İlham Əliyev bir sıra qanunlara dəyişikliyi təsdiqlədi


Siyasət 15 May 2025 11:55:00 78 0

İlham Əliyev bir sıra qanunlara dəyişikliyi təsdiqlədi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Valyuta tənzimi haqqında", "Kommersiya sirri haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Banklar haqqında", "Sığorta fəaliyyəti haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "İnvestisiya fondları haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" və "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Son.az xəbər verir ki, sənədə əsasən, hər bir hüquqi şəxs benefisiar mülkiyyətçisi, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialı xarici hüquqi şəxsin benefisiar mülkiyyətçisi barədə dürüst, dəqiq və yenilənmiş məlumatları bilməli və təsdiqedici sənədlərə (o cümlədən elektron sənədlərə) malik olmalı, qanunla nəzərdə tutulmuş hallarda və qaydada təqdim etməlidir.

Hər bir hüquqi şəxs benefisiar mülkiyyətçisi, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialı xarici hüquqi şəxsin benefisiar mülkiyyətçisi barədə məlumatları özündə əks etdirən sənədləri (o cümlədən elektron sənədləri) qanunla müəyyən edilmiş qaydada saxlamalıdır.

Hüquqi şəxs statusu almaq istəyən qurumun benefisiar mülkiyyətçisi barədə aşağıdakı məlumatlar:

soyadı, adı, atasının adı (olduğu təqdirdə), doğum tarixi, fərdi identifikasiya nömrəsi və ya şəxsiyyətini təsdiq edən sənədin nömrəsi;

vətəndaşlığı;

yaşayış yeri;

birbaşa və ya dolayı benefisiar mülkiyyətçi olması;

hüquqi şəxsə təsir hüquqlarının və ya imkanlarının dairəsi və əsası;

"Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun məqsədləri üçün siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxs olub-olmaması;

hüquqi şəxsin benefisiar mülkiyyətçisinin müəyyən edilməsinə qədər nəzarət və (və ya) mülkiyyət zəncirində mövcud olan bütün hüquqi şəxslərin və xarici hüquqi təsisatların adı, dövlət qeydiyyatına alındığı ölkə, qeydiyyat nömrəsi, təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payı;

hüquqi şəxs statusu almaq istəyən qurumun adından hərəkət edən şəxs xarici hüquqi təsisatın idarəçisi qismində çıxış etdikdə, bu barədə məlumat.

Aşağıdakı şəxslər hüquqi şəxsin benefisiar mülkiyyətçisi hesab olunur:

son nəticədə hüquqi şəxsin nizamnamə kapitalının, habelə səsvermə hüququnun 10 (on) və ya daha çox faizini təşkil edən, yaxud müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla malik olan (hüquqi şəxsdə iştirak paylarının bölgüsü mühüm iştirak payının mövcudluğunu istisna etmirsə) fiziki şəxs (şəxslər);

bu Qanunla müəyyən edilmiş fiziki şəxs (şəxslər) mövcud olmadıqda və ya bu şəxsin (şəxslərin) hüquqi şəxsin benefisiar mülkiyyətçisi olmasına dair şübhələr olduqda, hüquqi şəxsə başqa formada mövcud nəzarəti həyata keçirən fiziki şəxs (şəxslər);

əgər hüquqi şəxs üzərində iştirak payı əsasında və ya başqa formada nəzarəti həyata keçirən fiziki şəxsi müəyyən etmək mümkün deyildirsə, hüquqi şəxsə rəhbərliyi həyata keçirən fiziki şəxs (şəxslər).

Aşağıdakı şəxslər xarici hüquqi təsisatın benefisiar mülkiyyətçisi hesab olunur:

trastın strukturunda təsisçi, trast idarəçisi, trast təminatçısı (olduğu halda), benefisiar və ya benefisiarlar qrupu, trast üzərində effektiv nəzarəti həyata keçirən hər hansı digər fiziki şəxs (nəzarət və (və ya) mülkiyyət zənciri də daxil olmaqla);

digər növ xarici hüquqi təsisatlarda bu Qanunda müəyyən edilmiş şəxslərlə eyni və ya oxşar hüquq və vəzifə daşıyan şəxslər.

Benefisiar mülkiyyətçiyə dair məlumatların yoxlanılması

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) benefisiar mülkiyyətçi barədə reyestrə daxil edilmiş məlumatları 5 iş günü müddətində maliyyə monitorinqi orqanına təqdim edir.

Maliyyə monitorinqi orqanı reyestrə daxil edilmiş benefisiar mülkiyyətçi məlumatlarının dövlət orqanlarına (qurumlarına), habelə "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş öhdəlik daşıyan şəxslərə, auditor xidməti göstərən şəxslərə, qeyri-hökumət təşkilatlarına və dini qurumlara, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinə sorğu verməklə, açıq mənbələrdən araşdırma aparmaqla, habelə bu Qanunda nəzərdə tutulan məlumatlardan istifadə etməklə yoxlanılmasını təmin edir.

