Xəbərlərin siyahısı

Günlərdir qalaqlanan məişət tullantıları

2023-01-24 12:28:00

Sumqayıtda betonzavod adlanan ərazidə günlərlə təmizlənməyən tullantılar antisanitar vəziyyət yaradıb.

Əli Vəliyev Şəfiqə Məmmədovaya etiraz olaraq vəzifəsindən ayrıldı

2023-01-24 12:24:00

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) üzvü, Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev işindən ayrılıb.

İrəvana “dinc döyüşçülər” gəlir

2023-01-24 12:17:00

Əgər əvvəlki missiya iki ay davam edirdisə və onun iştirakçıları Ermənistanla Azərbaycan sərhədində baş verən hadisələri izləməli idilərsə, indi avropalı missionerlər iki il qalmaq və bütün Ermənistan ərazisində baş verənləri müşahidə etmək üçün gələcəklər.

Dəyişkən buludlu olacağı, arabir tutulacaq HAVA PROQNOZU

2023-01-24 12:11:00

Yanvarın 25-nə gözlənilən hava proqnozu açıqlanıb.

Naxçıvanda bu qurumda da yoxlama başladı

2023-01-24 12:09:00

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yoxlamalar başlayıb.

51 yaşlı azərbaycanlı məşhur özünə

2023-01-24 12:06:00

Məşhur rejissor və aktyor Aqil M. Quliyev "yeni həyat"a başladığını elan edib.

Müharibədə Ukraynanın əsas çatışmazlığı budur

2023-01-24 11:55:00

Ukraynanı dəstəklədiyini bildirən Avropa ölkələrinin göndərdiyi silah və sursata, zirehli texnikaya nəzər yetirdiyimiz zaman onların müharibənin gedişatına ciddi təsir edəcək gücdə olmadığını görürük. Sözügedən silahlar daha çox müdafiə üçündür. Müharibədə Ukraynanın əleyhinə olan ən əsas məsələ isə əlində Rusiyanın raket hədəflərini məhv edəcək silah-sursatların, güclü HHM sistemlərinin olmamasıdır. Ölkədə kütləvi şəkildə hərbi sənayeyə keçid üçün də hazırlıq yoxdur. Rusiya SSRİ-nin varisi kimi külli miqdarda silah sistemlərinə, zirehli texnikalara, döyüş təyyarələrinə, helikopterə və s. sahibdir.

Aviabiletlər üçün erkən rezervasiya qiymətləri niyə bahadır?

2023-01-24 11:44:00

Səyahətə hazırlaşanlar hər il sərfəli qiymətlər təklif edilən erkən rezervasiyaların açılmasını gözləyirlər. Ancaq bu il belə rezervasiyalar açılsa da, qiymətlər heç də ürəkaçan olmadı.

Vardanyanın məqsədi pul qazanmaqdır

2023-01-24 11:40:00

Bizim əsas tələbimiz təbii sərvətlərimizin ermənilər tərəfindən talanına son qoyulması və həmin ərazilərdə monitorinqlərin aparılmasına şəraitin yaradılmasıdır.

Rusiyada qorxunc qəza: Tramvayın altına düşən kişi faciəvi şəkildə öldü

2023-01-24 11:33:00

Rusiyanın Sankt-Peterburq şəhərində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, tramvayın vurduğu adamın başı kəsilib.

Böyük bir bəlanın başlanğıcı

2023-01-24 11:24:00

Avropa Şurasının prezidenti Şarl Mişel İspaniyanın "El Mundo" qəzetinə müsahibəsində bildirib ki, yaxın iki-üç həftə Ukraynadakı münaqişə üçün həlledici olacaq.

Pedaqoji təhsili olmayan bakalavriat məzunları müəllim işləyə bilərlərmi?

2023-01-24 11:22:00

İxtisas seçimi abituriyentlər arasında ən çox müzakirə olunan və demək olar ki, həyatlarının sonrakı dövrünə birbaşa təsir edən mühüm məsələlərdəndir. Bəzən müəyyən ixtisasları seçən və ya təsadüfən qəbul olub oxuyan şəxslər universiteti bitirdikdən sonra müəllim kimi fəaliyyət göstərmək istəyirlər.

BU TARİXDƏ bütün müavinət və təqaüdlər

2023-01-24 11:16:00

Yanvarın 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.

Bu məşhurlar səhnəyə heyvan başları ilə çıxdılar

2023-01-24 11:11:00

Paris Moda Həftəsi çərçivəsində keçirilən "Schiaparelli" brendinin şousunda bəzi modellər vəhşi heyvanların başları ilə birlikdə görüntüləniblər.

Teylor İbrahimov barəsində yenidən cinayət işi başlandı

2023-01-24 11:08:00

Sabiq prezident Ayaz Mütəllibovun mətbuat katibi Teylor İbrahimov (Fətişoğlu) barəsində cinayət işi başlanıb.

