ABŞ səfirliyi Bakıda təhsil sərgisi keçirib FOTO


Digərləri 17 May 2025 15:18:00 73 0

ABŞ səfirliyi Bakıda təhsil sərgisi keçirib  FOTO

ABŞ-nin Azərbaycandakı səfirliyi Amerika Beynəlxalq Təhsil Şurası ilə birgə "EducationUSA" məzunları sərgisini təşkil edib.

Trend-in məlumatına görə, sərginin açılışında çıxış edən ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Huqo Gevara bildirib ki, ABŞ ali təhsil almaq istəyən azərbaycanlı tələbələr üçün əvvəllər olduğu kimi bu gün də ən cəlbedici istiqamətlərdən biri olaraq qalır və son illər ərzində ABŞ-da təhsil alan azərbaycanlıların sayı əhəmiyyətli dərəcədə artıb.

Gevaranın sözlərinə görə, 2023-2024-cü tədris ilində ABŞ-da 1130 nəfər azərbaycanlı tələbə təhsil alıb. Bu, əvvəlki illə müqayisədə 25,4 faiz çoxdur.

"Bu artıq dördüncü ildir ki, belə əhəmiyyətli dərəcədə artım müşahidə olunur. Bu rəqəmlər Amerika təhsilinin keyfiyyətinə artan marağı və inamı əks etdirir", - o bildirib.

Diplomat əlavə edib ki, azərbaycanlı tələbələr ABŞ-də oxuduqları zaman təkcə yüksək səviyyəli təhsil almırlar, həm də mədəniyyət səfirlərinə çevrilirlər, yeni dostluq əlaqələri qururlar və ölkəyə geri qayıtdıqda Azərbaycanın gələcəyinə təsir göstərə biləcək yeni ideyalar gətirirlər.

"Və bu yolda onlar tək deyillər - bir çox tələbə ABŞ universitetlərini seçir, çünki Amerika təhsil sahəsində dünya lideri olaraq qalır. ABŞ-də dünyanın ən yaxşı ali təhsil müəssisələri yerləşir, həmçinin müxtəlif ali məktəblər və idman növləri üzrə təqdim olunan çoxsaylı təqaüd proqramları mövcuddur", - deyə Gevara vurğulayıb.

O əlavə edib ki, ABŞ-də 5000-dən çox universitet və kollec fəaliyyət göstərir və onların hər biri müxtəlif təhsil proqramları təklif edir.

"Bəzən haradan başlamağı anlamaq çətin olur. Məhz buna görə ABŞ səfirliyi EducationUSA proqramını dəstəkləyir - bu proqram tələbələrə uyğun təhsil müəssisəsi və proqram seçməkdə kömək edir", - Gevara qeyd edib.

Qeyd edək ki, sərgi Amerika Birləşmiş Ştatlarında təhsil almağa maraq göstərən orta məktəb şagirdləri, tələbələr və onların valideynləri üçün unikal bir imkan olub.

Ərdoğan Azərbaycanla bağlı 3 sazişi təsdiqlədi like
  • 17 May 14:54  
Digərləri Ərdoğan Azərbaycanla bağlı 3 sazişi təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla müxtəlif sahələr

arrow Ətraflı
Azərbaycanda ağlasığmaz ELANLAR: 3 manata ər tapırlar like
  • 17 May 14:14  
Digərləri Azərbaycanda ağlasığmaz ELANLAR: 3 manata ər tapırlar

Sosial şəbəkələrdə fəaliyyət göstərən evlilik və tanışlıq səhif�

arrow Ətraflı
Burada pulu küçəyə səpirlər, maaşı da kilo ilə ALIRLAR like
  • 17 May 13:59  
Digərləri Burada pulu küçəyə səpirlər, maaşı da kilo ilə ALIRLAR

Sosial şəbəkələrdə yayılan video marağa səbəb olub.

arrow Ətraflı
"Nefti var, onlara 300 il bəs edər" like
  • 17 May 13:44  
Dünya "Nefti var, onlara 300 il bəs edər"

"İranın mülki atom enerjisi proqramına ehtiyacı yoxdur".

arrow Ətraflı
Ən çox "yağ yeyən" 5 maşın  VİDEO like
  • 17 May 13:29  
Digərləri Ən çox "yağ yeyən" 5 maşın VİDEO

Ən çox yağ azaldan 5 maşın modeli açıqlanıb

arrow Ətraflı
Əhaliyə xəbərdarlıq: mayın like
  • 17 May 13:26  
Digərləri Əhaliyə xəbərdarlıq: mayın

Mayın 18-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgəl�

arrow Ətraflı
Süni intellektlərlə işləyən klinika yaradıldı  Həkim yox, Aİ var like
  • 17 May 13:14  
Digərləri Süni intellektlərlə işləyən klinika yaradıldı Həkim yox, Aİ var

Çinli tibbi texnologiya startapı "Synyi AI" süni intellektin xəst

arrow Ətraflı
Azərbaycanlı aşpaz və kuryer Rusiyada adam OĞURLADI  FOTO like
  • 17 May 13:00  
Digərləri Azərbaycanlı aşpaz və kuryer Rusiyada adam OĞURLADI FOTO

Mayın 14-də Rusiyanın Podolsk şəhərində adam oğurluğu hadisəsi baş ve

arrow Ətraflı
ABŞdə oxuyan azərbaycanlı tələbələrin sayı artıb like
  • 17 May 12:55  
Digərləri ABŞdə oxuyan azərbaycanlı tələbələrin sayı artıb

Son dörd il ərzində ABŞ-də oxuyan azərbaycanlı tələbələrin sayı sabi

arrow Ətraflı
İlham Əliyev KasımJomart Tokayevə zəng edib like
  • 17 May 12:51  
Siyasət İlham Əliyev KasımJomart Tokayevə zəng edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Qazaxısta

arrow Ətraflı
Prezident dövlət qulluqçularının reyestrinin aparılması Qaydasını təsdiqlədi like
  • 17 May 12:48  
Siyasət Prezident dövlət qulluqçularının reyestrinin aparılması Qaydasını təsdiqlədi

"Dövlət qulluqçularının reyestrinin aparılması Qaydası" təsd

arrow Ətraflı
Azərbaycanda dövlət qulluqçularının reyestri aparılacaq like
  • 17 May 12:44  
Siyasət Azərbaycanda dövlət qulluqçularının reyestri aparılacaq

Dövlət qulluqçularının reyestri aparılacaq.

arrow Ətraflı