Şəhid ailəsi qəzaya düşdü çox sayda yaralı var


Digərləri 14 Tem 2025 10:20:00 81 0

Şəhid ailəsi qəzaya düşdü  çox sayda yaralı var

Şəhid ailəsi Cəbrayılda qəzaya düşüb, yaralılar var.

Bu haberi de oku: Xocalının bu kəndlərinə

Son.az xəbər verir ki, ötən gün Camal İsgəndərovun idarə etdiyi "Opel" markalı avtomobillə hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarına aşıb.

Qəza zamanı sürücü C.İsgəndərov, onun anası Səkinə İsgəndərova, həyat yoldaşı Ramilə İsgəndərova, qızı İlkanə Lətifova və yaxın qohumları Aysaba adlı şəxs müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlara ilkin yardım göstərdikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Qeyd edək ki, Camal İsgəndərovun qardaşı Mübariz İsgəndərov 1992-ci ildə Laçın uğrunda gedən döyüşlərdə şəhid olub.

Oğlu İsgəndərov İlkin Camal oğlu isə 44 günlük Vətən müharibəsi zamanı Füzuli rayon Cuvarlı kəndi istiqamətində şəhid olub.

Fotoda: Solda-Mübariz İsgəndərov, sağda- İlkin İsgəndərov

Əlavə edək ki, ailə üzvləri M.İsgəndərovun Qubadlı rayon Hacılı kəndindəki asılmış lövhəsini və şəhid olduğu yeri ziyarətə gedərkən qəzaya düşüblər.

Faktla bağlı araşdırma aparılır.