Fransada pensiya islahatına qarşı etirazlar zamanı 150dən çox polis yaralanıb VİDEO
Dünya 06 Apr 2023 23:16:00 224 0
Fransada pensiya islahatına qarşı nümayişlər zamanı başlayan iğtişaşlar zamanı 150-dən çox polis yaralanıb.
Bu xəbəri də oxu: Qəzzada ölənlərin sayı 43 mini ötdü
Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen özünün "Twitter" səhifəsində yazıb.
"Nümayişlər zamanı yaranan iğtişaşlar zamanı 154 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb. Bəzi hüquq-mühafizə orqanlarının əməkdaşları ağır yaralanıb", - deyə nazir bildirib.
Onun sözlərinə görə, insidentlər zamanı 111 nəfər polislər tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkədə 370-ə yaxın aksiya keçirilib, aksiyalarda 570 minə yaxın, o cümlədən 57 mini Parisdə iştirak edib. Təhlükəsizliyi 11,5 min polis əməkdaşı təmin edib.
"Prezident Zelenskinin siyasi öldürülməsini istəyən Donbass problemin
Azərbaycan İran səfirliyinin 4 əməkdaşına diplomatik statusa uyğun olmay
"Mən Ermənistan Respublikasının bütün vətəndaşlarından üzr istə
Dünən Bakıda "Toyota Prius" markalı avtomobillərlə avtoxuliqanl�
Təxminən 57 min insan Fransada pensiya islahatına etirazını bildirmək üç
Vaşinqton İsrail ərazisinə raket hücumlarını pisləyir və onun təcavüz
Massaçusetsdə (ABŞ) Cessika Nunez 5 yaşlı qızı Lilaya avtomobillə gəzin