Xəbərlərin siyahısı

Divardakı çılpaq uşaq şəkli məşhur aktrisanın başına bəla oldu

2023-01-19 11:18:00

Arnold Şvartseneggerlə birlikdə oynadığı "Doğru yalan" ("True Lies") filmindəki rolu ilə parlayan Hollivud ulduzu Ceymi Li Körtis paylaşdığı şəklə görə başını bəlaya salıb.

“Verilişə gələnlərə o qədər pislik etmisən ki...”

2023-01-19 10:56:00

Aktyor Fərda Xudaverdiyev açıqlaması ilə diqqət çəkib.

Azərbaycan Ermənistana qarşı yeni iddia qaldırıb,

2023-01-19 10:51:00

18 yanvar 2023-cü il tarixində Azərbaycan "Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında" Bern Konvensiyasına uyğun olaraq indiyədək məlum olan ilk dövlətlərarası arbitraj prosesini başladıb.

XİN 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yayıb

2023-01-19 10:39:00

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı bəyanat yayıb.

Azərbaycanlı bloqerin Sinqapurda kazino əyləncəsi

2023-01-19 10:34:00

Rusiyada və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloqer və iş adamı Hüseyn Həsənov Asiya qitəsində istirahətin dadını çıxarır.

Kreditin gecikdirilməsinə görə yeni qaydalar müəyyən edilir

2023-01-19 10:28:00

Azərbaycanda kreditin gecikdirilməsinə görə yeni qaydalar müəyyən edilir.

Nəsrin Rüfət İsmayılın 2975 manatlıq LİBASINDA

2023-01-19 10:22:00

Türkiyənin məşhur və səs-küylü azərbaycanlı aktrisası Nəsrin Cavadzadə dünyaca məşhur dizayner Rüfət İsmayılın əl işinə müraciət edib.  

Göygöldə ailə faciəsi

2023-01-19 09:54:00

Xəbər verdiyimiz kimi, Göygöl rayonunda ağır yol qəzası baş verib.

KİV: "Ermənistan ordusunun 2ci korpusunun komandiri işdən çıxarılır"

2023-01-19 09:44:00

Ermənistan silahlı qüvvələrinin 2-ci ordu korpusunun komandiri polkovnik Vahram Qriqoryan tutduğu vəzifədən uzaqlaşdırılacaq.

13 yaşlı qız anasını öldürdü:

2023-01-19 09:40:00

Yaponiyanın Şizuoka prefekturasında məktəbli qız yatmış anasını vəhşicəsinə bıçaqlayaraq ölümünə səbəb olub.

“Son sutkada Rusiyanın 1 helikopteri və 1 PUAsı vurulub”

2023-01-19 09:34:00

"Son sutkada Rusiya Silahlı Qüvvələrinin 1 "Ka-52" helikopteri və 1 "Merlin-VR" pilotsuz uçuş aparatı (PUA) vurulub".

Müğənninin əri həbsxanada öldü

2023-01-19 09:29:00

Türk müğənni Elif Karlıya ağır itki üz verib.

NASA elektrikli təyyarəsinin ilk uçuşunu keçirəcək

2023-01-19 09:22:00

Elektrikli X-57 qurğusu ilə eksperimental təyyarənin ilk uçuşunun 2023-cü ilin sonuna qədər həyata keçirilməsi planlaşdırılır.

Xalq artisti vəfat etdi

2023-01-19 09:17:00

SSRİ Xalq artisti, sirk ustası Xakim Zaripov 98 yaşında dünyasını dəyişib.

Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus 4 avtomobil Xankəndidən Laçına keçib

2023-01-19 09:14:00

Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus beş avtomobil Laçın yolundan keçib.

ABŞ Ukraynanın enerji sistemini dəstəkləmək üçün

2023-01-19 09:00:00

ABŞ hakimiyyəti Ukraynanın enerji sistemini dəstəkləmək üçün 125 milyon dollar ayırmaq niyyətində olduğunu açıqlayıb.

Şəkər xəstələri necə qidalanmalıdırlar?

2023-01-19 08:59:00

Şəkərli diabet xəstəliyi vücudda insulinin yetərli miqdarda olmaması və ya hamiləlik zamanı hormonal dəyişiklik səbəbi ilə meydana çıxır.

Xətai rayonunda 49 yaşlı qadını

2023-01-19 08:59:00

Bakının Xətai rayonunda xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.

7 ildir üzərində işlənilən “X57” elektrotəyyarəsi

2023-01-19 08:58:00

7 ildir üzərində işlənilən "X-57" eksperimental elektrotəyyarəsinin ilk uçuş tarixi məlum olub.

