“İstehlakçı hüquqlarını bil və tələb et!” adı altında maarifləndirmə kampaniyasına start verilib
Digərləri 15 May 2025 11:59:00 60 0
Dövlət Agentliyinin təşəbbüsü ilə "İstehlakçı hüquqlarını bil və tələb et!" adı altında maarifləndirmə kampaniyasına start verilib.
Bu xəbəri də oxu: Azərbaycanda bu məhsulun satışı qadağan edildi
Son.az xəbər verir ki, bu çərçivədə 6 mindən çox ticarət və xidmət obyektində üzərində "İstehlakçının əl kitabçası" adlı maarifləndirici materiala birbaşa keçid imkanı verən QR kodun yer aldığı 9 mindən artıq poster yerləşdirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən istehlakçıların qanunvericiliklə müəyyən edilmiş hüquqlarının qorunması, onların öz hüquqları barəsində maarifləndirilməsi, xüsusilə də sahibkarların öz fəaliyyətlərini istehlakçı məmnunluğu yönündə qurmağa təşviq edilməsi məqsədilə genişmiqyaslı maarifləndirmə kampaniyasına başlanılıb.
Dövlət-özəl dialoqu əsasında həyata keçirilən maarifləndirmə kampaniyası çərçivəsində Bakı şəhərində və regionlarda yerləşən iri market şəbəkələrində, elektronika mağazaları və yanacaqdoldurma məntəqələrində, həmçinin Bakı şəhərində yerləşən geyim mağazalarında, eləcə də böyük ticarət mərkəzlərinin reklam lövhələrində ümumilikdə 6 mindən çox obyektə "İstehlakçı hüquqlarını bil və tələb et!" çağırışı ilə hazırlanan maarifləndirici poster yerləşdirilib. Bugünədək 9 mindən artıq posterin yerləşdirilməsi başa çatıb, proses hazırda da davam etdirilir.
İstehlakçılar posterlər üzərində əks olunmuş QR kodu mobil telefon vasitəsilə asanlıqla oxudaraq Agentliyin rəsmi internet səhifəsində yerləşdirilmiş "İstehlakçının əl kitabçası" (https://competition.gov.az/az/page/melumat-merkezi/istehlakcinin-el-kitabcasi) adlı maarifləndirici materiala keçid edə və onu yükləyə bilərlər.
Materialda lazımi keyfiyyətli qeyri-qida malı dəyişdirilərkən, qüsurlu mal satılarkən, eləcə də iş görülməsinə və xidmət göstərilməsinə dair müqavilələrin şərtləri pozularkən istehlakçıların sahib olduqları hüquqlar, eyni zamanda sözügedən hallarla rastlaşdıqda istehlakçılar tərəfindən atılacaq addımlar, zəmanət öhdəlikləri və yararlılıq müddəti barədə məlumatlar əks olunub ki, bu da istehlakçıların öz hüquqları barədə məlumatlılıq səviyyəsinin artırılmasına xidmət edir. Nəticə etibarilə, istehlakçılar mal, iş və ya xidmət aldıqları müəssisələrdə öz hüquqlarını bilməklə yanaşı, həm də sahibkarlarla daha sağlam və qarşılıqlı etimada əsaslanan münasibətlər qurmaq imkanı əldə edəcəklər.
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Vergi Məcəlləsində, &

Fövqəladə Hallar Nazirliyinin 20 illiyi yubiley medalı təsis olunub.

İsrailin "Avroviziya-2025 " mahnı müsabiqəsindəki təmsilçisi Yu

"TikTok" şəkillərdən videolar yaradan süni intellekt alətini ela

ABŞ və Avropa rəsmiləri Ukrayna Prezidenti Volodimir Zelenskini İstanbuldak

Bakının Qaradağ rayonunun Umbakı qəsəbəsində avtomobil körpüsü uçub.

Bakıda özünü iş adamı və Asiya ölkələrindən, eləcə də Çindən avt

2025-ci ilin 3-4 iyul tarixlərində Xankəndidə - azad edilmiş və dirçəlm�

Ukraynalı aktyor Maksim Nelipa döyüş zamanı həlak olub.

ABŞ-nin Azərbaycandakı Səfirliyi təhsil sərgisi keçirəcək.

Sabirabad quşçuluq şirkətinin təsisçisi öz qardaşı övladlarından şik

Xəbər verdiyimiz kimi, Azərbaycanı "Avroviziya" mahnı müsabiqəs

Azərbaycan Prezidenti İlham Əliyev Albaniyanın Baş naziri Edi Ramaya təb

Sakaryanın Akyazı rayonundakı Madanoğlu ibtidai məktəb iki gün arayla m�

Bakının Nərimanov, Səbail, Nizami, Binəqədi və Suraxanı rayonlarındakı