Sumqayıtda bu bina hər an uça bilər

2023-01-24 11:00:00

Pəncərələri sınıb, divarları eroziyaya uğrayıb. Sumqayıtda 73 ilin binası yararsız vəziyyətdədir.

Açıq məkanda reklam yerləşdirilməsinə icazə üçün sahibkarlar “Bakı KOB evi”nə müraciət edə bilərlər

2023-01-24 10:49:00

Açıq məkanda reklam yerləşdirmək istəyən sahibkarlar icazələrin alınması üçün Dövlət Reklam Agentliyinin (ADRA) regional reklam idarələri ilə yanaşı, "Bakı KOB evi"nə də müraciət edə bilərlər. Bu xidmətin təşkili məqsədilə Bakı, Xaçmaz və Yevlax şəhərlərində yerləşən KOB evlərində Dövlət Reklam Agentliyinin xidmət masaları fəaliyyət göstərir.

"Vardanyan Putinin Qarabağa göndərdiyi rusiyalı oliqarxdır"

2023-01-24 10:44:00

"Ruben Vardanyan Rusiya Prezidenti Vladimir Putinin faktiki olaraq Qarabağa göndərdiyi rusiyalı oliqarxdır, lakin Qərbdə çoxları ona qərbyönlü erməni vətənpərvər kimi yanaşır".

Göyçayda silahlı narkokuryerlər saxlanılıb

2023-01-24 10:39:00

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən üzərlərində qanunsuz odlu silah-sursat, eləcə də narkotik vasitələr saxlayan şəxslərə qarşı əməliyyatlar həyata keçirilib, silahlı narkokuryerlər saxlanılıb.

"Möhlət istərdim ki, qızın üçün bir şey edə bilim"

2023-01-24 10:29:00

"Çox heyf, səndən heyf... Amma bu yazılmış yazı idi, buna pozu yox idi. Sən hər dəfə deyəndə ki, mən qızıma görə möhlət istəyirəm. Mən doğrudan da bir uşaq həvəsilə, elə bilirdim ki, nə qədər çox dua edən olsa, Allah bu duaları eşidəcək. Amma təəssüf ki, sənin yazın artıq yazılmışdı. Çox heyfslənirəm".

İki gün sonra Birbank lotereyasının qalibləri məlum olacaq

2023-01-24 10:24:00

Məlumat verdiyimiz kimi bütün növ Birbank (həmçinin BirKart) kart sahibləri nağdsız ödənişlər etməklə Bakıda 2 otaqlı təmirli mənzil, 2 ədəd ToyotaCorolla avtomobili, 10 ədəd MacBookAir və ya 10 ədəd iPhone 14 Prosmartfonu qazana bilərlər. 26 yanvar 2023-cü il tarixində, saat 19:15-də İctimai Televiziyanın canlı efirində keçiriləcək lotereya tirajı zamanı 23 ədəd Birbank kartının sahibləri qiymətli hədiyyələr qazanacaqlar. Tiraj həmçinin Birbank-ın rəsmi YouTube(https://youtube.com/@birbank) və Facebook (https://facebook.com/birbank) səhifələrində də canlı yayımlanacaq.

Vardanyan müharibə istəyir

2023-01-24 10:19:00

Rusiyalı milyarder Ruben Vardanyan BBC-nin "Hard Talk" proqramına müsahibəsində müxtəlif sualları cavablandırmaq və ya susmaq məcburiyyətində qalıb.

Jurnalistrejissor: "Özünü demokratik adlandıran Fransada polisin dəyənəkdən istifadəsi yolverilməzdir"

2023-01-24 10:14:00

"Özünü demokratik adlandıran bir ölkədə - Fransada polisin dəyənəkdən istifadə etməsi yolverilməzdir".

Şagird müəllimi döydü,

2023-01-24 10:09:00

Qüds bölgəsindəki Əbu Qoş qəsəbəsindəki orta məktəbin şagirdi müəllimə hücum edib onu döyüb.

Çexiya Azərbaycanın nəqliyyatenerji sektorunda iştirakını genişləndirməyə çalışır

2023-01-24 10:06:00

Çexiya Azərbaycanın nəqliyyat əlaqələri və enerji sektorlarında öz mövcudluğunu genişləndirmək imkanlarını öyrənir.

“Meyxana hara, İran hara?”

2023-01-24 10:03:00

Ağamirzə Məmmədov millət vəkili Sahib Alıyevin meyxana ilə bağlı qalmaqallı çıxışına münasibət bildirib. 