Reyestrə daxil edilmiş məlumatın doğruluğuna dair şübhələr olduqda maliyyə monitorinqi orqanı hüquqi şəxsin benefisiar mülkiyyətçisi ilə bağlı bu Qanunun 5.3.2-3-cü maddəsində nəzərdə tutulmuş məlumatlara dair təsdiqedici sənədlərin əldə edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) sorğu verir. Bu zaman müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) hüquqi şəxsdən aidiyyəti sənədlərin 5 iş günü müddətində təqdim edilməsini tələb edir və sənədlər təqdim edildiyi tarixdən etibarən 3 iş günü müddətində onları maliyyə monitorinqi orqanına təqdim edir.

Maliyyə monitorinqi orqanı bu Qanun üzrə təqdim edilmiş sənədlər əsasında aparılmış təhlillər nəticəsində hüquqi şəxsin benefisiar mülkiyyətçisinin fərqli şəxs olmasını müəyyən edərsə, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verir. Həmin orqan (qurum) maliyyə monitorinqi orqanı tərəfindən təqdim edilmiş hüquqi şəxsin benefisiar mülkiyyətçisi barədə məlumatları hüquqi şəxsə təqdim edir. Hüquqi şəxs təqdim edilən məlumatla razılaşmadıqda müvafiq məlumatı aldığı tarixdən etibarən 5 iş günü müddətində özünün benefisiar mülkiyyətçisinə dair əlavə təsdiqedici sənədləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi (orqana) quruma, həmin orqan (qurum) isə bu sənədləri 3 iş günü müddətində maliyyə monitorinqi orqanına təqdim edir.

Maliyyə monitorinqi orqanı bu Qanun üzrə təqdim edilmiş əlavə təsdiqedici sənədlər əsasında apardığı təhlillər nəticəsində hüquqi şəxsin benefisiar mülkiyyətçisinin fərqli şəxs olmasını yenidən müəyyən edərsə, maliyyə monitorinqi orqanı bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verir. Həmin orqan (qurum) təqdim edilən məlumatlar əsasında reyestrə dəyişiklik edir və dəyişiklik edilmiş benefisiar mülkiyyətçi barədə məlumatı özündə əks etdirən çıxarışın və benefisiar mülkiyyətçi məlumatlarına dəyişiklik edilməsi barədə bildirişin 3 iş günü müddətində hüquqi şəxsin elektron kabinetinə göndərilməsini təmin edir.

Bu Qanunla nəzərdə tutulmuş müddət ərzində hüquqi şəxs bəyan etdiyi benefisiar mülkiyyətçiyə dair əlavə təsdiqedici sənədləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməzsə, həmin orqan (qurum) maliyyə monitorinqi orqanının təqdim etdiyi məlumatlar əsasında reyestrə dəyişiklik edir və dəyişiklik edilmiş benefisiar mülkiyyətçi barədə məlumatı özündə əks etdirən çıxarışın və benefisiar mülkiyyətçi məlumatlarına dəyişiklik edilməsi barədə bildirişin 3 iş günü müddətində hüquqi şəxsin elektron kabinetinə göndərilməsini təmin edir.

Hüquqi şəxs bu Qanunla nəzərdə tutulmuş hallarda benefisiar mülkiyyətçi məlumatlarında dəyişiklik edilməsi barədə bildirişi aldıqdan sonra 3 iş günü müddətində benefisiar mülkiyyətçi qismində müəyyən edilmiş şəxsin bu barədə məlumatlandırılmasını təmin edir."

Benefisiar mülkiyyətçi barədə bu Qanunda nəzərdə tutulan məlumatlar sorğu əsasında "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada maliyyə monitorinqi orqanına verilir.

"Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda edilən dəyişikliyə əsasən, hüquqi şəxslərin öz benefisiar mülkiyyətçisi, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filiallarının isə xarici hüquqi şəxsin benefisiar mülkiyyətçisi barədə dürüst, dəqiq və yenilənmiş məlumat və sənədlərə malik olması, habelə benefisiar mülkiyyətçilərinə dair məlumatların reyestrinin aparılması ilə bağlı məsələlər "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Öhdəlik daşıyan şəxslər hüquqi şəxs olan müştərilərə tətbiq edilən müştəri uyğunluğu tədbirləri çərçivəsində müəyyən edilmiş benefisiar mülkiyyətçi barədə məlumatları 3 iş günü ərzində maliyyə monitorinqi orqanına təqdim etməlidirlər.

Bu Qanun qüvvəyə minənədək dövlət qeydiyyatından keçmiş hüquqi şəxslər tərəfindən öz benefisiar mülkiyyətçilərinin, habelə xarici hüquqi şəxsin nümayəndəlik və filialı tərəfindən xarici hüquqi şəxsin benefisiar mülkiyyətçilərinin müəyyən edilməsi və bu barədə məlumat və sənədlərin "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hüquqi şəxslərin dövlət reyestrinə təqdim edilməsi aşağıdakı mərhələlərlə təmin edilir:

iri sahibkarlıq subyektləri üçün 31 dekabr 2025-ci il tarixinədək;

orta sahibkarlıq subyektləri üçün 30 iyun 2026-cı il tarixinədək;

kiçik sahibkarlıq subyektləri üçün 31 dekabr 2026-cı il tarixinədək;

mikro sahibkarlıq subyektləri üçün 31 dekabr 2027-ci il tarixinədək;

qeyri-hökumət təşkilatları və dini qurumlar üçün 30 iyun 2026-cı il tarixinədək.

