Həyət evi ya bina evi hansının qiyməti daha da BAHALAŞACAQ?
Digərləri 13 May 2025 17:11:00 74 0
Son 4 ildə mənzil bazarında 55 faizə qədər qiymət artımı müşahidə olunur. Bu barədə Dövlət Statistika Mərkəzi məlumat yayıb. Bahalaşma həm bina evlərindəki mənzillərdə, həm də həyət evlərində özünü göstərir.
Bu xəbəri də oxu: Alçanı duzla yeməyin ziyanları
Məsələ ilə bağlı Son.az-a əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, bəzi ərazilərdəki qiymət artımı statistik rəqəmlərdən də artıqdır.
"Hər hansı bir əmlak ipoteka və ya digər şərtlərlə satılırsa, onların yenidən əmlak bazarında satışa çıxarılması üçün mütləq şəkildə onların kreditinin bitməsi tələb olunur. Kredit şərtlərlə satılan mənzillər uzun illər əmlak bazarında yenidən satışa çıxarıla bilmir. Bu səbəbdən əmlak bazarında baş verən qiymət artımı daha çox ipoteka predmetinə çevrilə bilən əmlaklarda baş verir ki, köhnə tikilili binalarda 9 mərtəbəli binalar, yeni tikili binalardan isə ümumi sahəsi az, otaq sayı çox və çıxarışlı əmlaklara tələblərin artması onların satış qiymətlərində də artımlarına gətirib çıxarır".
Ekspertin sözlərinə görə, hazırda çoxmənzilli binalarda alqı-satqı nisbətən zəifləyib. Ancaq payıza doğru nisbətən canlanma gözlənilir ki, paralel olaraq qiymət artımının növbəti dalğasının olacağı da ehtimal olunur.
Ekspert bağ evlərində qiymət artımının daha çox olduğunu bildirib. Ancaq köhnə tikili çoxmərtəbəli binalarda vəziyyət əksinədir. Hal-hazırda tələbat daha çox fərdi yaşayış evlərinə, bağ evlərinə və torpaq sahələrinədir:
"Paytaxt Bakı şəhərində minlərlə istismar müddətini bitirmiş və köhnə yaşayış binaları var ki, onlar ipoteka predmetinə çevrilə bilmədiyinə görə, bu tip əmlaklara tələbatın azalması artıq yaxın gələcəkdə bu tip əmlaklar üzərində suni şəkildə artırılmış qiymətlərin stabilləşdirilməsinə qismən də enməsinə gətirib çıxaracaqdır".
Ekspertlər qeyd edirlər ki, torpaq sahələrinin az olması və bahalaşması tikinti materiallarında qiymət artımı da bazara ciddi təsir edəcək.
Aysel Əkbər Son.az
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncama ə

Müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı müddəti

Müğənni Bahar Lətifqızı diqqət çəkən açıqlamalar verib.

Bəhruz Vidadi oğlu Əhmədov Baş prokurorun müavini - Azərbaycanın Hərbi

Redington Türkiyə, Azərbaycanda açdığı yeni ofis ilə MDB bölgəsindəki

Biləcəri qəsəbəsi Natavan küçəsində yerləşən meşəlik ərazi acına

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə müzakirələrə çevrilən ç

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına rəsmi səfər edib.

Ekranlardan bir müddət uzaq qalan məşhur aktrisa Fahriye Evcen sosial media

Türkiyə əsilli televiziya ulduzu Ekin-Su Cülcüloğlu Londonda keçirilən B

Türkiyənin yerli avtomobili TOGG ilə BMW markalı avtomobilin iştirak etdiyi

VTB MDB və digər dövlətlərdən Rusiyada müalicə olunması üçün yeni la

Türkiyədə iş görüşməsinə gedən qadın həyatının şokunu yaşayıb.

Yardımlaşma, mərhəmət, ətraf mühitə və insanlara sevgi, qayğı ilə ya
