Bu xəstəliyi qəti görməzdən gəlməyin: qadınlara daha çox


Digərləri 11 May 2025 17:00:00 81 0

Bu xəstəliyi qəti görməzdən gəlməyin: qadınlara daha çox

astma

Dünya üzrə 300 milyondan çox insana təsir edən xəstəliyi qadınlarda niyə daha çox müşahidə olunur?

Son.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, genetik meyllilikdən tutmuş allerqik quruluşa qədər bir çox səbəbi Sinə Xəstəlikləri üzrə mütəxəssis Dr. Didem Özkan izah edib.

Dünya Astma günü münasibətilə açıqlama verən həkim nın qısa tərifini belə verib:

"Astma tənəffüs yollarında iltihab və daralma ilə xarakterizə olunan xroniki bir xəstəlikdir. Bu dəyişikliklər nəfəs darlığına səbəb olaraq insanın gündəlik həyatını mənfi təsir edir".

Astma​nın səbəbləri nələrdir?

Dr. Özkan qeyd edib ki,  genetik və ətraf mühit faktorlarının birlikdə təsiri ilə yaranır.

Bu səbəblər arasında:

Genetik meyllilik

Allergenlərə məruz qalma

Siqaret tüstüsünə uzunmüddətli məruz qalma

Körpəlik və erkən uşaqlıq dövründə tənəffüs yolu infeksiyaları

Hava çirkliliyi

Toz və kimyəvi maddələrlə iş əlaqəli təmas

Piylənmə

Aşırı fiziki fəaliyyət

Stress

Soyuq hava

Reflü xəstəliyi

yer alır.

Qadınlar daha çox risk altındadır

"Astma hər yaşda və hər kəsdə görünə bilər", - deyən Dr. Özkan "Ailədə xəstəsi varsa, genetik risk artır. Allerqik rinit və ya ekzema kimi xəstəlikləri olanlarda da risk yüksəkdir. Qlobal olaraq 300 milyon, Türkiyədə isə 3-4 milyon arasında xəstəsi olduğu təxmin edilir. Xəstəlik böyüklərdə 6-12%, uşaqlarda isə 6-15% nisbətində görülür. Xüsusilə qız uşaqları və qadınlarda daha sıx rast gəlinir", - deyə əlavə edib.

Bahar və yayda artış müşahidə olunur

Dr. Özkan bildirib ki, bahar və yay aylarında müxtəlif allergenlərə məruz qalma astım əlamətlərini artırır. Qış aylarında baş verən infeksiyalar isə astım tutmalarını tətikləyə bilər.

Əlamətlərə diqqət edin!

Astımın əsas simptomları bunlardır:

Nəfəs darlığı

Gülərkən, danışarkən və ya fiziki fəaliyyət zamanı öskürək

Gecə tutma şəkilli öskürəklər

Xırıltılı nəfəs alma

Sinə sıxıntısı

Nəfəs alıb-vermə zamanı fit səsi

Baş gicəllənməsi

Danışmaqda çətinlik

Bu əlamətlərin təkrarlanması və keçməməsi halında mütləq mütəxəssisə müraciət edilməlidir.

Diaqnoz necə qoyulur?

Astmanın diaqnozunda xəstənin şikayətləri və tibbi tarixi əsas rol oynayır. Bununla yanaşı, fiziki müayinə, tənəffüs funksiyası testləri, ağciyər rentgeni və allergiya testləri də istifadə olunur.

Müalicə fərdiləşdirilməlidir

Müalicənin məqsədi əlamətləri və tutmaları azaltmaq və ağciyər funksiyasını yaxşılaşdırmaqdır. Astmanın ağırlıq dərəcəsinə görə müalicə fərqlənir və həkimlə birlikdə fərdi astım idarə planı hazırlanır.

İstifadə olunan dərmanlar:

Nəzarətçi dərmanlar:

İnhalyasiya edilən kortikosteroidlər (ICS)

Uzunmüddətli beta aqonistlər (LABA)

Anti-lökotrien dərmanlar

Bioloji müalicələr

Allergiyaya qarşı müalicələr

Xilasedici dərmanlar (tutma zamanı):

Qısa təsirli beta agonistlər (SABA)

Ağızdan qəbul edilən kortikosteroidlər

Astımdan necə qorunmalı?

