"O halda görünmək istəmirdi" Rasim Balayevlə son söhbətindən danışdı


Şou-biznes 29 Mar 2026 21:18:00 281 0

"O halda görünmək istəmirdi"  Rasim Balayevlə son söhbətindən danışdı

Azərbaycan kinosunun əfsanəsi, Xalq artisti Rasim Balayevin vəfatı sənət camiəsini dərindən sarsıdıb. Tanınmış aktrisa Məlahət Abbasova sənət dostunun itkisi ilə bağlı xatirələrini bölüşərək, onun son günləri və aralarındakı səmimi münasibət barədə danışıb.

Son.az İTV-yə istinadla xəbər verir ki, aktrisa sənətkarın ölüm xəbərini sosial mediadan öyrəndiyini və böyük sarsıntı keçirdiyini bildirib:

"İnstagram"da paylaşımı görən kimi dərhal təyyarə biletlərinə baxmağa başladım. Bu, Azərbaycan sənət camiəsi üçün yeri doldurulmayacaq, çox ağır bir itkidir. Bir əfsanə getdi".

Məlahət Abbasova Rasim Balayevlə mütəmadi əlaqə saxladıqlarını və ötən il birlikdə yeni bir serial layihəsində iştirak etməyi planlaşdırdıqlarını qeyd edib. Aktrisa sənətkarla sonuncu dəfə Yeni il bayramında danışdıqlarını vurğulayıb: