6 min abonent qazsız qalacaq
Digərləri 14 Tem 2025 10:15:00 77 0
Masallı rayonunda qaz təchizatının verilişində fasilə yaranacaq.
Bu haberi de oku: PKKnın tərksilah edilməsi bu tarixdə başa çatacaq
Son.az xəbər verir ki, Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, ərazidə yerləşən "Alvadı" qazpaylayıcı stansiyasından qidalanan Təzə Alvadı, Köhnə Alvadı, Meşəkənarı, Böyük Xocavar, Bambaşı, Yeyənkənd, Tatyanoba və Güllütəpə kəndlərini təbii qazla təmin edən orta təzyiqli qaz xəttində aparılacaq kipliyə sınaq işləri ilə əlaqədar olaraq, 15 iyul 2025-ci il tarixində saat 10:00-dan işlər başa çatanadək, ümumilikdə 8 kənd üzrə 4 900 abonentin qaz təchizatının müvəqqəti dayandırılması planlaşdırılır.