Evdə allergenlə təmas azaldılmalı (xalça, yün yorğan, canlı güllər yığışdırılmalı)

Toz və nəmli mühitdən uzaq durulmalı

Bahar aylarında maskadan istifadə edilməli

Siqaret çəkmək və siqaret çəkilən yerlərdə olmaq olmaz

Hər payızda qrip peyvəndi olunmalıdır

Məşq tutmanı artırırsa, öncədən dərman istifadə olunmalıdır

Reflü varsa, müalicə edilməlidir

Astıma qarşı faydalı tövsiyələr

Mütəmadi fiziki fəaliyyət və nəfəs məşqləri

Bol maye qəbulu

Duzlu su ilə qarqara

İsti buxar nəfəsi alma

Zəncəfil və zərdəçal ilə bal qarışımı

Adaçayı və kəklikotu çayı (ölçülü şəkildə)

C vitamini və maqneziumla zəngin qidalar

Somon balığı kimi Omeqa-3 mənbələri

D vitamini ehtiva edən qidalar (süd, yumurta)

Beta karotenlə zəngin yerkökü və yaşıl yarpaqlı tərəvəzlər

Kalsium və proteinlə zəngin balanslı qidalanma

Hüseyn Son.az

“Kurtlar Vadisi”nin aktrisasından üzücü XƏBƏR – FOTO like
  • 11 May 16:35  
Şou-biznes “Kurtlar Vadisi”nin aktrisasından üzücü XƏBƏR – FOTO

"Kurtlar Vadisi" serialında "Cerrahpaşalıların bacısı"

arrow Ətraflı
Zukerberqin 20 il əvvəlki sözləri başına like
  • 11 May 16:30  
Digərləri Zukerberqin 20 il əvvəlki sözləri başına

Mark Zukerberqin 20 il əvvəlki "Facebook" - bu, real dostlarla real

arrow Ətraflı
Toyda bəyin hərəkəti gəlinin xoşuna gəlmədi  elə reaksiya verdi ki...  VİDEO like
  • 11 May 16:15  
Digərləri Toyda bəyin hərəkəti gəlinin xoşuna gəlmədi elə reaksiya verdi ki... VİDEO

Toyların birində qeydə alınan görüntü marağa səbəb olub.

arrow Ətraflı
Körpənizi havaya atıbtutanda 2 dəfə düşünün: like
  • 11 May 16:05  
Digərləri Körpənizi havaya atıbtutanda 2 dəfə düşünün:

Uşaq Sağlamlığı üzrə mütəxəssis Dr. Ferunda Demir valideynləri xəbə

arrow Ətraflı
“Soyuqda həyətə çıxarıb üzərinə su tökürdü, başını yerə çırpırdı”  Bakıda DƏHŞƏT like
  • 11 May 15:53  
Kriminal “Soyuqda həyətə çıxarıb üzərinə su tökürdü, başını yerə çırpırdı” Bakıda DƏHŞƏT

Bakıda azyaşlı uşağa işgəncə verən atalığının cinayət işinin təf

arrow Ətraflı
Hamını özünə güldürdü: "Hitler "Böyük Ermənistan"ı qura bilərdi" like
  • 11 May 15:45  
Digərləri Hamını özünə güldürdü: "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"

Ermənistan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin keçmiş başçısı gü

arrow Ətraflı
"Mənə çiyin atan qız deyirdilər" like
  • 11 May 15:30  
Şou-biznes "Mənə çiyin atan qız deyirdilər"

Müğənni Nəfəs iddialı açıqlama verib.

arrow Ətraflı
Ərdoğandan Putinin təklifinə REAKSİYA like
  • 11 May 15:23  
Digərləri Ərdoğandan Putinin təklifinə REAKSİYA

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin

arrow Ətraflı
Ağlasığmaz OLAY: Atı maşının arxasına bağlayıb... like
  • 11 May 15:15  
Digərləri Ağlasığmaz OLAY: Atı maşının arxasına bağlayıb...

Türkiyənin Adana şəhərində ağlasığmaz hadisə baş verib.

arrow Ətraflı
Ən sağlıqlı çərəz: Nə fındıq, nə badamdır  bu, hamısından üstündür like
  • 11 May 15:00  
Digərləri Ən sağlıqlı çərəz: Nə fındıq, nə badamdır bu, hamısından üstündür

Sağlam qidalanmanın əsas elementlərindən biri olan çərəzlər həm enerji

arrow Ətraflı
Kaleriya Kislova vəfat etdi like
  • 11 May 14:55  
Digərləri Kaleriya Kislova vəfat etdi

"Vremya" verilişinin keçmiş rejissoru, SSRİ Dövlət Mükafatı la

arrow Ətraflı
Bu ölkədə güclü zəlzələ oldu like
  • 11 May 14:26  
Dünya Bu ölkədə güclü zəlzələ oldu

İndoneziyanın Aceh əyaləti yaxınlığında 45 kilometr dərinlikdə 6,2 bal

arrow Ətraflı
Ay bitmədən gözlənilməz şad xəbərlər alacaq BÜRCLƏR like
  • 11 May 14:14  
Digərləri Ay bitmədən gözlənilməz şad xəbərlər alacaq BÜRCLƏR

May 2025, bürclər üçün şad xəbərlərlə dolu bir ay olacaq. Xüsusilə b

arrow Ətraflı