Bakıda məşhurlaşan qurbağa əti
Digərləri 24 May 2025 13:27:00 85 0
Son illərdə dəniz məhsulları ilə yanaşı, ölkəmizdə qurbağa ətinə də maraq yaranıb.
Bu xəbəri də oxu: Dünyanın ən zəngin
Son.az xəbər verir ki, bu barədə sujet hazırlayıb.
Bu heyvanın ətinin satışı ilə məşğul olan İlqar Nuriyev bildirib ki, qurbağa əti Azərbaycana xarici Asiya ölkələrindən dondurulmuş şəkildə idxal olunur.
Artıq restoranlarda da qurbağa əti menyunun adi hissəsinə çevrilib. İaşə obyektlərindən birinin meneceri Qurban Quliyev isə deyib ki, bu ət məhz toyuq ətinə bənzər təamdır: "Bu məhsula son dönəmlərdə tələbat çoxdur. Adi toyuq əti kimi yağda qızardılır".
Bəzi paytaxt sakinləri isə bu qidadan iyrəndiyini deyərək ölkə üçün uyğun olmadığını vurğulayırlar.
Sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova isə qeyd edib ki, əgər bu məhsul düzgün şəraitdə saxlanılmasa, ziyandır: "Saxlanılma temperaturuna diqqət yetirilməlidir. Bununla yanaşı, məhsulun donu açılıb sonra yenə dondurularsa, onun tərkibindəki mikroorqanizmlər çoxalır, bu da zəhərlənməyə səbəb ola bilər".
Həkim-terapevt Zakir Quliyev isə daha ciddi məqama diqqət çəkir: "Qurbağa ətinin tərkibində ciddi parazitlər, bakterial infeksiyalar var. Qurbağa daha çox çirkli sularda yaşadığı üçün salmonella, ayremonas kimi infeksiyalarla zəngin olur. Eyni zamanda tərkibində güclü, öldürücü xüsusiyyətə malik olan zəhərli maddələr var. Qurbağa əti həddindən artıq allergik reaksiyaya, hətta anaflaktik şoka qədər gətirib çıxara bilər". /İTV
Kiyev Ukrayna və Rusiya prezidentləri Volodimir Zelenski və Vladimir Putinin

Monteneqro Rusiyanın tələbi ilə dələduzluqda şübhəli bilinən azərbayc

"Hollivud"un ən cazibədar və tələbatlı ulduzlarından olan Ancel

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca

Toyota Rusiyada satılmış bəzi Alphard mikroavtobuslarını geri çağırdı

Ağsu rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.

Bu həftə sonu səma bəzi bürclərə sürpriz maliyyə fürsətləri vəd edi

Xalq artisti Röya Ayxan Kann Film Festivalı haqda təəssüratlarını bölü�

Bu gün Bakıda "Sağlamlığın Qorunması" ictimai birliyinin təşk

Xəbər verdiyimiz kimi, ötən gün ümumi (9 illik) orta təhsil səviyyəsi �

İsfahan əyalətinin Murçexort şəhərində iplik və toxuculuq fabrikində g

Masazırda maraqlı və eyni zamanda təhlükəli hadisə baş verib.

Bakı Hərbi Məhkəməsinin sabiq hakimi Rafiq Abbasov Vəkillər Kollegiyasın