Bakıda 63 yaşlı qadını avtomobil

2023-01-19 08:56:00

Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində 63 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Gözlərin səyirməsi hansı səbəbdən baş verir?

2023-01-19 08:55:00

Bizim əksəriyyətimiz göz səyirməsinin nə olduğunu bilirik. Gözün səyirməsi qəfil başlayır. Bu bəzən kitab oxuyarkən, televizora baxarkən gözün üst qapağının titrəməsidir. Gözün səyirməsi bəzən qısamüddətli olur, bəzən isə günlərlə davam edir. Bu gözətrafı əzələdəki spazm və ya sinirlərin atılması səbəbindən baş verir. Gözün səyirməsi insan orqanizmi üçün təhlükəli hesab edilmir, amma bəzən sağlamlıqla əlaqədar ciddi xəstəliklərin əlaməti kimi meydana çıxa bilir. Xəstəlik əlaməti kimi baş verməsə də gözün səyirməsi insanın sinir sisteminə təsir edərək onu qıcıqlandırır.

“Microsoft” 10 000 əməkdaşı

2023-01-19 08:54:00

ABŞ-ın informatika nəhəngi "Microsoft" 10 000 əməkdaşını ixtisar edəcək.

Ukraynanın bu vilayətlərində partlayış

2023-01-19 08:53:00

Ukraynanın Zaporojye və Xarkov vilayətlərində partlayış səsləri eşidilib.

"Avatar 2" ən çox gəlir gətirən

2023-01-19 08:52:00

Kinorejissor Ceyms Kemeronun "Avatar: Suyun yolu" filmi 1,922 milyard dollar gəlir əldə edərək "Hörümçək adam: Evə yol yoxdur" filmini geridə qoyub. Kemeronun blokbasteri həm də tarixdə ən çox gəlir gətirən altıncı film olub.

Kimlərdə çiyin yırtığı ola bilər?

2023-01-19 08:51:00

Oturaq işlə məşğul olanlar çiyin ağrılarına xüsusi diqqət etməlidirlər. Yanlış duruşlar bir müddətdən sonra çiyin yırtığına səbəb ola bilər. İmmunitet.az məlumat verir ki, bu barədə türkiyəli mütəxəssis Arel Gereli bildirib. Onun sözlərinə görə, bir çox insanın əziyyət çəkdiyi problemdir. Hər 4 işləyəndən birində bu hal müşahidə edilir. Belə çiyin ağrıları günlük yaşantıya mənfi təsir göstərərək çətinləşdirir. Acıbadəm xəstəxanasının travmotoloqu Arel Gereli qeyd edib ki, bu xəstəliyə əvvəllər 50 yaşdan sonra rastlanılırdısa, hazırda 30-40 yaşlı insanlarda da əzələ, çiyin yırtığı müşahidə edilir. Həkim, çox diqqət edilməyən, amma vacib olan ağrılar barədə vacib açıqlama verib: "Xüsusilə uzunmüddət masa arxasında çalışanlar və ya kompüter qarşısında zaman keçirənlər daha çox çiyin, boyun ağrılarından əziyyət çəkirlər. Bu şikayətlərin başlanğıcında duruş pozğunluğu gəlir. Belələrində sinir sıxışması da müşahidə edilə bilər. Belə vəziyyətlərdə qol irəliyə doğru uzadılır, bu da bel sümüyünün önə daha çox çıxması ilə baş verir. Mövcud vəziyyətdə bəzi əzələlər çox, bəziləri isə daha az çalışır. Nəticədə isə tənzimləmə sistemi pozularaq ağrılar baş qaldırır". Mütəxəssis diqqət edilməyən belə ağrıların xroniki hal ala biləcəyini və yırtığa çevrilə biləcəyini vurğulayıb. "Xüsusilə duruş formasına diqqət edilməlidir. Dik durmalı, bel əyilməməlidir. Günlük stresli iş zamanı buna təəssüf ki diqqət edilmir. Bu səbəbdən də çiyin ağrıları artmağa davam edir",-deyə Gereli söyləyib. Əgər keçməyən ağrılar varsa mütləq həkim müayinəsi edilməlidir. Bu sinirlə və ya yırtıqla əlaqəli ola bilər. Bu zaman gərəkli müalicələr başlanılır. Gereli, belə halların baş verməməsi üçün əyilməyin əvəzinə dik durmağı, çiyinləri isə geridə tutmağın vacib olduğunu bildirib: "Xüsusilə gecə ağrılar davam edirsə bu təhlükəli ola bilər. Bu zaman mütləq çiyinə ağrlıq edən duruşdan qaçınılmalıdır".

