelementləri, polisaxaridlər, kaxetin, fermentlər, aloin, fitonsidlər, orqanik turşularla (L- kumarin, alma, limon və s.), fenolla, çətin tapılan efir yağları ilə zəngindir. Aloe şirəsi bakteriasid, göbələk əleyhinə, iltihab əleyhinə təsirə malikdir. O müxtəlif dəri xəstəliklərinin (eqzema, yara, allergiya səpgiləri, qızartılar, dermatitlər və s.), mədə-bağırsaq yaralarının sağalmasına səbəb olur. Aloe şirəsindən daxili orqanların müalicəsi zamanı da geniş istifadə ediir. Kəsiklər zamanı aloe sürtməklə zəif qanaxmaları saxlamaq mümkündür. Aloe şirəsi dərinin cavanlaşmasına və bərpasına səbəb olur. Aloenın Xeyri Müalicə məqsədilə aloenin şirəsindən və təzə dərilmiş yarpaqlardan hazırlanan sıyıqdan istifadə edilir. Aloe şirəsini əldə eləmək üçün isə onun yarpaqlarını ət maşınının xırda gözündən keçirib suyunu sıxmaq lazımdır. Dərilmiş aloe yarpaqlarını tünd rəngli kağıza büküb soyuducuda 14 gün saxlamaq mümkün olur. Aloe şirəsi əsil biostimulyator hesab edilir. Onun şirəsinin cavanlaşdırıcı və regenerasiyaedici təsiri var. Aloe şirəsindən müalicəvi kremlərin, mazların, losyonların şampunların hazırlanmasında istifadə edilir. Ondan spirtli covhərlər, konsentratlar, kompreslərin hazırlanmasında da istifadə edilir. Aloedən nəinki kosmetologiyada, hətta formakoligiyada təbii dərmanların hazırlanması zamanı da istifadə edilir. Bronxit, pnevmoniya, qanaxmalar, ağız boşluğu xəstəlikləri, immunitetin aşağı düşdüyü zamanlarda, mədə-bağırsaq xəstəlikləri zamanı, orqanizmin antibiotiklərlə zəhərlənmələrində, dermatitlər və yanıqların müalicəsi zamanı aloe ekstratından geniş istifadə edilir. Aloedən xalq təbabətinin bir çox sahələrində istifadə olunur. - İmmunitet aşağı düşdükdə: Gündə 3 dəfə 1 çay qaşığı yeməkdən yarım saat əvvəl qarışım şəklində qəbul edilir. Qarışıma 300 qram xırda doğranmış qoz, 200 qram bal, 100 qram aloe şirəsi və 3-4 ədəd limonun şirəsi əlavə edilir. - Boğaz ağrıları və respirator virus xəstəlikləri zamanı 250 qram aloeni ət maşınından keçirib 100 qram şəkər tozu qarışdırdıqdan sonra şüşə qabda, sərin və qaranlıq yerdə 3 gün saxlayıb, daha sonra 250 ml araqla qarışdırılır. Bu qarışımdan xəstəlik zamanı gündə 3-4 dəfə yeməkdən 30 dəqiqə əvvəl içildikdə xəstəliyin əlamətləri aradan qalxır. - Dişlər və diş əti xəstəlikləri zamanı Eyni miqdarda aloe şirəsi və su qarışımı ilə boğazı yaxalamaq diş və diş əti xəstəliklərin əlamətini azaldır. - Mədə və onikibarmaq bağırsağın yara xəstəliyi zamanı 150 qram xırdalanmış aloe yarpaqlarının üzərinə 100 qram şəkər tozu səpilib 3 gün sərin və qaranlıq yerdə saxlanılır. Sonra buna qırmızı şərab əlavə edilib bir-neçə gün yenidən dincəlməyə qoyulur. Qarışımdan gündə 2-3 dəfə, hər dəfə 1 xörək qaşığı qəbul edilir. - Qida sənayesində Aloe dietik qida maddəsi hesab edilir. Ondan salatlarda, qəlyənaltılarda və müxtəlif içkilərin hazırlanmasında istifadə edilir. Bu bitkini alma, soğan, yerkökü, bal, cigirtkən, kələm, çaytikanı ilə qarışdırıb salat hazırlamaq mümkündür. Bəzən onu limon şirəsi və kefirlə də qarışdırıb yeyənlər olur. - Kosmetologiyada Aloedən ən çox üz və başın dərisi üçün maskaların, vanna etmək üçün gellərin, sabunların, şampunların hazırlanmasında istifadə edilir. Aloe şirəsini üzə və boyn nahiyyə sürtüb 20 dəqiqə sonra isti su ilə yuduqda dəri yumşalır, qidalanır. Aloe şirəsi, şaftalı yağı, bir-neçə damcı araq qarışdırılmış məhlulu dəriyə sürtükdə qidalandırıcı təsir göstərir. Aloe şirəsi, süd və nanə covhəri qarışımını isti suya töküb vanna qəbul etdikdə dəri cavanaşır və onun elastikliyi artır. Aloe şirəsindən kimya sənayesində də geniş istifadə edilir. Ondan çoxlu skrabların, losyonların, şampunların, balzamların, gellərin, maskaların hazırlanmasında geniş istifadə olunur. Aloenın Ziyanı: Hamiləlik, öd kisəsinin xəstəlikləri, varikoz genəlmələr zamanı aloedən istifadə edərkən həkimlə məsləhətləşmək lazımdır.

