Qıcolmaya görə faciəvi şəkildə öldü


Digərləri 14 Tem 2025 11:36:00 81 0

Qıcolmaya görə faciəvi şəkildə öldü

Dünən İmişli rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Son.az xəbər verir ki, saat 12 radələrində Hacıalmuradlı kəndinin ərazisində 1992-ci il təvəllüdlü Emil Cəlal oğlu Musayev su kanalında boğularaq ölüb.

Belə ki, qıcolma səbəbindən kanala yıxılan gənc sudan çıxa bilməyərək vəfat edib.

Faktla bağlı araşdırma aparılır.