Rusiya əl çəkmir, uğursuz hücuma

2023-01-19 08:50:00

Rus ordusu öz səylərini Baxmut istiqamətində hücuma keçməkdə davam etdirirlər. Bundan əlavə, onlar Avdeyevka istiqamətində uğursuz hücum əməliyyatları aparırlar.

Xankəndindən Laçına sülhməramlıların daha bir avtomobili

2023-01-19 08:49:00

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 1 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

“Konfransa dəvət olunmağa layiq deyil”

2023-01-19 08:48:00

Dünya İqtisadi Forumuna dəvət olunmayan Rusiya rəsmiləri bu dəfə də fevralın 17-18-də keçirilməsi planlaşdırılan Münxen Təhlükəsizlik Konfransına dəvət olunmayıb.

Sabunçuda 38 yaşlı kişini

2023-01-19 08:47:00

Bakının Sabunçu rayonunda 38 yaşlı kişini avtomobil vurub.

Boyun ağrılarından necə xilas olmaq olar?

2023-01-19 08:46:00

Yer kürəsində milyonlarla adam boyun ağrılarından əziyyət çəkir. Əksər hallarda boyun ağrıları xroniki hal alır və insanın həyat fəaliyyətinə ciddi zərər vurur.

ABŞ Krıma zərbə endirməkdə Ukraynaya kömək

2023-01-19 08:44:00

ABŞ prezidenti Co Bayden Ukrayna rəsmiləri ilə aylarla davam edən müzakirələrdən sonra Krıma zərbə endirmək üçün Kiyevin gücə ehtiyacı ola biləcəyini etiraf etməyə başlayıb.

Çavuşoğlu Blinkenlə

2023-01-19 08:30:00

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə-ABŞ Strateji Mexanizminin ikinci Nazirlər Toplantısı çərçivəsində ABŞ paytaxtı Vaşinqtonda bu ölkənin dövlət katibi Entoni Blinken ilə görüşüb.

XankəndiLaçın yolu: aksiyanın

2023-01-19 08:29:00

Havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası otuz doqquz gündür davam edir.

Rusiya səfiri Kanada XİNə çağırıldı

2023-01-19 08:28:00

Yanvarın 18-də Rusiyanın Ottavadakı səfiri Oleq Stepanov Kanada Xarici İşlər Nazirliyinə çağırılıb.

Bakıda BMW yük maşınına çırpılıb, sürücü xəsarət alıb FOTO

2023-01-19 08:27:00

Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Rusiya Bakının bu şərtləri ilə

2023-01-19 07:59:00

Rusiya XİN başçısı Lavrov düşünür ki, Laçın yolu ilə bağlı "problem" tezliklə öz həllini tapacaq. Buna əsas kimi "Rusiya sülhməramlılarının komandirinin iştirakı ilə Azərbaycan təmsilçisi və Qarabağ nümayəndələri (ermənilərin nümayəndəsi) arasında görüşün keçirilməsi"ni göstərir.

Qubad İbadoğlunun təşkilatı

2023-01-19 07:55:00

ADR Partiyası artıq ikiyə bölünüb.