Niyə “Vardanyan layihəsi”

2023-01-24 09:56:00

Suala cavab vermək üçün "Qisas əməliyyatından" sonra İrəvan-Bakı münasibətlərindəki hadisələr ardıcıllığına nəzər yetirmək vacibdir. Belə retrospektiv 3 məsələni aydınlaşdırır:

Azərbaycanda bu məhdudiyyət aradan qaldırıldı

2023-01-24 09:50:00

Vergi borcu olanlar da hesab aça biləcəklər.

81 yaşlı sənətçi estetik əməliyyat etdirib tanınmaz oldu

2023-01-24 09:48:00

Türkiyənin məşhur xalq musiqisi sənətçisi Bedia Akartürk plastik əməliyyat etdirib.

Rəsmi Bakıdan Aİnin Ermənistanda missiya yaratmasına

2023-01-24 09:42:00

"Avropa İttifaqı missiyasının mövcudluğunun hazırkı dialoq mexanizmlərinə qarşı sui-istifadəsi təhlükəlidir və bundan çəkinilməlidir".

"Röyal Tünzalənin əşyalarına toxunmağa qoymur"

2023-01-24 09:38:00

Əməkdar artist Tünzalə Əliyevanın bacısı Təranə Əliyeva onun həyat yoldaşı Röyaldan danışıb.

Bakıda mağazaya silahlı basqın edilib

2023-01-24 09:32:00

Bakıda mağazaya silahlı basqın edilib.

İstanbulda erməni kilsəsində yanğın

2023-01-24 09:28:00

İstanbulda erməni katolik kilsəsində yanğın baş verib.

Xankəndidən Laçın istiqamətinə BQXKnın 6 minik avtomobili keçib

2023-01-24 09:24:00

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.

Osteoartrit xəstəliyi nədir?

2023-01-24 08:59:00

Osteoartrit, xalq arasında bilinən adı ilə daşlaşma, oynaqlarda qığırdaq toxumasının quruluşunda pozğunluq, qığırdaqda nazikləşmə, yeyilmə və təxribatın ortaya çıxdığı ən çox görülən oynaq xəstəliyidir.

Ukrayna "Abrams"a göz dikib

2023-01-24 08:58:00

Ukrayna "Patriot" zenit-raket komplekslərinin çatdırılmasını gözləyir və artıq "Abrams" tanklarına göz dikib.

