Özgür Özəl barəsində istintaq başladıldı


Digərləri 12 Tem 2025 10:33:00 97 0

Özgür Özəl barəsində istintaq başladıldı

Türkiyədə Antalya Prokurorluğu Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel haqqında istintaqa başlayıb.

Son.az "Haber Global"a istinadən xəbər verir ki, bu barədə prokurorluq məlumat yayıb.

"Antalya vilayətinin Muratpaşa rayonunda açıq havada keçirilən tədbirdə Manavqat Prokurorluğunun səlahiyyətinə aid olan istintaq sənədi ilə bağlı yalan məlumat yayan millət vəkili, siyasi partiya lideri Özgür Özelin ictimai asayişi poza biləcək hərəkətlərinə görə onun barəsində yanlış məlumatı ictimaiyyətə yayma cinayəti ilə əlaqədar istintaq başladılıb", - məlumatda bildirilir.