Psixi status

2023-01-19 07:51:00

Psixi status aşağıdakı istiqamətdə aparılır: 1. Xəstə ilə söhbət 2. Xəstə haqqında psixi statusun yazılması 3. Xəstə ilə mütəmadi olaraq söhbər apararkən lazım olan suallara cavab almaq. Bu zaman xəstəyə diqqətlə yanaşma tələb olunur və aşağıdakılar diqqqətlə yoxlanılır: 3.1 xəstənin patoloji vəziyyəti 3.2 davranışa diqqət yetirmək 3.3 düşüncənin vəziyyəıti 3.4 qavranışın vəziyyəti 3.5 yaddaşın vəziyyəti 3.6 diqqətin vəziyyəti 3.7 emosiyaların vəziyyəti 3.8 digər xəstəliklər 1. Xəstə ilə söhbət. Psixi statusu aydınlaşdırmağa çalışarkən xəstəylə söhbət edən zaman çoxlu suallar verərək onun psixi vəziyyyətini öyrənmək mümkündür. Psixi xəstəliyi olan adamla uzun müddət söhbət etmək mümkün olmur. Bu səbəbdən də mütəxəssis salışıb qısa bir zamanda nə dəqər çox sual verərsə, onun psixi vəziyyəti barədə çox məlumat əldə edə bilər. Kliniki-psixoloji üsullarla xəstənin psixi statusunu müəyyən etmək mümkündür, amma bəzi məlumatları söhbətlə əldə etmək daha faydalı olur. Həkim xəstə ilə söhbət edərkən onunla incə rəftar etməlidir. Xəstəyə kobudluqla, istehza ilə yanaşmaq olmaz. Söhbət zamanı həkim xəstəyə açıq şəkildə suallar verməli və ondan cavab almağa çalışmalıdır. Bu zaman həkimdən xəstəliklərlə bağlı terminlər (depressiya, halyusinasiya, əsəbilik, gərginlik və s.)işlətməmək tələb olunur. 2. Xəstə haqqında psixi statusun yazılması. Psixi status xəstə ilə olan söhbətə əsaslanaraq yazılır. Psixi status dəqiq, psixi terminlər istifadə etmədən yazılmalıdır. Bunda məqsəd digər sahə üzrə ixtisaslaşmış həkimlər statusu oxuyan zaman çətinlik çəkməməsidir. Psixi status yazan zaman xəstənin vəziyyəti, psixi fəaliyyəti, ondan alınan məlumatlar və emosional vəziyyəti qeyd edilir. Psixi status yazan zaman xəstənin keçirdiyi xəstəliklər və onun ətrafında yaşayan adamların xəstə haqqında dedikləri də yazılır. Xəstə yaxınlarının xəstə haqqında söylədikləri ən vacib məlumatlardan hesab edilir. Xəstə haqqında psixi status yazdıqdan sonra onun diaqnozunun və xəstəlik əlamətlərini tibbi terminlərlə sonda qeyd eləmək lazımdır. Xəstəyə 2 üsulla diaqnoz qoyulur: somatik və nozol. Patoloji halın təyin edilməsi. Xəstənin halının necə olmasını öyrənmək üçün ondan ilin hansı fəslində yaşadığını, ad və familiyasının nə olduğunu, hansı ildə, hansı ayda və gündə yaşadığı, harada və nə üçün olduğu barədə suallar verilir. Xəstənin huşu onu bu hala salan somatik xəstəliklər səbəbində də meydana çıxa bilər. Xəstənin bu bərədə məlumatlı olması isə onun vəziyyətinə birbaşa təsir edir. Xəstənin psixoz halı kəllə-beyin travmaları, şizofrenik proseslər, intoksikasiyalar səbəbindən meydana çıxdığı üçün müxtəlif cür olur. Psixi status toplayan zaman xəstəyə aşağıdakı suallar verilir: * Adınız nədir? * Peşəniz nədir? * İndi günün hansı saatıdır? * İlin hansı fəslidir? * Həftənin hansı günüdür? * Harada yaşayırsan? * Sizi əhatə edən yer nəyə bənzəyir? * Sizin ətrafınızda kimlər var? * Sizə nə olub? * Nədən xəstəxanaya düşmüsünüz? * Sizə kömək lazımdırmı? * Sizi nə narahat edir? * Nə haqqında düşünürsünüz? * Ürəyinizdə nələr var? * Sizin ətrafınızda ağ xalatlı insanlar var. Onlar niyə sizin yanınızdadırlar? * Sizə niyə iynə vururlar? * Evinizə getməyə kimlər mane olur? * Siz özünüzü xəstə hesab edirsinizmi? * Sizin gözünüzə nələrsə görünür? * Sizi bu hala salan nədir? Psixi status yazan zaman xəstənin geyiminə, üz quruluşuna, davranışına, oturuş qaydasına diqqət yetirilməlidir. Bunlar xəstənin ümumi psixi vəziyyətinin nə halda olmasının göstəricisidir. Bu əlamətlər xəstənin depressiv vəziyyətindən xəbər verir. Psixi status yazarkən xəstənin oturuşu, duruşu, danışıq tərzi də mütəxəssisin diqqət mərkəzində olur. Xəstənin sosial və ya asosial olması da onun psixi statusunda aydın yazılmalıdır. Psixi status yazan zaman həkim xəstənin qeyri-adi hərəkətlərinə diqqət yetirməlidir. Belə ki, əksər xəstələrdə (əsasən qadınlara) uzun müddət psixoz əleyhinə dərman qəbul etdikdən sonra müəyyən hərəkətlər meydana çıxır. Bu özünü ağızın çeynəyici və sorucu hərəkətləri, fərqli əl hərəkətləri, gözləri oynatmaq, üz-göz turşutmaq şəklində özünü biruzə verir. Psixi status yazan zaman həkim xəstədə halyusinasiyaların olub-olaması barədə məlumat toplamalıdır. Həkim məlumat toplayan zaman xəstə ilə ehtiyyatla davranmalı və xəstəni həyəcanlandırmamalıdır. Xəstəyə aşağıdakı suallarla müraciət etməklə məlumat toplanmalıdır: * Siz qəfildən səs və ya sözlər eşidirsinizmi? * Siz qəflətən yanınızda kiminsə olduğunu hiss etmisinizmi? * Eşitdiyiniz səslərin sizin hərəkətlərinizə və fikirlərinizə təsiri varmı? * Eşitdiyiniz səslər sizə nə deyir? Psixi status yazan həkim müxtəlif suallarla xəstənin eşitdiyi səslərlə dialoqa girdiyini öyrənməli və qeyd etməlidir. Yuxarıda yazılanlardan başqa psixi status yazan zaman xəstənin yaddaş, fikir, düşüncə tərzi, dünyaya baxışı, dinə inancının olub-olmaması, dünyaya baxışı, özünə qarşı münasibəti barədə də məlumatlar öyrənilib qeyd edilməlidir. Məlumatda hətta xəstənin öz daxili xəstəliklərinə və xarici görünüşünə qarşı münasibəti barədə məlumatlar yazılmalıdır. Psixi status xəstənin psixi vəziyyəti barədə hər şeyi əks etməlidir. Psixi statusda xəstənin qorxuları, qorxduğu xəstəliklər, ətraf mühitə qarşı səsi və mimikası ilə verdiyi reaksiyalar, həyəcanları öz yerini tutmalıdır.

