Rusiyaya getmək istəyənlərin nəzərinə Bu şəxslərin girişinə
Digərləri 14 Tem 2025 10:31:00 58 0
Rusiya Dövlət Duması miqrantların ölkəyə daxil olarkən tibbi arayış təqdim etməsini nəzərdə tutan yeni qanun layihəsi irəli sürüb.
Bu haberi de oku: Kamran Əliyev onu işdən çıxardı Yeni TƏYİNATLAR
Son.az xəbər verir ki, bu təşəbbüs fraksiyalararası formatda hazırlanaraq parlamentə təqdim olunub.
Deputat Yaroslav Nilovun sözlərinə görə, Rusiya hazırda kadr çatışmazlığı ilə üzləşdiyindən xaricdən işçi qüvvəsi cəlb etməyə məcburdur. Lakin bu prosesin sağlamlıq təhlükəsizliyi çərçivəsində aparılması zəruridir.
Yeni təklifə əsasən, miqrantlar Rusiya Federasiyasına daxil olarkən yalnız tibbi sığorta sənədi deyil, eyni zamanda HİV, hepatit B və C, vərəm və sifilis kimi yoluxucu xəstəliklərin olmadığına dair yenilənmiş tibbi arayış təqdim etməlidirlər.