Qaxotu (adi dazı, qoyunqıran) faydaları

2023-01-24 08:55:00

Qaxotu barədə çoxlu söyləntilər var. Onun pis qüvvələri yetişdiyi bölgədən uzaqlaşdırması, səmadan quşlar tərəfindən yerə enməsi barədə çoxlu əfsanələr var. Qaxotu 1 metr hündürlüyə qədər böyüyə bilən, sərt köklü olan bitkidir. Onun yarpaqları orta ölçüdə uzunsov, çiçəkləri isə sarı rəngdə olur. Qaxotunun çiçəkləri tək və ya bir neçəsi yan-yana olaraq aça bilir. Çiçəkləri xırda ulduz formasında, başlıqlı olur. Qaxotunun toxumları qapalı, içərisində bir-neçə toxumdan ibarət olur. Qaxotu əsasən Yer kürəsinin şimal yarımqütbünün hər tərəfində yabanı şəkildə yetişir. Ona demək olar ki, bütün MDB ölkələrində, Aralıq dənizi bölgələrində rast gəlmək mümkündür. Qaxotunun müxtəlif növləri var. O ən çox boş sahələrdə, çəmənliklərdə, adi yolların kənarlarında bitir. Bu bitki yanlız toxum vasitəsilə artır. Onun toxumları öz dibinə düşür və yetişərək çoxalır. Qaxotunun ömrü 5-7 ildir. O tozlanmada yaxından iştirak edən bitkilərdəndir. Qaxotunun bəzi özünəməxsus xüsusiyyətləri var: * o gözəl çəmən bitkisidir və quru sahələrdə bitə bilir * qaxotu yabanı bitkidir və istədiyi məkanda yetişə bilir * qaxotu soyuğa və istiliyə davamlı çoxillik bitkidir. * Qədim zamanlarda onu papağın kənarına tikirlərmiş, ayaqqabını içərisində gizlədərlərmiş. Bununla da insanlar özlərini bəd nəzərlərdən qoruyacaqlarına inanarmışlar. Qaxotunun iyun-avqust aylarında yığırlar. Adətən yığım zamanı bitki torpaqdan kökündən çıxarılır, təmizlənir, qurudulur. Qaxotunun il ərzində bir-neçə dəfə də yığmaq olur. Bu zaman əvvəlcə onun üst hissəsində əmələ gələn budaqlarını bıçaqla kəsib götürürlər. Bu zaman ən azı 25 sm uzunluğunda olan hissəni çiçəkləri və yarpaqları ilə birgə kəsirlər. Sonra yerdə qalan gövdədən qaxotu qol-budaq atır və daha da çoxalıb böyüyür. Qaxotu (adi dazı, qoyunqıran)nın Tərkibi Tibbdə qaxotunun yarpaqlarından və cavan zoğlarından istifadə edirlər. Onun kimyəvi tərkibi tokoferoldan, flavonidlərdən, efir yağlarından, qliserindən, dubil maddələrdən, P, PP, C, A vitaminlərindən, makro və mikro elementlərdən, nikotin turşusundan, azulendən, şəkərdən ibarətdir. Qaxotunun tərkibində kversetin, hiperozid, kversitrin, izokversitrin, rutin, hiperisinol, karotin və fitonsidlər də var. Qaxotunun kökündən sümük vərəmi və dizenteriyada geniş istifadə olunur. Qaxotu (adi dazı, qoyunqıran)nın Xeyri Qaxotu insan orqanizmi üçün faydalı, heyvanlar üçün isə təhlükəli bitki hesab edilir. Qədim zamanlara Rusiyada bu bitkinin dəmləməsini uzun ömürlü və sağlam yaşamaq üçün içiblər. Xroniki yorğunluqdan şikayətləri olan adamlar üçün də bu dəmləmədən bir-çox Avropa ölkələrində istifadə edilib. Orduda olan əsgərlərin uzun məsafələrə yürüyüş etdiyi zamanlarda da qaxotundan istifadə edilib. Qaxotu baş ağrılarını aradan qaldırır və maddlər mübdiləsini yaxşılaşdırır. Qaxotu enterit, xroniki qastrit, kolit, xroniki pielonefrit, diareya, kataral angina, trofik yaralar, stomatit, yanıqlar, paradontoz, qinqvit, vaginit, irinli otit, mastit, dəri səpgiləri, anemiya, sarılıq, babasil, miqren, öskürək və təzyiq zamanı xəstəliklərin əlamətlərini azaldır və sağalmasına yardım edir. Qaxotu çayı mədə-bağırsaq funksiyasını yaxşılaşdırır, daxili sekresiya vəzilərinin fəaliyyətini stimulyasiya edir. Xalq təbabətində istifadə qaydası: * 10 qram xırdalanmış qaxotunu 200 ml qaynar suya salıb su hamamında 15 dəqiqə dəmləmək və yeməkdən 20 dəqiqə əvvəl içmək lazımdır. Müalicə 2 gün aparılır. Gün ərzində 3 dəfə, hər dəfə 1/3 stəkan içilməlidir. * 1 xörək qaşığı quru qaxotunu 1 stəkan qaynar suya salıb, üstünü qalın örtərək yarım saat gözlədikdən sonra ağız boşluğnu yaxaladıqda ağız boşluğu xəstəliklərindən qurtarmaq mümkün olur. Dəmləmə boğaz iltihbı və ağrısı zamanı da çox faydalıdır. * 3 xörək qaşığı qaxotu çiçəklərini 20 qram kətan və ya günəbaxan yağına qatıb 14 gün qaranlıqda saxlamaqla yağını əldə eləmək olur. Qaxotu dəmləməsi ilə üzün dərisini sildikdə dəridə olan sızanaqlar sağalır Qaxotu (adi dazı, qoyunqıran)nın Ziyanı Hamilələrə və yüksək təzyiqdən əziyyət çəkənlərə qaxotu dəmləmələrindən istifadə etmək olmaz. Qaxotu dəmləməsini uzun müddət içmək olmaz. Bu qaraciyər ağrılarına, məxmərəyə bənzər səpgilərə və ağızda pis dadın olmasına səbəb ola bilir. Kişilər uzun müddət qaxotu dəmləməsi içdikləri zaman onlarda müvəqqəti cinsi zəiflik meydana gələ bilir. Çoxlu miqdarda qaxotu dəmləməsi içmək dərinin ultrabənövşəyi şüalara qarşı olan həssaslığını artırır. Tünd dəmlənmiş qaxotu çayı mədə ağrılarına səbəb ola bilir.

Moldova ordusunun bütün poliqonlarında

2023-01-24 08:54:00

Moldovada Milli Ordunun bütün poliqonlarında 400-dən çox əsgərin iştirakı ilə taktiki təlimlər keçiriləcək.

Kilsə arxiyepiskopu Quranı yandırır, diplomatik etirazlar səslənir,

2023-01-24 08:52:00

Dünyanın bir sıra ölkələri və təşkilatları İsveçin paytaxtı Stokholmda aksiya zamanı Qurani-Kərimin yandırılmasını pisləsə də, İsveç cəmiyyəti Qurani-Kərimin yandırılmasına ciddi reaksiya vermir, çünki belə hallara ciddi yanaşmır. Buna görə də bir neçə gün keçsə də, kəskin ictimai qınaq müşahidə olunmadı.

