Bu ərazilərdə kassaların fəaliyyəti dayandırılacaq
Digərləri 14 Tem 2025 13:27:00 78 0
Dəmir yollarında rəqəmsallaşmanı genişləndirmək, kağız istifadəsini azaltmaq məqsədilə 15 iyuldan başlayaraq Bakı və Gəncə vağzalları istisna olmaqla rayonlararası istiqamətlər üzrə vağzal və stansiyalarda kassaların fəaliyyəti mərhələli şəkildə dayandırılacaq.
Bu haberi de oku: “Eşref Rüya” məhkəməlik oldu
Bu barədə Son.az-a Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib.
Bildirilib ki, Təkmilləşdirilmiş "ADY Mobile" tətbiqi və rəsmi veb-sayt (ticket.ady.az) vasitəsilə daha sürətli və rahat bilet alışı davam edəcək.
Qeyd edək ki, ötən il rayonlararası istiqamətlərə biletlərin 70 faizi onlayn əldə edilib. Bu ilin 6 ayında isə bu rəqəm 80 faizə yaxınlaşıb.
Kaynak: milli.az