Prezident: Atılan mütərəqqi addımlar sayəsində Azərbaycan səhiyyəsi nailiyyətlərlə dolu bir yol keçmişdir
Siyasət 17 May 2025 12:47:00 57 0
Artıq ənənəvi şəkil almış Konqresin Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunması xüsusi məna daşıyır. Ulu Öndər bütün fəaliyyəti boyu ölkəmizin səhiyyə sisteminin davamlı təkmilləşdirilməsi və yüksək standartlar səviyyəsində qurulması işinə dəyərli töhfələr vermişdir. Ötən müddətdə atılan mütərəqqi addımlar sayəsində Azərbaycan səhiyyəsi nailiyyətlərlə dolu bir yol keçmişdir.
Bu xəbəri də oxu: İlham Əliyevin Albaniyaya səfəri başa çatıb
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirlər Prezident İlham Əliyevin "Bakı Ürək Günləri" 9-cu Beynəlxalq Konqresin iştirakçılarına ünvanladığı müraciətində yer alıb.
"İndi ölkəmizdə təbabətin müxtəlif sahələrinin inkişafı, o cümlədən kardiologiya elminin son yeniliklərindən bəhrələnməklə ürək-damar xəstəliklərinin ən müasir cərrahi üsullarla müalicəsi üçün lazımi şərait vardır. Dünyanın məşhur ürək mərkəzlərində aparılan mürəkkəb əməliyyatların yerli mütəxəssislərimiz tərəfindən uğurla gerçəkləşdirilməsi sevindirici haldır.
Təbabətin yeni müalicə üsulları və texnologiyalarının Azərbaycanda tətbiqi baxımından bu Konqres özünəməxsus rolu ilə seçilir. Mötəbər beynəlxalq tibb qurumlarını təmsil edən tanınmış kardioloq alim və cərrahların iştirakı mühüm elmi və praktiki əhəmiyyətə malik tədbirinizin böyük nüfuzunun göstəricisidir.
Ümidvaram ki, kardiologiyanın və ürək-damar cərrahiyyəsinin aktual məsələlərinin Konqresdə geniş müzakirəsi həkimlərimizin öz xarici həmkarları ilə əlaqələrini daha da möhkəmləndirəcək, beynəlxalq təcrübədən qarşılıqlı faydalanmaqla bütövlükdə tibb elminin inkişafına xidmət edəcəkdir", - deyə müraciətdə bildirilib.
ABŞ azərbaycanlı tələbələr üçün ən cəlbedici istiqamətlərdən biri

Dövlət qulluqçularının reyestri aparılacaq.

Mayın 12-də 2007-ci il təvəllüdlü Elgün İbrahimovun Gəncə şəhərind�

ABŞ Prezidenti Donald Trampın administrasiyası Qəzza zolağından 1 milyon f

Azərbaycan Prezidenti İlham Əliyev "Bakı Ürək Günləri" IX Beyn

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca

Abxaziyada kriminal aləmin lideri Raul Bartsba və ya Pızanı devirmək üçü

Rusiya ordusu Ukraynanın Sumı vilayətinə pilotsuz uçuş aparatları ilə h

May 2025, xüsusilə bəzi bürclər üçün, arzuların gerçəkləşməsi və

Sosial şəbəkələrdə yayılan görüntülər müzakirələrə səbəb olub.

Xalq Bank "Xalq Əmanəti" layihəsi çərçivəsində 25-ci kitabın�

Gəncədə döyülərək öldürülən 11-ci sinif şagirdi Elgün İbrahimovun

Bakıda çəkilən kadrlar maraq doğurub.

Sosial şəbəkələrdə yayılan video marağa səbəb olub.
