Çayın qiyməti BAHALAŞACAQ?
Digərləri 13 May 2025 17:58:00 64 0
Azərbaycan çayı əsrlər boyu həm bölgədə, həm də beynəlxalq səviyyədə özünəməxsus dadı və keyfiyyəti ilə seçilib. Subtropik iqlimə malik bölgələrdə çayçılıq ənənə halını alıb və həm yerli bazarda, həm də xarici ölkələrdə böyük maraq doğurur. Son illər dövlət dəstəyi və fermerlərin səyləri nəticəsində çay istehsalı və ixracında artım müşahidə edilir.
Bu xəbəri də oxu: "Sevgilimin verdiyi 900 manatla klip çəkdirdim" VİDEO
Son.az xəbər verir ki, Astara rayon sakini Ağaməmməd Məlikovun sözlərinə görə, ötən il 75 ton çay məhsulu toplamışdılar, bu il isə daha yüksək məhsuldarlıq gözləyirlər:
"Ölkəmizdə müxtəlif çay sortları məxməri, pürrəngi, buket və s becərilir. Xüsusilə "buket" çayı bazarda yüksək qiymətləndirilir və bir kiloqramının satış qiyməti 700 manata qədər yüksəlir".
Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, 2024-cü il ərzində ölkədən 747 ton həcmində çay ixrac edilib və bunun dəyəri 6 milyon 633 min ABŞ dolları təşkil edib. Eyni müddətdə isə Azərbaycana 14 388 ton çay idxal olunub və bu məhsulların ümumi dəyəri 76 milyon 488 min dollar olub.
Bu göstəricilər də göstərir ki, çay idxalı hələ də ixrac göstəricilərini xeyli qabaqlayır.
İqtisadçı-ekspert Xalid Kərimlinin sözlərinə görə, 2025-ci ilin ikinci yarısından etibarən çay idxalının tədricən azalacağını proqnozlaşdırılır. Lakin onun sözlərinə görə, bu azalma daxili tələbatı əhəmiyyətli dərəcədə dəyişməyəcək və bazar qiymətlərinə ciddi təsir göstərməsi gözlənilmir.
Asya Son.az
Son vaxtlar uşaqlar arasında allergik reaksiyalar artıb.

Uzun illər dağıdılmış vəziyyətdə qaldıqdan sonra bərpa edilən Zəngi

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikas�

Bu gün maliyyə təhlükəsizliyiniz fiziki deyil, rəqəmsal hücum altındad�

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukraynanı sülh danı�

19 may "Nostalji axşam" möhtəşəm qala konsert Bakıda! Bəstəkar

Son 4 ildə mənzil bazarında 55 faizə qədər qiymət artımı müşahidə ol

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncama ə

Müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı müddəti

Müğənni Bahar Lətifqızı diqqət çəkən açıqlamalar verib.

Bəhruz Vidadi oğlu Əhmədov Baş prokurorun müavini - Azərbaycanın Hərbi

Redington Türkiyə, Azərbaycanda açdığı yeni ofis ilə MDB bölgəsindəki

Biləcəri qəsəbəsi Natavan küçəsində yerləşən meşəlik ərazi acına

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə müzakirələrə çevrilən ç

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