Pakistanda siyasi böhran – İmran Xandan

2023-01-19 07:45:00

Pakistanın keçmiş baş naziri İmran Xan Pəncabdan sonra erkən seçki üçün hökumətə təzyiq göstərmək məqsədilə üstünlükdə olduğu Xeybər Paxtunxva əyaləti parlamentini buraxıb.

Yaddaş pozğunluğu

2023-01-19 07:41:00

Yaddaş pozğunluğu beynin yaddaşla məşğul olan hissəsinin normal işləməməsi səbəbindən meydana çıxır. Yaddaş pozğunluğu zamanı beyin dəfələrlə təkrarlanmayan bir sözü və ya hadisəni xatırlamaqda çətinlik çəkir. Yaddaş pozğuluğu qısa və ya uzun müddətli ola bilir. O bir xəstəlik deyil, müxtəlif patologiyaların əmələ gətirdiyi əlamətdir. Beyinə təsir edə biləcək müxtəlif patoloji xəstəliklər yaddaş pozğunluğunun əmələ gəlməsinə səbəb olur. Bu zaman isə beyin informasiyanı özündə qısa müddətli saxlayır və ya saxlaya bilmir. Yaddaşsızlıq bir xəstəlik deyil. Bu sağlam adamlarda da meydana çıxa bilir və qısamüddətli olur. Yaddaş pozğunluğu zamanı isə xəstə ən yaxın adamını, ona dəfələrlə təkrarlanan sözü və hətta öz kimliyini də unudur. Belə xəstələr iş yerlərində illərlə təkrarladığı işləri yerinə yetirməyi yaddan çıxarır. Yaddaş pozğunluqları zamanı xəstə tez-tez və hər gün yerinə yetirdiyi işləri belə yadından çıxarır və xatırlamaqda çətinlik çəkir. Yaddaşsızlıq bəzən bir çox xəstəliklərin ilkin əlaməti kimi meydana çıxa bilir. Buna görə də mütəxəssislər yaddaş pozğunluğu hiss edilən insanların mütləq həkimə müraciət etmələrini tövsiyə edir. Çünki, bir çox hallarda yaddaş pozğunluğu müalicə edilə bilməyən xəstəliyin ilk əlaməti kimi meydana çıxır. Vaxtında qoyulan diaqnoz isə insanı bu xəstəlikdən xilas edə bilər. Yaddaş pozğunluğunun meydana çıxmasının bəzən elektron cihazların isitfadəsi ilə bağlı olduğu qeyd edilir. Bəziləri bunun kompyuter və ya bu kimi elektronik cihazların istifadəsi ilə əlaqələndirirlər. Amma araşdırmalar zamanı bu fikir sübuta yetirilməyib. Uzun müddət istirahətsiz iş rejimi, psixoloji faktorlar da yaddaş pozğunluğuna səbəb ola bilir. Yaddaş pozğunluğunun aradan qalxması üçün onun hansı səbəblərdən meydana çıxmasını araşdırmaq lazımdır. Bunun üçün ilk növbədə həkimə müraciət etmək, səbəbi tapmaq və onu aradan qaldırmaq lazımdır. Yaddaş pozğunluğunu əmələ gətirən xəstəliyin müalicə edilməsi bu əlamətin aradan qalxmasına səbəb olur. Bəzən bu müalicə uzun zaman tələb edir və hətta realibitasiya müddətinə ehtiyac duyulur. Yaddaş pozğunluğunun aradan qalxmasında həkimlə bərabər ailə və ətrafdakıların da rolu olmalıdır. Hansı xəstəliklər zamanı yaddaş pozğunluqları baş verə bilir? Ən uzun müddətli yaddaş pozğunluğu Alsheymer xəstəliyi zamanı baş verir, amma, hər yaddaş pozğunluğuna Alsheymer diaqnozu qoyula bilməz. Bir çox xəstəliklər yaddaş pozğunluğuna səbəb ola bilir. Beyin damarlarının tutulması, qalxanabənzər vəzi pozğunluqları, B12 və fol turşusu və bir çox maddə çatışmazlığı, ürək, qaraciyər və böyrək xəstəliklərinin beyinə təsiri baş verdikdə, Parkinson xəstəliyində, mərkəzi sinir sisteminin bir çox xəstəlikləri zamanı yaddaş pozğunluqları xəstəliyin ilk əlaməti kimi meydana çıxır. Bu səbəblərə görə yaddaş pozğunluğunun meydana çıxdığı zaman tez bir müddətdə həkimə müraciət etmək lazımdır. Yaddaş