Şəkər tozu və duzun evdəki bilinməyən faydaları

2023-01-24 08:51:00

Duz və şəkər haqqında öyrənilənlər onları süfrəmizdən uzaqlaşdırmağımıza səbəb olur. Sağlam həyat yaşamaq istəyənlər demək olar ki, bu iki ünsürü menyülərindən çıxarırlar.

ABŞdə atışma, ölən

2023-01-24 08:50:00

ABŞ-nin Ayova ştatında məktəbdə atışma olub.

Ukrayna bu müharibədə qalib gəlməlidir

2023-01-24 08:48:00

Ukraynanın Avropa Birliyi büdcəsindən hərbi dəstəyi 3,6 milyard avroya çatıb.

Çobanyastığı haqqında bilmədikləriniz

2023-01-24 08:46:00

Bu ot bitkisi Astrakimilər (Mürəkkəbçiçəklər) sinfinə daxildir. Xalq arasında çobanyasığını kamila, mollabaşı çiçəyi kimi də tanıyırlar. Çobanyastığının elmi adı latın dilindən götürülmüşdür. Matriks latınca uşaqlıq deməkdir. Çobanyastığının isə ginekoloji xəstəliklər zamanı faydası çox olduğuna görə onun adı Matricaria adlandrılmışdır. Bu termini elmə Karl Linney salmışdır. Çobanyastığının elmə 25 növü məlumdur. Onlardan ən çox yayılmışı və istifadə ediləni isə aşağıdakılardır: * Aptek çobanyastığı - ən çox Şimali Amerikada, Avrasiyada bitir. O yetişdirilmə sayəsində əmələ gəlir. Tərkibinə görə ən qiymətli dərman bitkilərindən hesab edilir. Onun tərkibindəki efir yağlarında xamazulen orqanizm üçün çox faydalıdır və tibbdə geniş isitfadə edilir. * Amerika çobanyastığı - ən çox Amerikada bitir. Vətəni Amerika olsa da bəzi ölkələrə də yayılıb. Çobanyastığının bu növü güclü və təsirli qoxusu ilə məşhurdur və uzun illərdir ki, tibb sənayesində geniş istifadə olunur. Dərman məqsədilə istifadə edilən bu çobanyastığı çiçəklərinin boyu 40-50 sm-ə qədər böyüyür, sürünən və zəif kökə sahibdir. Onların kök sistemləri zəif inkişaf edir və asanlıqla torpaqdan ayrılır. Çobanyastığının yarpaqları gövdənin əsasən aşağı hissəsində olur və hündürə qalxan budaqların baş hissəssində çiçəklər açır. Onun çiçəkləri səbətə oxşayır, ortası sarı rəngli, kənarları isə ağ, uzunsov ləçəklərlə dairəvi şəkildə qapanmış olur. Çobanyastığı may ayından çiçək açmağa başlayır. Çiçəklənmə avqust ayına kimi davam edir. Çobanyastığına açıq sahələrdə, düzənliklərdə, yol kənarlarında rast gəlmək mümkündür. O kök və toxum vasitəsilə çoxala bilir.Dərman vasitəsi kimi istifadə edilməsi üçün çobanyastığını xüsusi olaraq yetişdirirlər. Çobanyastığından dərman vasitəsi kimi istifadə etmək üçün əsarlər boyu onu xüsusi olaraq yetişdiriblər.Onun vegetasiya dövrü 2 ay, ömrü isə 3-4 aydır. Çobanyastığı 3*C -dən yuxarı tempraturda asanlıqla yetişə bilən bitkidir. Onun toxumlarını yetişdirir və şitillərini əkməklə çoxaltmaq daha çox məhsuldarlığın əldə edilmsinə səbəb olur. Yay aylarında uzun müddət yağışlar yağmasa çobanyastığı çiçəklərinin toplanması müalicəvi baxımdam daha yaxşı hesab edilir. Bu zaman çobanyastığı çiçklərinin 3 santimetrdən çox olmayan saplaqları il birlikdə toplayırlar. Çiçəklər qaranlıq və yaxşı ventilyasiya olan yerdə qurudulur. Çiçəklərin yaxşı quruması üçün onu kağızın və ya pambıq parçanın üstünə sərmək lazımdır. Çobanyastığı Günəşin Yer üzündə kiçik nümayəndəsi hesab edilir. Bədii ədəbiyyatlarda çobanyastığı " ovuc içində kiçik Günəş" kimi qiymətləndirirlir. Onun barədə Hans - Kristina Andersenin kədərli və poetik əsərindədə rast gəlmək mümkündür. Qədim yunanlar çobanyastığına Günəş Allahının insanlara bəxş etdiyi hədiyyə kimi qiymətləndirmişlər. Çobanyastığının Tərkibi Bir stəkan (237qram) çobanyastığının tərkibində olanlar: - Su - 236 qr - Karbohidratlar - 0,5 qr - Zülallar - 0 - Yağlar - 0 - Kalori dəyəri - 1 kKal - Kalium - 21,33 mq - Kalsium - 4,74 mq - Maqnium - 2,37 mq - Dəmir - 0,19 mq - Marqanes - 0,1 mq - Sink - 0,09 mq. Çobanyastığının tərkibində A, B5, B1, B2, B9 vitaminləri var. Çobanyastığının Xeyri Aptek çobanyastığı çiçəyi daxilə və xaricə tətbiq edilir. Ondan dəmləmələr və çaylara əlavə edilərək istifadə olunur. Çobanyastığı dəmləməsindən qarqara, kompres, imalə, yuyunma vasitəsi kimi də istifadə edilir. Müxtəlif qan xəstəliklərinin müalicəsində də çobanyastığı dəmləməsindən istifadə etmək olur. Ondan tibbdə geniş istifadə edilir. Belə ki, çobanyastığından həm həkimin məsləhətinə görə, həm də azad şəkldə istifadə etmək mümkündür. Müalicəvi xüsusiyyətləri: Çobanyastığı çiçəyində uçucu yağlar (matritsin və matrikarin), xamazulen, seskviterlenov spirti, bisabolol, bizaboloksid, ketospirt, kumarin, flavonidlər, sitosterin, farnezin, xolin, kardinen, beta-karotin, izonid, acı maddələr, askorbin turşusu,valerian turşusu, salisil turşusu, fitosterollar var. Çobanyastığı çiçəyi antiseptik, ödqovucu, sakitləşdirici, qıcolma əleyhinə, qanaxma əleyhinə təsir göstərir. Çobanyastığı dəmləməsi bağırsaq spazmlarında, qara ciyərin iltihabi xəstəlikləri zamanı, öd və sidik sisteminin iltihabi xəstəlikləri zamanı, sancılı aybaşıda, isterik reaksiyalar zamanı, nevrozlarda, nevroz tutmaları zamanı, üçlü sinirin nevralgiyasında daxilə qəbul edilir. Çobanyastığı dəmləməsi mərkəzi sinir sisteminin fəaliyyətini yaxşılaşdırır, reflektor funksiyaları sürətləndirir, beyin qan damarlarını genişləndirir, ürək və tənəffüs ritmlərinin sürətlənməsinə səbəb olur. Çobanyastığını adətən qastritlərin, kolitlərin, ginekoloji xəstəliklərin, pevmatizmanın,bronxial astmanın, anginanın kompleks müalicəsi zamanı təyin edirlər. Çobanyastığı orqanizmdə həzm sisteminin normallaşmasına, ödün axınının sürətlənməsinə, qaşınmanın azalmasına, tərləmənin qarşısının alınmasına səbəb olur. Çobanyastığı orqanizmə antiallergik təsir bağışlayır. Tibbdə çobanyastığının tətbiqi Tibbdə çobanyastığından aşağıdakı formalarda qəbul edilir: *Çobanyastığı çiçəkləri qurudulmuş şəkildə paket halında satılır. * Romazulon - tərkibində çobanyastığı yağı, və antiseptik var. Qastrit, duadenit, köp, həzm pozğunluqları olduqda təyin edilir. Bu zaman 200 ml qaynar suya yarım çay qaşığı əlavə edilir və içilir. Kompreslər və imalə üçün 1 litr suya 1,5 çay qaşığı romazulon əlavə etməklə əldə edilən qarışımdan istifadə olunur. Bu preparatdan stomatit, otit,qinqvit, uretrit, sistit, trofik yaralar zamanı xaricə tətbiq edilir. * Alorom ( çobanyastığı tərkibli maz) - miozitlər, pleksit, radikulit,artrit zamanı tətbiq edilir. Mazın tərkibində çobanyastığı, aloe, kalendula və müalicəvi yağlar var. Bu maz yerli iltihab əleyhinə və ağrıkəsici təsirə malikdir. * Arfazetin - müxtəlif bitkilərlə çobanyastığı qarışımından əldə edilən dərmandır. Bu dərman qanda şəkərin aşağı düşməsinə səbəb olur. Qarışımda iburnu, dəvədabanı, qara yemişan, qatırquyruğu və s. var. * Rotokan - tərkibində çobanyastığı, boymədəran və gülümbahar var və iltihab ə

Pakistanda partlayış baş verib, bir hərbçi

2023-01-24 08:44:00

Pakistanın şimal-qərbindəki Bannu rayonunda partlayış baş verib, bir hərbçi həlak olub.

İstanbulda Ukrayna ilə bağlı

2023-01-24 08:28:00

Avropa İttifaqının Türkiyədəki nümayəndə heyətinin rəhbəri Nikolaus Meyer-Landrut təşkilatın fevralın 22-də İstanbulda Ukrayna ilə bağlı forum keçirmək planlarını açıqlayıb.