Beyonsun qaldığı 100 minlik otağın FOTOları

2023-01-24 00:44:00

Xəbər verdiyimiz kimi, məşhur müğənni Beyons dünyanın ən bahalı otelinin açılışında iştirak etmək üçün Dubaya yollanıb.

Günün qoroskopu: Kimsə sizə qarşı intriqa hazırlayır

2023-01-24 00:01:00

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Azərbaycan səfirindən ilginc paylaşım “Bir gün görəvimi yarımçıq buraxıb qaçası olsam…”

2023-01-23 23:59:00

Ötən ilin mayında Azərbaycan Respublikasının Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri təyin edilən Vilayət Quliyev sosial şəbəkədəki şəxsi səhifəsində maraqlı paylaşım edib.

Pentaqondan etiraf: Ukrayna böyük itkilər verir

2023-01-23 23:46:00

Ukrayna qoşunları Rusiya ordusu ilə döyüşlərdə böyük itkilər verir.

Şoyqu Qərb və Cənub hərbi dairələrinə yeni komandan təyin edib

2023-01-23 23:39:00

Rusiya müdafiə naziri Sergey Şoyqu iki hərbi dairənin komandanını dəyişib.

Gerasimov: Rusiya tarixində belə döyüşlər olmayıb!

2023-01-23 23:32:00

Rusiya ordusu Ukraynada praktiki olaraq kollektiv Qərbə qarşı döyüşür.

Aİnin Rusiyaya qarşı sanksiyalarına daha 8 ölkə qoşulub

2023-01-23 23:25:00

Avropanın 8 ölkəsi Rusiyaya qarşı sanksiyaya və neft qiymətlərinin maksimum qiymətlərinə qoşulub.

Fərda Tünzalə Əliyevanın vəfatından danışdı VİDEO

2023-01-23 23:12:00

Xəbər verdiyimiz kimi, əməkdar artist Tünzalə Əliyeva ilə bu gün dəfn mərasimi keçirilib.

Nazirlikdən erməni əsilli idmançının təxribatı ilə bağlı bəyanat

2023-01-23 23:05:00

Gənclər və İdman Nazirliyi, həmçinin, Azərbaycan Tennis Federasiyası "Böyük dəbilqə" seriyalı "Australia Open" tennis turnirində keçirilən oyun zamanı erməni əsilli Rusiya idmançısı Karen Xaçanovun təxribatı ilə bağlı Rusiyanın müvafiq qurumlarına, Beynəlxalq Tennis Federasiyasına və "Australia Open" tennis turnirinin təşkilatçılarına müvafiq müraciətlər ünvanlayıb.

AB İstanbulda Ukraynaya görə toplanır

2023-01-23 22:58:00

Avropa Birliyi İstanbulda Ukraynada ilə bağlı iclas keçirməyi planlaşdırır.

Tanınmış model BU GÖRÜNTÜLƏRİ ilə gündəm oldu VİDEO FOTO

2023-01-23 22:51:00

Britaniya əsilli amerikalı model Emili Ratajkovski yarıçılpaq halda kəndirdə asılmış vəziyyətdə pozalar verib.

“Sədərək” ticarət mərkəzi bağlanır?

2023-01-23 22:44:00

Bu gün səhər saatlarından "Sədərək" ticarət mərkəzində fəaliyyət göstərən bir sıra mağazalar açılmayıb.

ABŞ İrana qarşı sanksiyaların siyahısını genişləndirir

2023-01-23 22:38:00

ABŞ hakimiyyəti İrana qarşı sanksiyaların siyahısını genişləndirir.

Uşaqlar arasında yayılan virusun ADI AÇIQLANDI: "Məktəbə göndərməyin"

2023-01-23 22:31:00

Son zamanlarda uşaqlar və böyüklər arasında kəskin virus yayılıb.

Rusiya XİN “QuraniKərim”in yandırılmasını pisləyir

2023-01-23 22:24:00

Moskva Stokholmda "Qurani-Kərim"in yandırılmasını pisləyir və radikallara qarşı tədbir görməyə çağırır.

Rusiyalı oliqarxla əlaqəsi olan FTB zabiti saxlanıldı

2023-01-23 22:17:00

Keçmiş FTB zabiti əvvəllər ABŞ sanksiyalarına məruz qalmış rusiyalı oliqarx Oleq Deripaska ilə əlaqələrinə görə həbs edilib.

Azərbaycanda vəzifəli şəxs həbs olundu FOTO

2023-01-23 22:10:00

Baş Prokurorluq ilə Neftçala rayon Prokurorluğu Neftçala rayonu ərazisində birgə əməliyyat keçirib.