pozğunluğundan söhbət getdikdə ilk ağıla gələn hipotirozdur. Qalxanvari vəzin hormon çatışmazlığı yaddaş pozğunluğunu əmələ gətirən ilk faktorlandandır. İş və sosial həyatda yaddaş pozğunluğu. Xəstəlik və ya yorğunluq səbəbindən asılı olmasına baxmayaraq yaddaş pozğunluğu insanın sosial həyatına və işinə birbaşa mənfi təsir göstərir. Bu patoloji əlamət iş həyatınının pozulmasına səbəb olan əsas amildir. Yaddaş pozğunluğu istənilən yaş dövründə meydana çıxa bilir və insanın həyatını korlayır. Yaddaş pozğunluqları zamanı qidalanma. Yalnız yaddaşsızlıq zamanı deyil, digər zamanlarda da beyinin yaxşı qidalanması üçün ona müsbət təsir edən qidalarla qidalanmaq lazımdır. Beyində yaddaşla əlaqədar problemlərin meydana çıxmaması üçün xəstəlik olmadıqda belə B qrup vitaminləri ilə zəngin qidalarla qidalanmaq lazımdır. Tərkibində fol turşusu, maqnezium, maqnium olan qidalar da beyin fəaliyyətinə müsbət təsir göstərir. Düzgün olmayan qidalanma, normal yatmamaq, siqaret və içki, narkotik maddələr yaddaşsızlığın meydana çıxmasına səbəb olan amillərdəndir. Sağlam bir beyinə sahib olmaq üçün yuxu və qida rejiminə nəzarət etmək, açıq havada gəzmək, beyin məşqləri etmək lazımdır. Bunlar sağlam beyin üçün lazım olan amillərdəndir. Mütəxəssislər tez-tez yaddaş problemləri yaşayan insanlara həkimə getməyi və nevrologi müayinələr etdirməyi məsləhət bilir.

Nevroloji status

2023-01-19 07:31:00

Xəstənin nevroloji satusunu təyin etmək üçün aşağıdakı əlamətlərə diqqət yetirmək lazımdır: 1. Xəstənin şüurunun vəziyyəti (aydın, tutqun, ləng, koma) 2. Xəstənin görmə qabiliyyəti (D=S, D>S, D 3. Göz almasının müayinəsi (çəpgözlülük, diplopiya, gözün böyüməsi və s.) 4. Mimiki əzələlərin iflici ( gözün qapanmaması, yanağın tərpənməməsi, əzələ səyirmələri, dişlərin qıcanması, üzün asimmetriyası, burunətrafı bölgə əzələlərinin gərilməsi, qaşların yuxarı doğru dartılması) 5. Üz sinirində parezin olub-olmaması (üz əzələlərinin yana doğru dartılması, alında dərin qırışların əmələ gəlməsi, ağız küncünün yana doğru dartılması, qaşların duruşu, göz üstünün yuxarı doğru dartılması, göz almasının yanlara və ya yuxarıya doğru yönəlməsi) 6. Dilin müayinəsi (ortada duruşu, yuxarı qalxıb-qalxmaması, dil sinirində parezin olub-olmaması) 7. Nitqin müayinəsi (afaziya, dizartriya, nitqin pozulması) 8. Yaddaşın müayinəsi 9. Ürəkbulanma və ya qusmanın olması 10. Əzələ gücünün müayinəsi 11. Kordinat müayinələr (barmağı yuxarı, aşağı, yanlara doğru apararaq müayinə etmək, istiqamətlənməni təyin edib-etməməyi yoxlamaq) 12. Parez, iflic və pleqinin müayinəsi ( əl və ayaqların yanlara doğru hərəkəti, yuxarı və aşağı ətrafların hərəkəti) 13. Toxunma və ağrı hissiyyatının müayinəsi ( ağrı hissinin olub-olmaması, azalıb-çoxalması, hiperesteziya və s.) 14. Qıcolmaların müayinəsi (yerli və ya ümumi, tonik və ya klonik) 15. Patoloji əlamətlər ( spastik hemiparez, zədələnmə ocaqlarının olub-olmaması, müəyyən xəstəliklər zamanı barmaqların hərəkətlərini müayinə etmək). Müxətlif beyin xəstəlikləri zamanı əl, barmaqlar və dizlərdə müxtəlif patoloji əlamətlər meydana çıxır. 16. Həyat reflekslərinin müayinəsi ( artması - hiperresleksiya, azalması - hiporefleksiya).