Çerri pomidoru haqqında bilmədikləriniz

2023-01-24 08:25:00

Pomidorun bu növü son illər dünyada çox məşhurlaşıb. Çerri pomidoru ən çox Aralıq dənizi sahillərində yetişdiyinə görə oranın mətbəxinin bütün yeməklərində pomidorun bu növündən istifadə edilir. Çerri pomidoru bostanda yetişən pomidorlardandır, onu digər pomidor növlərindən fərqləndirən isə meyvələrinin 10-30 qram ağırlığında olmasıdır. Bu pomidordan müxtəlif salatların hazırlanmasında, qəlyanaltılarda, yeməklərdə təzə və ya konservləşmiş halda istifadə edilir. Çerri pomidorunun başqa bir növü də vardır ki, onu qurudurlar. Qurumuş pomidoru onun albalıya bənzər növündən əldə edirlər. Çerri pomidorunun bu növü albalıya bənəziyi üçün onu belə adlandırmışlar. Bu pomidorun dadı böyük ölçüdə olan növlərinin dadı ilə eynidir. Meyvəsinin ölçüsünün kiçik olmasına baxmayaraq çerri pomidorunun budaqları bir-neçə metrə qədər uzanıb qalxa bilir. Bir metr budaqda isə 20-ə yaxın pomidor yetişir. Çerri pomidorunun da müxtəlif formaları vardır. Onlar uzunsov, dairəvi və armud şəklində ola bilir. Meyvələr də növündən asılı olaraq qırmızı, sarı, çəhrayı, narıncı olur. Təzə pomidor yemək həvəsində olanlar çerri pomidorunu nəinki bostanlarında, hətta pəncərə qabağında dibçəkdə də yetişdirirlər. Pomidorun bu növünü yetişdirənlər ona mütləq lazım olan qayğını göstərməlidirlər. Belə ki, bitkinin boyu hündürə qalxdıqca ona dayaq vermək lazım gəlir. Pomidorlar yetişən zaman isə onları vaxtında dərmək lazımdır. Əgər pomidor vaxtından əvvəl dərilərsə onun dadı turş olur, yetişib vaxtında dərilməyəndə isə pomidorlar yerə tökülür. Pomidorlar tam yetişdikdə daha dadlı və sulu olduğuna dörə onun vaxtında dərilməsinə diqqət yetirilməlidir. Bu cür toplanmış pomidordan hazırlanan tomat çox dadlı olur. Dərilmiş pomidoru donduraraq və ya konservləşdirərək saxlamaq mümkündür. Çerri pomidorunın Tərkibi 100 qram pomidorun kalori dəyəri: - Zülallar - 0,8 qram - Yağlar - 0,1 qram - Karbohidratlar - 2,8 qram - Su - 18,0 qram - Kalori dəyəri - 22,4 kKal. Çerri pomidorunun tərkibi kalsium, fosfor, dəmir, C , E, B qrup vitaminlər, antioksidant, orqanik turşular və likopenlə zəngindir. Çerri pomidorunın Xeyri Bu kiçik pomidor tərkibindəkilərə görə ideal qış yeməyi sayılır. Onun tərkibindəkilər sərəst radikallara qarşı mübarizə aparmaq qabiliyyətinə malikdir. Qeyd eləmək lazımdır ki, kiçik pomidorun tərkibində olan faydalı maddələr böyük ölçüdə olan pomidorun tərkibindəkilərdən qat-qat artıqdır. Pomidorun tərkibində olanlar ürək-damar xəstəlikləri, anemiya zamanı çox faydalıdır. Pomidor şirəsi orqanizmdən artıq maddələrin xaric olunmasına səbəb olur. Onun tərkibində olan kalsiumun miqdarı isə sümüklərin möhkəmlənməsi üçün yetərli hesab edilir. Çerri pomidorunun tərkibində olan ən qiymətli maddə likopender. Bu pomidora rəng verən likopendir. Likopen ən güclü antioksidant hesab edilir. Likopen mədə xərçəngi, qida borusu xərçəngi, bağırsaq və ağ ciyərlərdə xərçəngin əmələ gəlməsinin qarşısını alır. Likopen ürək-damar sisteminin möhkəmlənəsinə səbəb olan bir maddə hesab edilir. Çerri pomidorunun tərkibində olan xrom aclıq hissinin aradan qalxmasına səbəb olur. Buna görə də dieta saxlayanlara çerri pomudoru yemək məsləhət görülür. Çerri pomidorundan ən çox ispan, italyan, fransız mətbəxində geniş istifadə edilir. Çerri pomidorunın Ziyanı Çerri pomidorundan mədə və onikibarmaq bağırsaq yarasından əziyyət çəkənlərin istifafə etməsi məsləhət deyil.