Dövlət başçısı sözügedən sənədlə bağlı fərman da imzalayıb.

Azərbaycanda yeni medal təsis olundu like
  • 15 May 11:46  
Siyasət Azərbaycanda yeni medal təsis olundu

Fövqəladə Hallar Nazirliyinin 20 illiyi yubiley medalı təsis olunub.

arrow Ətraflı
Bu ölkənin "Avroviziya" təmsilçisi azərbaycanlı imiş  FOTO like
  • 15 May 11:40  
Şou-biznes Bu ölkənin "Avroviziya" təmsilçisi azərbaycanlı imiş FOTO

İsrailin "Avroviziya-2025 " mahnı müsabiqəsindəki təmsilçisi Yu

arrow Ətraflı
“TikTok” fotoları videoya çevirən süni intellekt alətini təqdim etdi like
  • 15 May 11:30  
Digərləri “TikTok” fotoları videoya çevirən süni intellekt alətini təqdim etdi

"TikTok" şəkillərdən videolar yaradan süni intellekt alətini ela

arrow Ətraflı
Zelenskini İstanbuldakı görüşə razı salan şəxs məlum oldu like
  • 15 May 11:20  
Dünya Zelenskini İstanbuldakı görüşə razı salan şəxs məlum oldu

ABŞ və Avropa rəsmiləri Ukrayna Prezidenti Volodimir Zelenskini İstanbuldak

arrow Ətraflı
Bakıda körpü uçdu, bu yol bağlandı like
  • 15 May 11:10  
Digərləri Bakıda körpü uçdu, bu yol bağlandı

Bakının Qaradağ rayonunun Umbakı qəsəbəsində avtomobil körpüsü uçub.

arrow Ətraflı
Çindən "maşın gətirən" dələduz həbs edildi like
  • 15 May 10:58  
Digərləri Çindən "maşın gətirən" dələduz həbs edildi

Bakıda özünü iş adamı və Asiya ölkələrindən, eləcə də Çindən avt

arrow Ətraflı
Xankəndi 2025: Avrasiyanı dəyişəcək sammit like
  • 15 May 10:50  
Siyasət Xankəndi 2025: Avrasiyanı dəyişəcək sammit

2025-ci ilin 3-4 iyul tarixlərində Xankəndidə - azad edilmiş və dirçəlm�

arrow Ətraflı
Tanınmış aktyor müharibədə həlak oldu  FOTO like
  • 15 May 10:44  
Şou-biznes Tanınmış aktyor müharibədə həlak oldu FOTO

Ukraynalı aktyor Maksim Nelipa döyüş zamanı həlak olub.

arrow Ətraflı
ABŞ Səfirliyi təhsil sərgisi keçirəcək like
  • 15 May 10:38  
Digərləri ABŞ Səfirliyi təhsil sərgisi keçirəcək

ABŞ-nin Azərbaycandakı Səfirliyi təhsil sərgisi keçirəcək.

arrow Ətraflı
16 milyonluq biznes əmi və uşaqları üzüzə qoydu  Sabirabadda fabrik üstündə dava like
  • 15 May 10:33  
Digərləri 16 milyonluq biznes əmi və uşaqları üzüzə qoydu Sabirabadda fabrik üstündə dava

Sabirabad quşçuluq şirkətinin təsisçisi öz qardaşı övladlarından şik

arrow Ətraflı
"Avroviziya"da finala keçə bilməyən təmsilçilərimiz danışdı like
  • 15 May 10:25  
Şou-biznes "Avroviziya"da finala keçə bilməyən təmsilçilərimiz danışdı

Xəbər verdiyimiz kimi, Azərbaycanı "Avroviziya" mahnı müsabiqəs

arrow Ətraflı
İlham Əliyev Albaniyanın Baş nazirini təbrik edib like
  • 15 May 10:21  
Siyasət İlham Əliyev Albaniyanın Baş nazirini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Albaniyanın Baş naziri Edi Ramaya təb

arrow Ətraflı
Eyni məktəbin direktor və müəllimi ardarda öldü  Səbəb də eynidir  FOTO like
  • 15 May 10:19  
Digərləri Eyni məktəbin direktor və müəllimi ardarda öldü Səbəb də eynidir FOTO

Sakaryanın Akyazı rayonundakı Madanoğlu ibtidai məktəb iki gün arayla m�

arrow Ətraflı
Birazdan bu ərazilər qazsız qalacaq like
  • 15 May 09:57  
Digərləri Birazdan bu ərazilər qazsız qalacaq

Bakının Nərimanov, Səbail, Nizami, Binəqədi və Suraxanı rayonlarındakı

arrow Ətraflı
Azərbaycanda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər like
  • 15 May 09:50  
Digərləri Azərbaycanda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər

Sabirabadda 16 yaşlı qızı 33 yaşlı oğlana ərə vermək istəyiblər.

arrow Ətraflı