Vardanyan “qırmızı xətti” keçdi: “Bura ona görə

2023-01-19 07:25:00

Separatçı Ruben Vardanyan Azərbaycana qarşı sərsəm iddialarına yenisini əlavə edib və həddini aşan ifadələr səsləndirib.

Bakıya görə Korotçenkoya

2023-01-19 07:23:00

Rusiyalı hərbi-siyasi ekspert İqor Korotçenko Feysbukda Azərbaycanla bağlı paylaşımından sonra ermənilərin kütləvi hücumuna məruz qalıb.

Nitq pozğunluqları

2023-01-19 07:21:00

Nitq pozğunluqları müxtəlif səbəblərdən baş verir və onların hər birinin müalicə yolları müxtəlifdir. Orta və yaşlı insanlarda nitq pozğunluqları sonradan meydana çıxan beyin zədələnmələrindən baş verir. Bu zaman o özünü kəkələmə və fikri izah etməkdə çətinlik çəkmə kimi əlamətlərlə göstərir. Nitq pozğunluqları ana bətnində və ya erkən uşaqlıq dövründə mənfi amillərin uşağın beyninə təsiri ilə əlaqədar meydana çıxır. Bu mənfi təsirlərə, hamiləlik vaxtı keçirilmiş infeksiya xəstəlikləri, oksigen çatışmazlığı, sinir sisteminin zədələnmələri, doğuş travmaları, doğuşdan sonra beyinə təsir edən patoloji amillər aiddir. Nitq pozğunluqları dizarteriya, afaziya, alaliya növlərə ayrılır. Uşaqlarda nitq pozğunluqları isə gec danışma, hərfləri və hecaları ifadə edə bilməmək, kəkələnmə, sürətli və düzgün danışmama, autizmlə əlaqədar olan danışıq pozğunluğu, səs pozulmaları şəklinddə özünü göstərir. Nitq pozğunluğu özünü ən çox kəkələmək şəklində göstərir. Adətən bu 2-5 yaş arasında olan uşaqlarda meydana çıxır. Adətən həkimlər bu zaman kəkələməyin aradan qalxması üçün xəstəyə 6 ay müddətində dərman müalicəsi təyin etmir. Bu zaman ailəyə uşağın davranışlarına diqqət yetirmək tövsiyə edilir və uşağın davranışları nəzarət altına alınır. Beyin səbəbli ağır patologiyalar aşkar edilmədikdə kəkələmə 6 ay müddətində aradan qalxır. Əks halda həmin xəstəyə müalicə təyin edilir. Kəkələməyin müalicəsi xəstənin yaşından və meydana çıxan xəstəliklərin ağırlıq dərəcəsindən asılı olaraq fərqli olur. Ən çox rast gəlinən nitq pozğunluqlarından biri səsləri və hərfləri düzgün tələffüz etməməkdir. Bu zaman müalicə səslərin düzgün surətdə tələffüz edilməsinə yönəldilir. Bu müalicə loqopedlər tərəfindən aparılır. Müalicə uzun müddət, zaman tələb edə bilər və bir çox hallarda dərman müalicəsi ilə birlikdə aparılır. Laqoped uşağa hərfləri düzgün tələffüz etməyi, sözü düzgün oxumaq qaydasını öyrədir. Uzun sürən müalicədən sonra uşaq asanlıqla kitab oxuya və oxuduqlarını tələffüz edə bilir. Rast gəlinən nitq pozğunluqları arasında gec danışma üçüncü yerdə durur. Bu əksər hallarda uşağın sözü gec anlaması ilə əlaqədar olur. Bu bir çox ağır beyin xəstəlikləri və ya eşitmə problemləri ilə əlaqədar olur. Gec danışan uşaqlar müalicə olunarkən onların valiyeyinləri də yanlarında olmalıdır. Dilin inkişaf etməsi üçün təşkil edilən oyunlar, yanında kitab oxuma uşağın nitq inkişafının irəliləməsinə və arzu edilən nəticənin əldə olunmasına yardım edir. Sürətli və düzgün danışmama xəstənin normadan daha sürətlə danışması şəklində özünü biruzə verir. Bu zaman xəstə işlətdiyi sözlərin qarşısına heca və ya hərf artırmaqla, eyni sözü təkrarlamaqla və ya səsi uzadaraq söyləyir. Səs pozuqluğu özünü bağıraraq və ya səsi qısaraq danışma şəklində göstərir. Səs pozğunluqları əksər hallarda anadangəlmə olur. Mütəxəssislər onun beyinlə əlaqəli olduğunu söyləsələr də bu qüsur əksər hallarda müalicəyə tabe olmur.

