Şeyx Əbdül Rasim Balayevdən danışdı: "Onsuz da haqq dünyasındadır..."
Şou-biznes 29 Mar 2026 21:36:00 316 0
Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Xalq artisti Rasim Balayevin vəfatı ilə bağlı danışıb.
Son.az xəbər verir ki, bu barədə sənətçi bizim.media-ya danışıb. O, 54 illik dostunu itirdiyini deyib:
"Allah hamımıza səbr versin, yeri behişt olsun. Onsuz da haqq dünyasındadır. Xalqa gözəl əsərlər, gözəl ailə qoyub gedir. Demək olar ki, 54 ildir dost idik. Axşam gətiriləcək, yəqin ki, Birinci Fəxri xiyabanda dəfn ediləcək. Çünki Xalq artistidir, dövlət mükafatçısıdır, İstiqlal və Şərəf ordenli sənətkardır.
Kaynak: milli.az