Gözlənilməz qərar: Timoşenko da

2023-01-24 08:23:00

Ukrayna Prezident Ofisi rəhbərinin müavini Kirill Timoşenko istefa ərizəsi yazıb.

Lobya

2023-01-24 08:21:00

Lobya paxlakimilər fəsilsinə aid olub, faydalı bitkilərdən hesab edilir. Lobyanın yarpaqları sıra ilə düzülmüş və yemək üçün istfadə edilən lobya dənələri uzunsov qabığın içərisində yerləşir. Lobyanın ən çox toxumlarından istifadə edilir.Toxumlar 4-30 sm uzunluğunda, 1-3 sm enində olan olan uzunsov qabıqda olur. Kisənin içərisində 3-6 ədəd toxum olur. Toxumlar ağ, qara, sarı və yaşıl rənglərdə ola bilir. Lobyanın vətəni Aralıq dənizi ölkələri hesab edilir. O, Avropa, Asiya və Afrika ölkələrinə buradan yayılmışdır. Lobyanın Tərkibi: 100 qram lobyanın tərkibində olanlar: - Zülallar - 6,1 qr - Yağlar - 0,1 qr - Karbohidatlar - 8,5 qr - Su - 83 qr - Kalori dəyəri - 66 kKal. Lobyanın tərkibində liflər, nişasta, kabohidratlar, zülallar, yağlar, kalum, kalsium, fosfor, maqnium, kükürd, dəmir, karoin, PP, B, A vitaminləri, maqranes, molibden və müxtəlif təbii turşular var. Lobyanın 40%-ni zülallar təşkil edir ki, bu züllar ətin tərkibinddə olan zülalların miqdarına bərabərdir. Onun tərkibi minerallarla (ən çox molibden) zəngindir. Bu minerallar orqanizmdən ağır metal zəhərlənmələrini, radioaktiv şüalanma zərərlərini xaric edir. Lobyanın tərkibində qanda olan xolesterinin aşağı düşməsinə səbəb olan liflər vardır. Lobyanın tərkibində olan pektin və lifli maddələr orqanizm üçün çox faydalıdır. Lobyanın tərkibi kalium və kalsiumla da çox zəngindir. Bu minerallar orqanizmi infeksion xəstəliklərdən qoruyur və qanı təmizləyir. Lobyanın Xeyri Lobyanın tərkibində olan B qrup vitaminləri insanı ürək-damar xəstəliklərindən qoruyur. Rusiyanın paxlalı bitkilərin araşdırması ilə məşğul olan instututu az miqdarda da olsa lobya yeyən adamların qanının bu qida ilə təmizləndiyini təsdiq edir. Dietoloqlar 2-3 həftə gün ərzində ən azı 100-150 qram lobya yeyən adamın qanının xolesterindən təmizləndiyini söyləyirlər. Bu uzun müddət aparılan araşdırmalar nəticəsində də öz təsdiqini tapmışdır. Davamlı olaraq lobya yeyən adamların saçları möhkəm və parlaq olur. Sənaye tullantıları olan şəhərlərdə yaşayan adamların hər gün lobya yemələrində fayda var. Lobyanın üstün cəhətlərindən biri də onun tərkibində yağların yox, karbohidratların çox olmasıdır. Lobya orqanizmdə bir çox xəstəliklərin profilaktikasında rol oynayır. Qida rasionuna davamlı olaraq lobya əlavə edən adamlarda ürək-damar, böyrək və qara ciyər xəstəlikləri riski az olur. Buna görə də gündəlik qida rasionunun 8-10%-ni lobya təşkil eləməlidir. Lobyanın terapevtik təsiri özünü mədə-bağırsaq fəaliyyətinin yaxşılaşmasında da göstərir. Onun tərkibində olan liflər bağırsaq fəaliyyətinin yaxşılaşmasına səbəb olur. Davamlı olaraq lobya yemək orqanimdə xərçəng riskinin aradan qalxmasına səbəb olur. Lobyanın Ziyanı Lobya düzgün bişirilmədikdə və düzgün saxlanılmadıqda orqanizmə zərərli olur. Belə ki, qaydalara düzgün əməl eləmədikdə lobya bağırsaqlarda köp və qazın əmələ gəlməsinə və ishala səbəb ola bilir. Bişmiş lobyanı düzgün saxlamadıqda hətta zəhərlənməyə də səbəb ola bilir. Nefritdən, pankriatitdən, podaqradan əziyyət çəkənlərə lobyadan istifadə etdikdə həkimlə məsləhətləşmələri tövsiyə edilir. Bu

Bu gün Həzi Aslanovun

2023-01-24 08:20:00

Bu gün iki dəfə Sovet İttifaqı Qəhrəmanı, azərbaycanlı general-mayor Həzi Aslanovun anım günüdür.