İrana qarşı yeni hazırlıq – Bütün variantların

2023-01-19 07:15:00

Avropa Birliyi (Aİ) Komissiyasının rəsmi nümayəndəsi Didye Reynders AB-nin İranda insan haqları pozulmasına qarşı, o cümlədən "İslam İnqilab Keşikçiləri Korpusu"nun (SEPAH) hədəfə alınması da daxil olmaqla yeni sanksiyaları nəzərdən keçirildiyini və bütün variantların müzakirə edildiyini bildirib.

Beyinin ocaqlı patologiyaları

2023-01-19 07:11:00

Baş beyinin ocaqlı patologiyaları dedikdə irinin beyin maddəsində məhdud şəkildə toplanması nəzərdə tutulur. Beyinin ocaqlı patologiyaları ən çox beyindaxili, az hallarda isə epidural və subdural abaseslərə təsadüf edilir.

Alimlərin uzunömürlü olmasının

2023-01-19 07:05:00

Azərbaycanda alimlərin uzunömürlü olmalarının səbəbləri araşdırılacaq.

Uşaqlarda diqqət dağınıqlığı

2023-01-19 07:01:00

Diqqət pozğunluğu əksər hallarda uşaqlarda görünən patoloji əlamətdir. Diqqət pozğunluğu olan uşaqlar adətən ətrafa qaynayıb-qarışa bilməyən, fikri özündə olmayan və savadı var, amma ondan istifadə etməyən biri kimi təqdim edilir. Ən pisi də valideyinlərinin diqqət pozğunluğuna tibbi cəhətdən məhəl qoymamalarıdır.

Ağciyərə su toplanması

2023-01-19 06:02:00

Ağciyər şişi qan damarlarındakı mayenin ağciyərə daxil olması və ağciyər qaz mübadiləsini ciddi şəkildə pozmasıdır. Ciddi tibbi müalicə tələb edən ağciyər şişin tez-tez təsadüf edilən səbəbləri ürəklə bağlı olan problemlərdir (kardiotonik çatışmazlığı, artmiya, qapaq funksiya pozğunluqları və s). Bununla yanaşı digər bəzi hallar da mayenin toplanmasına səbəb ola bilər. Buna qaraciyər və böyrək xəstəlikləri səbəbiylə yaranan zülal çatışmazlığı, allergiyalar və zəhərlənmələr, yüksəklikdən aşağı çox sürətli enmək və s. daxildir. Ağciyər şişin müxtəlif mərhələləri mövcuddur. Birinci mərhələdə öskürək və sürətli nəfəs almaq kimi problemlər baş verə bilər. İkinci mərhələdə su alveolaya daxil olaraq ağciyərə yayılır. Bu hal irəlilədikcə boğulma simptomları başlayır. Əgər ciddi yanaşılmasa artıq dilin rəngi maviyə çevriləcək. Qeyd edək ki, ağciyər şişi sürətlə irəliləyə bildiyi üçün dərhal müalicə tələb edir. Xəstələr daha çox oturmalı və ayaqlarını aşağıya doğru sallandırmalıdırlar. Oksigen ilə təmin edilməlidirlər. Xəstəliyin müalicəsi xəstəliyin hansı səbəbdən yarandığından asılı olaraq dəyişir. Bu tip xəstələr adətən xəstəxana ortamında müalicə edilməlidirlər.